• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Amerikalı basketbolçular Olimpiadadakı münasibətdən narazıdı

İdman

27-08-2024, 23:0

Hazırda Amerika Antodopinq Agentliyi (USADA) ilə Ümumdünya Antidopinq Agentliyi (WADA) arasındakı münasibətlər hədsiz gərgindi.

Amerikanın müvafiq qurumunu uyğunluq statusundan məhrum edə bilərlər, hətta Olimpiada-2028-in təşkilatçılığının bu ölkənin əlindən alınması da mümkündü. Bütün bu gərginliyin fonunda ABŞ basketbol yığmasının liderləri Paris Olimpiadasındakı qələbəni bayram etməyin onların “burnundan gətirilməsindən” gileylənirlər. İş ondadı ki, elə zəfər anında dopinq zabitləri yoxlamaq üçün onlara yaxınlaşıblar. Və dərhal hamı MBA-da, eləcə də Amerikanın başqa liqalarında dopinqə necə loyal münasibət göstərildiyini xatırlamağa başlayıb. Dəyişikliklər vaxtı çatıbmı?

İncidən dopinq zabitləri
Paris Olimpiadasında çıxış edən ABŞ-nin kişilərdən ibarət basketbol yığması təzadlı təsir bağışladı. Bir tərəfdən, yığma bütün oyunlarda qalib gəldi, parlaq nəticə göstərdi. Digər tərəfdən, bütün superulduzları bir araya gətirən yığma Barselona-92-dəki “Dream Team” effektini təkrarlamağı arzulayırdı. Ancaq reallıq daha çətin oldu. Hakimlər Serbiya ilə yarımfinal oyununda fərqli davransaydı və ya Stef Karri bir neçə dəfə üçxallıq atışda büdrəsəydi, kim bilir Lebron Ceyms və oyundaşları harda dayanacaqdı?! Hər halda, qızıl medallar Amerikanındı və millətin qəhrəmanları vətənə dönəndən sonra sağa-sola müsahibə verirlər. Entoni Edvards sözarası Olimpiya Oyunlarındakı incidən dopunq zabitlərindən gileylənməyi də lazım bilib. Dediyinə görə, ona, Stef Karriyə və Kevin Düranta zabitlər heç qələbəni qeyd etməyə də imkan verməyiblər, dərhal test otağına aparıblar:

“Paltardəyişmə otağında zəfər anını doyunca yaşaya bilmədik. Ona görə ki, Kevin və Steflə birgə dopinq-test otağına yollanmalı olduq”.

Sabiq MBA oyunçusu, hazırda ESPN-də ekspert kimi çalışan Calen Rouz amerikalı basketbolçuların qəzəbini yatırmaq üçün araya zarafat saldı:
“Dopinq zabitlərinin Stef Karrinin personasına marağı anlaşılandı. Ona görə ki, Karrinin Fransa ilə final qarşılaşmasındakı çıxışına məntiqi izah tapmaq çətindi. Onlar Stefi yoxlama otağına aparmaqla düz ediblər, axı nəticəni o müəyyənləşdirdi. Onun atışları... Sadəcə, ağılsızlıq idi”.

Karrinin istedadına zərrəcə şəkk etmədən əsas sualdan uzaq düşməyək. Peşəkar basketbolçu oyundan dərhal sonra paltardəyişmə otağından dopinq-test otağına aparılmasına təəccüblənir. Bu necə ola bilər ki?

WADA MBA-nı müstəqillikdən məhrum etmək istəyir
MBA bayrağı altında keçirilən yarışlar WADA sisteminə daxil deyil. Ancaq təbii ki, liqada dopinq məsələlərinə nəzarət var. Mövsümdənkanar yoxlamalar məhdudlaşdırılıb, testlər, adətən, müntəzəm çempionatın və pley-offun gedişində həyata keçirilir. Testlərin tezliyinə gəlincə, oyunçular mövsüm ərzində 4 dəfə təsadüfi seçmə ilə dopinq-testdən keçirlər. MBA rəhbərliyi əsasən yasaq maddələrə və stimulyatorlara fokuslanır, steroidlərə və böyümə hormonlarına diqqət yetirmir ki, bu da müxtəlif söz-söhbət doğurur. Bundan başqa, liqanın dopinq reqlamentində bioloji pasport qaydası və müxtəlif inyeksiyaların qəbulu proseduru yoxdu. Ancaq WADA-nın məcəlləsinə görə, heç bir yasaq preparat qəbul etmədən, sadəcə, ADAMC sistemində olduğun yeri vaxtında xəbər verməməklə və ya reqlamentin başqa incə nüanslarını pozmaqla da cəzalanmaq olar.

MBA özəl struktur kimi beynəlxaq dopinq sistemindən kənardadı. Bu isə WADA-nın Amerika idmanına ünvanladığı ən həlledici iraddı. Yaxınlarda qarşıdurma tam yeni səviyyəyə qalxıb. Məsələ belədi: Ümumdünya Antidopinq Agentliyinin yaradıcısı və ilk prezidenti Dik Paund Amerika Antodopinq Agentliyini (USADA) çinli üzgüçülərə münasibətdə təhqiqata görə WADA məcəlləsinə zidd fəaliyyətdə suçlayıb.

WADA amerikalıların öz liqalarına heç kim tərəfindən nəzarət olmamasına baxmayaraq, beynəlxalq antidopinq strukturlarına müstəqillik verməməsindən narazıdı. Bundan başqa, Rodçenkov qanunu adlanan qanun WADA-da həyəcana səbəb olur. Bu qanuna görə, əvvəllər fövqəlmilli şəxslər hesab edilən idman dünyasının rəsmiləri Amerika yurisdiksiyasına keçir. Beləliklə, Edvards özü də bilmədən, onsuz da çıtır-çıtır yanan ocağa daha çox odun əlavə etdi.

Paylaş:
Digər xəbərlər

İdman

20-08-2022, 16:0

Norveç idmançıları cəzalanacaq?

İdman

16-02-2024, 21:0

240-dan artıq rus idmançı cəzalanıb

İdman

27-08-2024, 17:0

WADA CAS-a şikayət edəcək

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Bu gün, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Bu gün, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Bu gün, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Bu gün, 20:08
    Millimizdən iki qələbə
  • Bu gün, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Bu gün, 18:30
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 15:07
    Klubuna sadiq qaldı
  • Bu gün, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
Daha çox
Oxunub: 190
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə