“Red Bull”un pilotu Maks Ferstappen “Le-Man 24 saatı”nda komanda yoldaşı kimi görmək istədiyi pilotların adını açıqlayıb.
Niderlandlı əvvəllər dəfələrlə dözümlülüklə bağlı həmin yarışda iştirak arzusunda olduğunu bildirib:
“Eyni komandada çıxış etmək istədiyim pilotlardan biri Nik de Vridi. O, sürətli və çox qıvraqdı, Le-Manda bu keyfiyyət çox vacibdi. Fernando Alonso ilə tez-tez zarafat edirik ki, bu işi birgə görəcəyik. Artıq üç pilotumuz var. Daim atama deyirəm ki, onlarla birgə çıxış etməliyəm. O, buna razılıq vermir, ancaq atamı 4-cü pilot kimi əlavə edərdim. Çox şən həftə olardı”.
43 yaşlı Fernando Alonso “Le-Man 24 saatı”nın ikiqat (2018, 2019) qalibidi. Həmin yarışlarda onun tərəfdaşları Sebastyen Buemi ilə Kadzuki Nakacima olub. 29 yaşlı Nik de Vris də bu yarışlarda iştirak edib.