Çempionlar Liqası
pley-off, cavab oyunu
Qarabağ – Dinamo (Xorvatiya) 0:2 (0:1)
99. Mateuş Koxalski
2. Mateus Silva
(20. Abbas Hüseynov, 80)
13. Bəhlul Mustafazadə
81. Kevin Medina
44. Elvin Cəfərquliyev
6. Julio Romao
66. Patrik Andrade
(24. Aleksey İsayev, 80)
7. Yassin Benzya
15. Leandro Andrade
(27. Toral Bayramov, 78)
10. Abdulla Zubir (k)
(17. Hamidu Keyta, 88)
18. Juninyo
(90. Nəriman Axundzadə, 78)
Ehtiyat oyunçular
12. Sadiq Məmmədzadə
97. Fabian Buntiç
19. Redon Cica
20. Riçard Almeyda
29. Marko Veşoviç
55. Bədavi Hüseynov
22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
33. İvan Nevistiç
3. Takuya Oqivara
(6. Maksim Bernauer, 46)
28. Kevin Teofil-Ketrin
13. Sami Mae
18. Ranoel Pyer-Qabriel
(11. Arber Hoca, 84)
27. Yosip Mişiç
20. Marko Pyatsa
(77. Dario Şpikiç, 80)
10. Martin Baturina
(30. Marko Roq, 66)
25. Petar Suşiç
17. Sandro Kulenoviç
9. Bruno Petkoviç (k)
(19. Yan Kordoba, 66)
Ehtiyat oyunçular
1. Daniel Zaqorats
23. İvan Filipoviç
4. Raul Torrent
7. Luka Stoykoviç
8. Lukas Kaçavenda
36. Luka Vrbançiç
66. Branko Paviç
Baş məşqçi: Sergey Yakiroviç
Qollar: M.Pyatsa, 32 (0:1). M.Silva, 53-öz qapısına (0:2).
Vərəqələr: K.Medina, 14. S.Mae, 18. T.Oqivara, 30. P.Andrade, 69 – sarı. K.Medina, 88 – qırmızı (ikinci sarı).
Hakimlər: MAYKL OLİVER, Stüart Burt, Li Betts, Kris Kavenaq (hamısı İngiltərə).
VAR hakimi: Stüart Attuell (İngiltərə).
VAR hakiminin köməkçisi: Timoti Vud (İngiltərə).
Hakim-inspektor: Peter Stippel (Almaniya).
UEFA nümayəndəsi: Balaş Makray (Macarıstan).
28 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 29800 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
İlk oyun - 0:3.
11 (5) qapıya (“çərçivə”yə zərbə) 5 (2)
5 künc zərbəsi 5
2 ofsayd 0
11 qayda pozuntusu 13
3 (1) sarı (qırmızı) vərəqə 2 (0)
53 Topa sahibolma (faizlə) 47
İlk oyunda qeydə alınan üzücü hesab “Qarabağ”ın ÇL-in liqa mərhələsinə adlayacağına inamı qıra bilməmişdi. Sensasiya gözləyən azarkeşlərin əhval-ruhiyyəsini Qurban Qurbanovla yetirmələrinin oyunöncəsi açıqlamaları bir qədər də yaxşılaşdırmışdı. Hərçənd praqmatik kəsim yaxşı dərk edirdi ki, Bakıya “Flora” yox, qitə futbolunun nəhənglərindən “Dinamo” gəlir.
Bəlkə də artıq 2-ci dəqiqədə Silvanın qapı xətti ilə paralel ötürməsinə Yuninyo özünü çatdırıb hesabı açsaydı. Hər şey fərqli ola bilərdi. Ancaq Nevistiç topa braziliyalıdan əvvəl çatdı. Çox keçmədən oxşar epizod yaşandı. Bu dəfə Juninyonun başla zərbəsi qeyri-dəqiq oldu. “Qarabağ” üçün növbəti ideal şans 19-cu dəqiqədə yarandı. Komanda ardıcıl üç dəfə bəxtini sınasa da, Teofil-Ketrin qəhrəmana çevrildi. O, əvvəl cərimə zərbəsini yerinə yetirən Benzyanın, sonra qapı önünə ötürmə verən Elvinin topu Juninyoya çatdırmasına mane oldu. 21-ci dəqiqədə isə “Dinamo” təhlükəli vəziyyət yaratdı. Suşiç Ristovskinin Benzyadan aldığı topla bir qədər irəliləyib Baturinaya ötürdü. Bəhlulla Kevinin nəfəsini kürəyində hiss edən “10 nömrə” tələsik “çərçivə”ni nişan aldı ki, top qapıdan aralı keçdi. Bundan sonra ağdamlılar qısa ötürmələrlə qonaqların cərimə meydançasına daxil olmağa çalışsa da, sıx müdafiə nəinki qola, heç perspektivli ötürməyə də imkan vermirdi. 32-ci dəqiqədə əks-hücuma çıxan “Dinamo” hesabı açdı. Təcrübəli Pyatsa cərimə meydançasının yaxınlığından qapıya elə zərbə vurdu ki, Koxalski yerində donub qaldı. Bizə elə gəlir ki, bu, “Qarabağ” üçün son idi. Artıq futbolçular da 4 topun əvəzini çıxmağın mümkünsüz olduğunu anladı. Hər halda, ağdamlılar 42-ci dəqiqədə daha bir imkanı əldən verdi. Benzyanın künc zərbəsindən oyuna daxil etdiyi topa Juninyo çata bilməsə də, Patrik zərbə endirdi. Qapının 5 metrliyində topa yiyələnən Bəhlul, sadəcə, topla necə davranmalı olduğunu bilmədi.
“Qarabağ”ın 2-ci hissədə 4 topun əvəzini çıxacağına inanmağa dəyməzdi. Yalnız hesabı bərabərləşdirmək olardı ki, Silva 53-cü dəqiqədə “qapıların yerini səhv salmaqla” bunu da mümkünsüz etdi. Qalan zaman kəsiyində nə “Dinamo”, nə də “Qarabağ” qol vura bildi. Hərçənd bunun üçün hər iki komandanın imkanı var idi. Qurban Qurbanovun daha yaradıcı Toralı ehtiyatda saxlayıb Elvinə şans verməsi kimi, oyunun axarına gec müdaxilə etməsi, bir çox başqa qərarları da anlaşılmadı. Reallıq budu ki, “Qarabağ” növbəti də mübarizəyə ÇL-in yox, AL-in liqa mərhələsində davam edəcək. Sonuncu dəfə 2017-də oynadığımız əsas mərhələyə bu dəfə də həsrət qaldıq...
KƏNAN BAHADIR