Paris Olimpiadasında başqa ölkələrin yığmalarının heyətində medal qazanan Dağıstan güləşçiləri pul mükafatı alıb.
“Football-plus.az” xəbər verir ki, söhbət 5 güləşçidən gedir. Dağıstan Güləş Federasiyasının mətbuat xidmətinin yaydığı xəbərə görə, sərbəst güləş üzrə olimpiya çempionu olan Razambek Jamalov (Özbəkistan), Əhməd Tajudinov (Bəhreyn) və Maqomed Ramazanov (Bolqarıstan) 5 milyon rubl (93 min AZN) qazanıb.
Daha iki dağıstanlı Parisdən bürünc medalla qayıdıb ki, bunlardan biri Azərbaycan adından çıxış edən Maqomedxan Maqomedovdu. 3-cü yeri tutan güləşçilərin hərəsinə 2 milyon rubl (37200 AZN) verilib.