Kişi həndbolçulardan ibarət “Bakı”nın avrokubok matçlarının təyinatları bəlli olub.
"Football-plus.az" xəbər verir ki, Avropa kubokunun 2-ci mərhələsindən mübarizəyə başlayacaq təmsilçimizin oyunları Cənubi Kiprdən olan hakimlərə tapşırılıb.
Monteneqronun “Lovçen” klubu ilə qarşılaşmaları Xaralambos Xaralambous və Efstatios Efstatiou idarə edəcəklər. Oyunun EHF nümayəndəsi rumıniyalı Horatsiu Kristian Belu olacaq.
Qeyd edək ki, oktyabrın 26-da və 27-də keçiriləcək hər iki görüş Monteneqronun Çetinye şəhərində baş tutacaq. İlk görüşdə “Bakı”, cavab qarşılaşmasında rəqib meydan sahibi sayılacaq.
Matçlar Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.