Frank De Blekere azərbaycanlı hakimlərə seminar keçdi

13.09.2024 12:37 134
Ölkə futbolu
“Liv Bona Dea Arena”da Elit, həmçinin 1-ci dərəcəli hakim və köməkçi hakimlər üçün interaktiv seminar keçirilib.

"Football-plus.az" xəbər verir ki, seminarda Assosiasiyanın Hakimlər Komitəsinin sədri Frank De Blekere və VAR üzrə mütəxəssis Kristof Dierik iştirak ediblər.

Sessiyanın bir hissəsi meydanda, bir hissəsi isə iclas zalında baş tutub. Məqsəd hakimlərin VAR ilə bağlı biliklərinin artırılması və fiziki hazırlıqlarının yoxlanılması olub.