Toral üçün yeni səhifə - "Sumqayıt"la matçdan sonra məlum oldu ki...

7.10.2024 12:37 1 894
Ölkə futbolu
Misli premyer-liqasının 9-cu turu “Qarabağ”ın futbolçusu Toral Bayramov üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı müdafiəçi premyer-liqada 100-cü oyununu keçirib.

Onun yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyib.

Bütün oyunlarını “Qarabağ”da keçirən Toralın debütü 2019/20 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul