Leandro Andrade Rusiya klublarının maraq dairəsində olub!

19.09.2024 23:13 468
Aktual / Ölkə futbolu
“Qarabağ” bu yay çətinliklə də olsa, Leandro Andradeni heyətində saxlaya bildi.

2022-ci ilin yanvarından Ağdam klubunun formasını geyən Kabo-Verde yığmasının üzvü bu müddətdə keçirdiyi 119 oyunda 30 qol vurub, 40 məhsuldar ötürmə verib. Onun “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdi. “Transfermarkt” portalı Leandronu 1,5 milyon avroya dəyərləndirir.

“Football-plus.az” xəbər verir ki, o, bir çox başqa ölkələrlə yanaşı, yayda Rusiya klublarının da maraq dairəsində olub. “FIA Football” futbol agentliyinin təmsilçisi “Evro-Futbol.Ru”nun əməkdaşı ilə söhbətdə bunu təsdiqləyib:

“Leandroya maraq var idi. Ancaq indi detallarla bağlı danışmağın mənası yoxdu. Ona görə ki, artıq Rusiyada “transfer pəncərəsi” bağlanıb”.

ORXAN