Gözlənildiyi kimi, Kaleb Uayli Londonu tərk edib.
“Çelsi” müdafiəçini “Strasbur”a icarəyə verib. Fransa klubunun saytının məlumatında ABŞ millisinin oyunçusu ilə müqavilənin 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulduğu bildirilib.
Qeyd edək ki, “Çelsi” 19 yaşlı oyunçunu bu ilin iyulunda “Atalanta”dan transfer edib.