• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Təəssüflər olsun ki, avrokuboklarda ev oyunlarını öz meydanımızda keçirə bilmirik” - Rəşad Sadıqov

Manşet / Konfrans Liqası

14-08-2024, 19:0

"Zirə" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Osiyek"i qəbul edəcək.

“Football-plus.az” xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Qarabağ"ı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Sabahkı matçlarda "Sabah"a və özümüzə uğurlar arzulayıram. Allah qoysa, hər iki komanda mərhələni keçər. İlk dəfə üç klubumuz pley-off-da oynayır. Oyundan öncə danışmaq çətindir. Hamı bilir ki, önəmli matça çıxacağıq. Hamımız oyunun əhəmiyyətini yaxşı dərk edirik. Gərgin qarşılaşma olacaq. Hər iki komanda üstünlük əldə edib, mərhələni keçməyə çalışacaq. İki komandanın da yetərincə usta, ambisiyalı futbolçuları var ki, nəticə üçün çalışacaqlar. Necə olacaq, onu zaman göstərəcək .Məni məyus edən tərəf meydançanın yaxşı durumda olmamasıdı. Bunu əvvəlki oyunlarda da öz üzərimizdə hiss etmişdik. Mətbuat konfransından əvvəl meydançaya baxdım. Bir az da pisləşib. Hər iki komandanın futbolçuları üçün texnikalı oyuna mane ola bilər. Şərtlər iki komanda üçün də eynidir. Hər şeyi edəcəyik ki, nəticə bizim üçün yaxşı olsun”.


- "Qarabağ"ın oyununa kollektiv şəkildə baxdız? Bu möhtəşəm qələbə "Zirə"yə necə təsir edəcək?

- Əgər toplanışdayıqsa, hamımız birlikdə baxırıq. Deyilsə, hərə sərbəstdir. Dünən bizdə istirahət günü idi. Motivasiya o ola bilər ki, Azərbaycan çempionu Bolqarıstan çempionu "Ludoqorets" kimi güclü rəqib üzərində möhtəşəm qələbə qazanırsa, bizim oyunçulara da motivasiya verə bilər. Çempionatımızın klubu bu cür rəqibi üstələyir. Xırda detallar da əlavə motivasiya ola bilər.

- Çempionatda və avrokuboklarda yaxşı irəliləyirsiz. Bu mövsüm qarşısınıza hansı hədəfi qoymusuz?

- Mövsüm hələ yeni başlayıb. Hədəflərdən danışmaq erkəndi. Klub olaraq qarşımıza ən azından bir mərəhələ keçmək hədəfi qoymuşduq. Amma hazırda o haqda düşünmürük. Çalışırıq ki, qarşıdakı oyunu düşünək. Başa düşürük ki, sabahkı oyun bizim üçün çox önəmlidir. Klub rəhbərliyi, futbolçular və məşqçilər üçün də önəmlidi. Qarşımızda çox təcrübəli komanda var. "Dinamo"ya qarşı da yaxşı oyun keçirdilər. Son anda qol buraxıb, məğlub oldular. Çempionatda da klub rəhbərliyi qarşımıza xüsusi tapşırıq qoymur. Həmişə tələb edir ki, komanda inkişaf etsin, əzmkar kollektiv olsun. Bu gün də qarşımızda xüsusi məqsəd yoxdu. Amma yeni sezonda da avrokuboklarda çıxış etmək istəyirik. Uğurlu başlamışıq. Amma klubların iddiasını görürük. Çempionluğa əsas namizəd "Qarabağ"dı. "Neftçi" və "Sabah" da onlara rəqibdir. 5-6 komanda dördlük uğrunda amansız mübarizə aparacaq. Bunu ilk turdan da hiss etmək olur. "Sabah" da iddiasını ortaya qoyub. "Turan Tovuz" da yaxşı oynayır. Məncə, keçənilki liqanın davamı olacaq. Proqnoz vermək çətin olacaq. Kimsə ikinci də ola bilər, 6-cı da.

- Mərhələ keçsəz, transfer olacaq?

- Hazırda bu haqda danışmaq istəmirəm. Aktual məsələ sabahkı oyundu. Nə oyunçulara baxırıq, nə başqa nəyəsə.

- "Şerif"i məğlub etdiz, amma mərhələ keçə bilmədiz. İndi də münasib nəticə var. Daxildə narahatlıq yoxdu ki, arxayınlaşma ola bilər?

