Azərbaycan Basketbol Liqası təmsilçilərindən "Naxçıvan" və "Lənkəran" kollektivləri yoxlama görüşündə üz-üzə gəliblər.
"Football-plus.az" xəbər verir ki, qarşılaşma 83:70 hesabı ilə birincilərin xeyrinə başa çatıb.
Oyun Memarlıq və İnşaat Universitetinin idman zalında keçirilib.