“Atletiko” itki ilə üzləşib.
İspaniya klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, Kleman Lanqle zədələnib. La Liqanın 10-cu turunun “Leqanes” ilə matçında (3:1) xəsarət alan müdafiəçi azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Lanqle bu mövsüm 2 oyunda meydana çıxıb.