Adrien Rabyo hələ ki işsizdi, amma onun bu problemini tezliklə yoluna qoymaq şansı var.
"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının yarımmüdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər.
29 yaşlı futbolçu “Mançester Yunayted”in maraq dairəsindədi. Qarşıdakı günlərdə tərəflər arasında danışıqlar aparılacaq. Adrieni komandanın baş məşqçisi Erik ten Haq sərəncamında görmək istəyir. Agenti onun “Arsenal” və “Tottenhem”ə mümkün keçidi üçün bu klublarla da danışıq aparmaq niyyətindədi.
Hazırda agent azad statusunda olan Rabyo 2019-cu ildən çıxış etdiyi “Yuventus”dan bu yay ayrılıb.