SSRİ idman ustası Şahin Hüseynov vəfat etdi

15.09.2024 19:45 160
İdman
SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib.

"Football-plus.az" xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, əslən Cəlilabad rayonundan olan Hüseynov keçmiş SSRİ birinciliyinin mükafatçısı və I Qarabağ Müharibəsinin könüllü iştirakçısı olub.