• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Penaltilər turu və Rauf Allahverdiyevin Tovuz hoqqabazlığı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

3-11-2024, 13:0

Bir turda 27 sarı, 1 qırmızı vərəqə göstərilirsə, səliqəli mübarizədən danışmağa dəyməz.

Özü də həmin vərəqələrin 12-si bir oyuna təsadüf edibsə. Rauf Allahverdiyev “Turan Tovuz” – “Kəpəz” oyununda futbolçulara 11 sarı, 1 qırmızı vərəqə göstərdi. Məhz onun idarəçiliyi günlərdi müzakirə olunur. “Şamaxı” ilə “Zirə”nin turu cəzasız bitirməsi, hakimlərin bütün oyunlarda penalti təyin etməsi də hesabat turunun maraqlı məqamlarındandı.

Araz-Naxçıvan – Zirə, ƏLİYAR AĞAYEV
Avrokuboklar uğrunda mübarizə aparan komandaların Mərdəkanda keçirilən duelində qalib müəyyənləşmədi. Buna həm meydan sahiblərinin, həm də qonaqların tutarlı hücumlardan çəkinməsi, bir qədər istəksiz çıxışı və sürətin azlığı səbəb oldu desək, yanılmarıq. Belədə matçı idarə etmək xeyli asan oldu. Əliyar bəy kobud müdaxilələrə görə qayda pozuntusu qeydə almaqla yanaşı, sərt oyunla diqqəti çəkən Vanderson Meloya və Nuno Rodrigesə “sarı” verdi. Onun cərimə meydançası daxilində Mutsinzinin topa əllə təmasına görə penalti təyin təyin etməsi də haqlı qərar idi. Baxmayaraq ki, Rəşad Sadıqov buna görə hakimi qınadı. Kəsəsi, FİFA referisi səhv qərarla yadda qalmadı.

Sabah – Neftçi, TURAL QURBANOV
Azarkeşlərin dəstəyi, komandaların inamlı oyunu və hesabı açmaq məqsədi ilə irəli atılması paytaxt derbisinə yaraşan ab-hava yaratdı. Masazırda şahidlik etdiyimiz matçda futbol zövqümüzü lazımınca qidalandırmağa mane olan yeganə şəxs isə elə ədalət təmsilçisi oldu. Qurbanov 51-ci dəqiqədə topa əllə toxunan Rafael Quzzonun səhvini görmədi. O, yalnız VAR-ın müdaxiləsiylə penalti təyin etdi. 78-ci dəqiqədə təyin etdiyi növbəti penalti zamanı isə VAR işə qarışdı və qərarını ləğv etməli oldu. Halbuki Yuri Matias cərimə meydançası daxilində Boyan Letiçə qarşı kobudluq etmədi. Sadəcə, “Sabah”ın futbolçusu özünü yerə atmaqla hakimi “tora saldı”. O başqa məsələ ki, gərgin və sərt oyunda göstərilən vərəqələr haqlı idi. Yenə də, görünür, Qurbanov hələ paytaxt derbisini idarə edəcək səviyyəyə yüksəlməyib. Yoxsa təzyiqin altında əzilməzdi!

Turan Tovuz – Kəpəz, RAUF ALLAHVERDİYEV
Turun açılış matçı baxımlı və həyəcanlı keçdi. Allahverdiyev gərgin mübarizənin ağırlığını çəkə bilmədi. O, vərəqələr hesabına oyunun axarına nəzarət etməyə çalışsa da, bunu da bacarmadı. İş o yerə çatdı ki, AFFA Hakimlər Komitəsinin rəhbəri Frenk De Blekere Allahverdiyevin müdafiəsinə qalxdı. Lap tutaq ki, “Kəpəz”in oyunçularına qarşı dəfələrlə qeydə alınan kobudluqlar zamanı penalti təyin etməməsini referinin vicdanına buraxaq. Amma Veysəl Rzayevin hesabı açdığı epizodda topun ələ dəydiyi aşkar görünür. Bu mübahisəli vəziyyətlə bağlı VAR kameralarında aydın görüntünün olmadığının deyilməsi isə fiaskodan başqa bir şey deyil.

Qarabağ – Şamaxı, CAVİD CƏLİLOV
İlk yarısı qolsuz bitən oyuna Cavid Cəlilov damğa vurdu. Sözün pis mənasında! Onun 2-ci hissənin əvvəlində təyin etdiyi penaltini əsaslandırmaq üçün heç bir dəlil yoxdu. Adil Nağıyev Aleksey Kaşukla mübarizədə birmənalı şəkildə qaydalar çərçivəsində oynamışdı ki, bunu De Blekere də təsdiqlədi, daha doğrusu, Cavid Cəlilovun səhv qərar verdiyini etiraf etdi. Belədə hakimin ilk 60 dəqiqədəki başqa qərarlarını sorğulamağa dəyməz. Görünür, bu da taleyin ironiyası idi ki, Cəlilov zədələndiyinə görə 60-cı dəqiqədən sonra onun funksiyalarını Nicat İsmayıllı yerinə yetirməyə başladı. Ya da bəlkə Cavid bəy növbəti səhv qərarlar verəcəyindən çəkinərək yerini həmkarına buraxmağı lazım bildi.

Səbail – Sumqayıt, FƏRİD HACIYEV
Fərid Hacıyev və köməkçiləri “ASCO Arena”da keçirilən qarşılaşmanın öhdəsindən pis gəlmədilər. Amma baş hakimi penalti epizodundakı qətiyyətsizliyinə görə qınamağa dəyər. Rəhim Sadıxov təpiyini işə salıb, Yusif Nəbiyevi yerə sərsə də, Hacıyev penalti təyin etmək fikrində deyildi. Həkimlərin müdaxiləsi zamanı baş hakim əli ilə künc zərbəsinə işarə edirdi. Amma VAR-da oturan Rauf Cabbarovun israrı onu monitora doğru qaçmağa vadar etdi ki, yalnız bundan sonra penalti təyin olundu. Bu epizodu saymasaq, hakimlər briqadasının işini normal qiymətləndirə bilərik.

Paylaş:
Digər xəbərlər

1-ci liqa

20-12-2022, 14:0

AFFA "İmişli", "Mingəçevir" və "Araz Naxçıvan"ı cəzalandırdı

Ölkə futbolu

24-09-2024, 17:0

AFFA İntizam Komitəsinin qərarları

Ölkə futbolu

27-10-2024, 17:0

Kuçun “qırmızı”sı olmasaydı... - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu

28-09-2024, 15:0

Yalnız Elçin Məsimov qalmaqala səbəbkar oldu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

1-ci liqa

14-10-2022, 15:0

Təcili tibbi yardım briqadasının gecikməsi səbəbindən 2 klub cərimələndi

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 18:45
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 312
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 177
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə