“Balansla bağlı nəhəng problemimiz var”
"Football-plus.az" xəbər verir ki, “Red Bull”un heyətində üç dəfə “Formula-1” üzrə dünya çempionatının qalibi olan Maks Ferstappen bildirib ki, komanda cari mövsümdə Mühəndislər kubokunu, pilotlar isə titul qazana bilməz.
Xatırladaq ki, sonuncu – İtaliya mərhələsində Ferstappen 6-cı, onun komanda yoldaşı Serxio Peres 7-ci olub. Maksın fikirləri:
“İndiki məqamda həm komanda hesabında, həm də şəxsi yarışda çempion olmaq bizim üçün qeyri-realdı. Maşın idarəolunmaz hala gəlib: balansla bağlı nəhəng problemimiz var, bu təkcə bir dövrəyə yox, bütün yarışa aiddi. Komandaya sözlərimi çatdırmışam, maşınla bağlı çoxlu dəyişiklik etmək lazımdı. Maşın cəmi 6-8 ərzində dominant mövqeyindən idarəolunmaz hala necə gəldi? Bu məqam mənə çox qəribə görünür. Həqiqətən də maşını ayaqdan başa çevirməliyik”.
303 xal toplayan 26 yaşlı Ferstappen hələ ki şəxsi yarışda liderdi. 2-ci yerdə qərarlaşan Lando Norris niderlandlı pilotdan geriliyi 62 xala endirib. “Ferrari”nin pilotu Şarl Lekler isə 217 xalla üçüncüdü. Avstriyanı təmsil edən “Red Bull” Mühəndislər kubokunda liderlik etsə də, 2-ci yerdəki “Maklaren”i cəmi 8 xal qabaqlayır.