- "Şerif"lə və "DAK 1904" klubları ilə ilk oyunlardan sonra narahatlıq var idi. Amma indi yoxdu. Səfər qolu qüvvədə olsaydı, indi də olardı. Lakin səfər qolunun üstünlüyü yoxdur. "Osiyek"lə görüşdə də çox diqqətli olmalıyıq. Onlar bizim səhvimizdən istifadə edə bilər, biz də onların. Bu dəfə narahat deyiləm. Hiss edirəm ki, futbolçular da bilir ki, bizi necə oyun gözləyir.

- Salifu Sumanın psixoloji durumu necədi?

- Heyətlə bağlı danışa bilməyəcəm. Bu da bizim üçün önəmlidir. Əlimizdə geniş heyət var. İlk dəqiqədən də başlaya bilər, sonradan da oyuna qoşula bilər. Sabah çalışacağıq ki, dəyişiklər də effektli alınsın. Ən ağır yük bəlkə də bizdədi.

- "Osiyek"ə qarşı ağır oyun oynadız, daha sonra "Sabah"la çətin matç keçirdiz. İki ağır oyundan sonra futbolçuların hazırkı durumu sizi qane edə bilib?

- "Sabah"la oyundan sonra yüngül bərpa məşq oldu. Dünən də istirahət etdik. Futbolçulara yaxşı istirahət lazım idi ki, oyun günü gümrah olsunlar. Bir gün vaxtımız var. Hazırıq. Bu gün dəqiq biləcəm ki, hansı durumdadırlar. İnanıram ki, sabah ən yaxşı vəziyyətdə olacaqlar.

- İlk oyundan sonra rəqibi yenidən analiz etmisiz?

- Üzbəüz qarşılaşanda fərqli detallar gördük. 4-5 oyunu analiz edəndə onları görə bilməmişdik. Üzərində işləmişik. Çalışacağıq ki, sabah həyata keçirək. Necə olacağını görəcəyik.

- "Neftçi Arena"nın da ot örtüyünün durumu yaxşı deyil. Klub rəhbərləri bu qədər sərmayə qoyurlar. Bunun günahkarı kimdi, meydançaların vəziyyəti niyə belədi?

- Təəssüflər olsun ki, avrokuboklarda ev oyunlarını öz meydanımızda keçirə bilmirik. Mən "Qarabağ"da oynayanda bundan şəraiti zəif olan stadionlarda oyun keçirməyə imkan verirdilər. Çox istəyərdik ki, Zirədə oynayaq. Bura bizim öz meydançamız deyil, çox şey tələb edə bilmirik. Amma stadion rəhbərliyi nəzarə almalıdır ki, burada avrokubok oyunu olacaq. "Şerif"lə oyunda da rəqib təzyiq edəndə, meydanın vəziyyəti imkan vermirdi ki, pressinqdən çıxaq. Bu stadionda texnikalı futbol oynamaq çətindir. Görək də, sabah necə olacaq. Çox məyusedici amildir. Bu qədər vəsait ayrılıb, meydançaların vəziyyəti niyə belədir, bilmirəm. Səfərdəki matçlara baxın, komandamız daha inamlı, daha texnikalı oynayır. O da ot örtüyü amili ilə bağlı idi. Rəqiblərin meydançaları ideal idi. Amma evdə tam əksini görürük. Ümid edirəm ki, meydança sabah bizə hansısa maneçilik törətməyəcək.

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

31-07-2024, 21:0

“Mental hazırlığa daha çox yer ayırmışıq” - Rəşad Sadıqov

Manşet / Konfrans Liqası

7-08-2024, 21:0

"Osiyek" maraqlı və baxımlı futbol nümayiş etdirir“ - Rəşad Sadıqov

Aktual / Konfrans Liqası

14-08-2024, 11:0

“İlk görüşdə etdiyimiz səhvləri aradan qaldırmağa çalışırıq” - “Zirə”nin kapitanı

Manşet / Konfrans Liqası

2-08-2024, 01:0

“Avrokuboklarda bir əksik özünü çox hiss etdirir” - Rəşad Sadıqov

Manşet / Konfrans Liqası

25-07-2024, 22:0

“60-cı dəqiqədən sonra meydanda baş verənlər məni çox narahat edirdi” - Rəşad Sadıqov

Manşet / Avropa Liqası

21-02-2024, 23:0

“Qarabağ"ı çox ciddi rəqib hesab edirəm”

Aktual
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
Son xəbərlər
  • Bu gün, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Bu gün, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Bu gün, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Bu gün, 14:41
    “Dinamo”da kimlər var?
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 174
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə