• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yorğun komanda rəqibin cərimə meydançasında 3 metrdən qol epizodu yarada bilməz” - Qurban Qurbanov

Manşet / Çempionlar Liqası

28-08-2024, 23:0

"Qarabağ" Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Dinamo"ya 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Əfsuslar olsun ki, məğlub olduq. İstəməzdik ki, uduzaq. Futbolçulara deyiləcək bir söz yoxdu. Çox əziyyət çəkdilər, həm səfərdə, həm də burada. Xeyli sayda qol epizodlarımız oldu, istifadə edə bilmədik. Suallarınızı verməyə başlasaz, daha maraqlı olacaq, fikirlərimi çatdıracam. Azarkeşlərimizə təşəkkür edirəm. Uduzsaq da, bizimlə oldular”.


- Qol epizodları baxımından probleminiz olmur. Müdafiədə də isə problemlər var. Komanda çox rahat toplar buraxır. Bu problemi həll etmək üçün xüsusi plan var?

- Onsuz da oyunumuz belədi. Biz daha çox rəqibin üzərinə atılırıq, rəqib meydanında oyunumuzu qururuq. Bu gün ilk hissədə qapımıza bir zərbə oldu, o da qol oldu. Rəqibə daha yaxın oynamaq lazım idi ki, imkan verməyək. Xırda detallar var. Müdafiəyəmeyilli komanda bu epizodlardan qalib ayrılır. Bizdə fərqlidi. Elvin, Mateus ya digərləri hücuma daha çox meyillidirlər. Oyunun 70-80 faizini hücumda keçirirlər. Çatışmazlıqlar olacaq. Amma mütləq şəkildə diqqət ayırmalıyıq. Qol vurmuruqsa, buraxmamaq haqda da düşünməliyik. "Dinamo"dan 5 qol buraxıb, bir qol vura bilməmişiksə, nəyisə izah etmək düzgün çıxmaz. Xeyli sayda qol epizodları yaratdıq. Halbuki rəqib müdafiədə sıx oynayırdı. Bu cür komandaya qarşı qol epizodları yaratmaq asan deyil. Müdafiədə səhvləri bir az azaltmalıyıq.

- Komandada inanılmaz yorğunluq hiss edilirdi, sanki futbolçuların halı yox idi. Bunu ilk oyundakı ekstra yüklənmə ilə əlaqələndirərsiz?

- Bilmirəm bu fikir haradan yaranıb? Yorğun komanda rəqibin cərimə meydançasında 3 metrdən qol epizodu yarada bilməz. Xorvatiyadakı oyundan sonra belə fikir formalaşdı. Nəyisə axtarıb fikirləri fiziki formaya gətiriblər. Aslan Kərimov da deyib... Xorvatiya mətbuatından çıxmışdı, ya nədir... Futbol güc, sürət oyunudur. Bizim futbolçuların göstəricilərinə baxsaz, oyunda neçə kilometr qət ediblər... Biz rəqibdən daha çox qaçmışıq səfərdə. Maksimal sürətimiz rəqibdən daha çox olub, maksimal sprintlər də həmçinin. İnanmıram ki, bugünkü göstəricilər də az olsun. Belə fikir formalaşıb, maraqlı söz-söhbət yaranıb, yorğunluq, filan. Anlamıram. Futbolçu gərgin olanda hansısa dəqiqələrdə nəsə hiss edilir. Amma 33 yaşlı Zubir 90 dəqiqə meydanda dayanırsa, Elvin 90 dəqiqə 80-90 metr gedib-qayıdırsa, bu qədər hərəkətli olurlarsa, bu fikir mənim üçün qəribə gəldi. Bizim işimiz normal gedir. Hər bir futbolçunun fiziki hazırlığını daha da qaldırmalıyıq. Bu tip turnirlərdə oynamaq üçün daha çox məşq etməliyik. Yorğunluq görmədim.

- Bu məğlubiyyətdən sonra yeni transferlər etməyi düşünürsüz?

- Onsuz da axtarışdayıq. Bir transfer də etmişik. İki aydan çox idi ki, danışıqlar gedirdi. Bir dəfə alınmamışdı, söhbət dayanmışdı. Bizə uyğun variant olsa, mütləq transfer etmək istəyirik. Bizi qarşıda çox sıx qrafik gözləyir. Avrokuboklar, milli oyunlar, çempionatımız var. Oyunların sayı çoxalır. Zədələrimiz çoxala bilər, rotasiyalara getməliyik. Belə olan halda, oyunçular dəvət etmək istəyərik.

- Hakim sərt oyuna üstünlük vermədi. Halbuki ingilis hakim idi. Onun qərarları sizi qane etmədi?

- Hansısa yuxarı səviyyədə öz sahəsində öz işini görən insan haqda mənim danışmağım düzgün çıxmaz. İngiltərə premyer-liqasında o cür oyunlarda, ÇL-də, böyük matçlarda hakimlik edən biri barədə, düz etdi, ya səhv etdi demək etik baxımdan düzgün olmaz. İlk hissədə penalti epizodu çox şübhəli idi. Kontakt oldusa, birmənalı şəkildə penaltidir. Biz bunu belə eşitmişik. Amma bilmirəm İngiltərədə necədi? Əminliklə deyərəm ki, penalti vermək olardı. Kevin Medinanın qırmızısına gəlincə, bəsit sarı vərəqələr idi. Onsuz da uduzmuşuq, son dəqiqələrdi. Əl konkatdı yox idi, mübarizə idi. Belə oyunda ikinci sarını vermək, bilmirəm nə dərəcədə düzgündü. Böyük hakimdi. Bizim üçün də onun Bakıya gəlməsi xoşdu. Onu canlı görmək, sonra TV-də görmək maraqlıdı.

- Marko Veşoviçlə Marko Yankoviçin yoxluğu cütün taleyinə nə dərəcədə təsir etdi?

- Təsiri olmamış olmaz. Hər ikisi əsas heyət oyunçusu idi. Topla yaxşı davranan futbolçuların olması üstünlükdür, olmaması isə əksinə. Ancaq onlarsız da qalib gəlmişik. Əlimizdəki oyunçuların hamısı sağlam olanda, mənim üçün daha asandır. Təsiri var. Amma digər oyunçularım da göstərdilər ki, daha yaxşı nəticə əldə etməyə layiq idilər.

- Futbolçuların həvəsdən düşməməsi üçün hansı addımlar atacaqsız?

- İlk addımı atdıq. Paltardəyişmə otağında hər birinə təşəkkür etdim. Bu gün çox üzgün olsaq, bunu çox düşünsək, qarşıdakı işimizə mane olacaq. Bir az üzgün idilər. Amma mütləq şəkildə daha da bərk olub qarşıdakı turnirə hazırlaşmalıyıq. Biz qarşımızdakı rəqiblərə dəyər vermişik. Onlar qalib gəlibsə, demək bizdən üstün idilər. Futbolçular bu gün gördülər ki, daha bərk, daha diqqətli və daha ağıllı oynamağa çalışmalıyıq.

- İlk oyundakı məğlubiyyətə baxmayaraq, əksəriyyət "Qarabağ"ın mərhələ keçəcəyinə inanırdı. Bu inam haradan gəlirdi insanlara?

- Bu gün bazada belə söhbətim oldu. "Qalatasaray"ın oyununa baxdıq, uduzdular. Bir qol vurmaq lazım idi. Biz isə 3 qol vurmalıydıq. "Qalatasaray" uduzdu, öz-özümə düşündüm ki, gör bizi, "Qarabağ"ı nə qədər çox sevirlər, çox güvənirlər ki, bu cür oyunda 3-4 qol vuracağımıza inanırlar. Bu birlikdir, komandaya olan sevgidir, inamdır. Bəlkə də, maraqlansaq, azarkeşlərin 70 faizi bizə daha çox motivasiya vermək üçün belə danışırdılar. Bəlkə onlar da razılaşmışdı ki, üç qol vurmaq çətin olacaq. Azarkeşlərimiz futbolu heç də pis incələmirlər. Bizə motivasiya vermək üçün daha çox bu fikirləri demişdilər. Buna da çox sevindim. Bizim başqa çıxış yolumuz qalmır. Hansısa oyunda uduza bilərik, qruplara da düşməyə bilərik, amma həmişə demişəm ki, bütün azarkeşlər bilməlidir, mən başda olmaqla futbolçular, hamımız işimizə məsuliyyətli yanaşmışıq. Klub, komanda sağlam əllərdədir. Hamı dərk edir ki, Qarabağ adı nə deməkdir. İnam da buradan yaranıb. Buna görə azarkeşlərimizə təşəkkür edirəm. Böyük zəfərdən sonra xalq olaraq, daha mehriban, daha inamlı olmuşuq, bir-birimizə hörmətlə yanaşmışıq. Bu gün məğlubiyyət oldusa, sabah qalibiyyətlər olacaq.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

21-08-2024, 02:0

"Lazım olsa, Bakıda..." - Qurban Qurbanov "Dinamo"ya hansı mesajı verdi?

Premyer-liqa / Manşet

2-03-2024, 22:0

"Yeni baş məşqçi ilə bağlı məlumatım yoxdu" - Ruslan Qafitullin

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Manşet / Avropa Liqası

10-08-2023, 23:0

“İstifadə edə bilmədiyimiz fürsətlər çox oldu”

Manşet / Çempionlar Liqası

5-08-2024, 20:0

“Bolqarıstanda biz, burada "Qarabağ" hegemondu” - “Ludoqorets”in baş məşqçisi

Manşet / Çempionlar Liqası

14-08-2024, 01:0

“Bu, həqiqətən mənim "Qarabağ"ım idi, Azərbaycanın "Qarabağ"ı idi” - Qurban Qurbanov

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
Daha çox
Oxunub: 257
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 254
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə