• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bu dəfə xal ümidimizi Mahir Emreli “dəfn etdi” - REPORTAJ

Yığma / Reportaj

15-10-2024, 14:0

Millətlər Liqası
qrup mərhələsi, 4-cü tur
C liqası, 1-ci qrup
Azərbaycan - Slovakiya 1:3 (1:1)

1. Mehdi Cənnətov
5. Anton Krivotsyuk
(8. Emin Mahmudov, 46)
15. Bədavi Hüseynov (k)
13. Rahil Məmmədov
21. Qismət Alıyev
(22. Abbas Hüseynov, 83)
3. Elvin Cəfərquliyev
18. Ceyhun Nuriyev
(16. Vadim Abdullayev, 88)
20. Aleksey İsayev
(9. Renat Dadaşov, 76)
11. Ramil Şeydayev
(14. Rüstəm Əhmədzadə, 76)
10. Mahir Emreli
17. Toral Bayramov
Ehtiyat oyunçular
23. Rza Cəfərov
12. Aydın Bayramov
2. Şəhriyar Əliyev
4. Zamiq Əliyev
6. Ozancan Kökçü
7. Coşqun Diniyev
19. Xəyal Nəcəfov
Baş məşqçi: Fernando Santuş

1. Marek Rodak
16. David Hantsko
14. Milan Şkrinyar (k)
5. Lübomir Şatka
2. Petar Pekarik
(4. Miçel Tomik, 90)
10. Laslo Beneş
22. Stanislav Lobotka
(13. Patrik Hroşovski, 83)
8. Andrey Duda
(19. Tomaş Riqo, 90)
17. Lukaş Haraslin
(20. David Dyuriş, 83)
15. David Strelets
(11. Lübomir Tupta, 83)
7. Tomas Suslov
Ehtiyat oyunçular
12. Dominik Takats
23. Henrix Ravas
9. Robert Bojenik
3. Samuel Kozlovski
18. Leo Sauer
21. Kristian Herk
6. Norbert Dyomber
Baş məşqçi: Françesko Kaltsona

Qollar: R.Məmmədov, 15-öz qapısına (0:1). T.Bayramov, 38 (1:1). L.Haraslin, 75 (1:2). D.Dyuriş, 86 (1:3).
Vərəqələr: M.Emreli, 45. Q.Alıyev, 61 - sarı. M.Emreli, 70 - qırmızı (ikinci sarı).
Hakimlər: ROHİT SAQQİ, Morten Yensen, Anders Olav Dale, Siqurd Krinqstad (hamısı Norveç).
VAR hakimi: Yoçem Kamfuis (Niderland).
VAR hakiminin köməkçisi: Tom Harald Hagen (Norveç).
Hakim-inspektor: Vadim Direktorenko (Latviya).
UEFA nümayəndəsi: Edlira Yaupay (Albaniya).
14 oktyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 4269 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

9 (2) qapıya ("çərçivə"yə) zərbə 7 (3)
5 künc zərbəsi 6
1 ofsayd 0
17 qayda pozuntusu 10
3 (1) sarı (qırmızı) vərəqə 0 (0)
43 topa sahibolma (faizlə) 57


90 dəqiqəni tarixi kateqoriyalara bölsək, onda biz dünənki oyunda yaşananları iki hissəyə ayırmalıyıq: Mahirin qırmızı vərəqəsinə qədər və ondan sonra. Bəli, qonaqlar ilk dəqiqələrdən təzyiq göstərməyə başladı, hətta 15-ci dəqiqədə bəsit bir avtoqolla hesabda geri düşdük. Ancaq ya qonaqların “az qan” ilə qalib gəlmək istəyi özünü göstərdi, ya da futbolçularımız qaradan artıq rəng olmadığını anlayaraq, hissənin sonuna qədər xoşbəxtliyi rəqib qapısı önündə axtardı. Odu ki, 38-ci dəqiqədə gələn bərabərlik qolu hadisələrin məntiqi axarına uyğun idi. Bədavi pressinq nəticəsində topu ələ keçirdi, Ramil isə cərimə meydançasına elə ötürmə verdi ki, Toral qol vurmasaydı, günah olardı. Buna qədər Rodak Mahirlə elə həmin Toralın zərbələrini ustalıqla dəf etmişdi. Slovaklar hissənin sonuna qədər özünə gələ bilmədi.

