ABŞ-nin Corc Taun Universitetinin sabiq basketbolçusu Sidni Uilson yaşadığı binada polis məmuruna bıçaqla hücum edərkən güllələnib.
Bu, qonşuların əqli problemləri ilə bağlı şikayəti əsasında polisin onun evinə gəlməsindən sonra baş verib. Basketbolçuyla danışmağa çalışan təhlükəsizlik əməkdaşı ona bıçaqla hücum edən, 1,96 sm boya malik sabiq idmançını güllələmək məcburiyyətində qalıb. Hadisədən sonra Uilsona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.