Fernando Santuş 2-ci hissədə Krivotsyukun əvəzinə son bir ayın ən populyar futbolçusu Emini meydana buraxmaqla nəinki heç-heçə, hətta qələbə istəyini ortaya qoydu. İnsafən, bu gediş az qala özünü doğruldacaqdı. Hissə başlayan kimi məhz Mahmudov gözəl kombinasiyanı qapıya zərbə ilə bitirdi, ancaq rəqibin oyunçusu topu qapı xəttindən çıxardı. Bundan sonra uzun müddət qapıya zərbələrin şahidi ola bilmədik. Ona görə ki, komandaların müdafiə xətti rəqibin son nöqtəni qoymasına qarşı çıxır, həlledici məqamlarda lazımi müdaxilələri edirdi. 58-ci dəqiqədə Toral qola yaxın olsa da, qeyri-dəqiq oynadı. Onun başla zərbəsi tirin üstündən keçdi. Ardından Strelets hesabı dəyişmək imkanını əldən verdi. Meydanda gah bizimkilər, gah da qonaqlar təşəbbüsü ələ alırdı, hələ ki məğlubiyyətdən xəbər verən nəsə yox idi. Və belə bir həlledici məqamda Mahir Emreli “səhnəyə çıxdı”, qeyd-şərtsiz komandamızın qəbirqazanı rolunu oynadı.

İlk yarıda Lobotkaya qarşı kobud oyundan sonra hakimin şifahi xəbərdarlığına etiraz edən və buna görə “sarı” ilə cəzalanan Mahir bu dəfə elə bir ciddi ehtiyac olmadan Haraslinə yerə sərdi. Nəticə: Emreli meydandan qovuldu, həmin Haraslin isə cəmi 5 dəqiqə sonra qapımıza yol tapdı. Onun zərbəsi zamanı Mehdi hara baxırdı, nə düşünürdü – bunu da bilmədik. Azlıqda qalan yığmamızın qalan vaxt ərzində məğlubiyyətdən qurtulacağını düşünmək sadəlövhlük olardı. Santuş Rüstəmlə Renatı meydana buraxmaqla hücum xəttini canlandırmaq niyyəti güdsə də, bu, mümkün olmadı. Əksinə, rəqib sona az qalmış 3-cü qolu da vurdu.

Tupta topu cərimə meydançasına göndərdi, burda isə yenicə meydana çıxan Dyuriş Bədavi ilə Mehdini qabaqladı. Beləliklə, yığmamız ardıcıl 4-cü oyunda iki top fərqi ilə uduzdu. Mahir məsuliyyətsizcəsinə “qırmızı” almasaydı, bəlkə də biz indi oxucularla xoş nəticənin təəssüratını bölüşərdik. Amma bu dəfə də olmadı. Ah, Mahir, Mahir... Adam heç bilmir nə desin...

Gözdən qaçmadı
* Slovakiyalı azarkeşkər oyunun başlamasına təxminən 1 saat qalmış stadionun ətrafında nəğmələr oxuyurdu.
* “Milli Hooligans” və “Göyqurdlar” tribunada yerini almışdı. “Göyqurdlar” millini yanına səsləyərək, motivasiyaedici şüarlar səsləndirdi.
* Slovakiya hesabı açarkən qonaq azarkeşlər nalayiq jestlər etdi.
* Kevin Medina və Şahruddin Məhəmmədəliyev, eləcə də Mesut Özil oyunu izləyənlər arasındaydı.
* “Göyqurdlar” oyundan sonra futbolçuları yanlarına çağırdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma

14-10-2024, 19:0

Azərbaycan - Slovakiya : START HEYƏTLƏRİ

Yığma / Manşet

8-09-2024, 19:0

Santuşdan şok gediş: nə Emin Mahmudov start heyətində var, nə də Ramil Şeydayev!

Yığma

4-10-2024, 03:0

Millimizlə oyun üçün 27 slovakiyalı çağırıldı - HEYƏT

Ölkə futbolu

4-10-2024, 11:0

Millimizin heyəti açıqlandı

Yığma

30-08-2024, 11:0

Millimizin İsveç və Slovakiya ilə oyunlar üçün heyəti

Yığma / Manşet

18-09-2022, 23:0

Yığmamızın heyəti açıqlandı

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Bu gün, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Bu gün, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Bu gün, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 235
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə