“Benfika” tutduğu yola sadiqdi. Lissabon klubu futbolçu ixracı baxımından dünyada hamıdan yaxşı çalışır.
“Football-plus.az” xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin bu ilin yanvarında açıqladığı statistikaya görə, Portuqaliya nəhəngi yetirmələrinin satışından əldə etdiyi para (516 milyon avro) baxımından 1-ci yeri tutur.
19 yaşlı Joao Feliş kluba 127, Ruben Diaş 71, Qonsalo Ramuş 65 milyon avro qazandırıb. Cari “transfer pəncərəsi”ndə bu siyahı akademiyanın daha bir yetirməsi ilə zənginləşdi. Joao Neveş 60 milyon avro müqabilində PSJ-yə keçdi.
Ötən ilin əvvəlində yarımmüdafiəçi heş milyonluq da deyildi, “transfermarkt” ona 500 min avro qiymət qoymuşdu. Neveş onda hələ yenicə əsas heyətdə debüt etmişdi – dekabrın 31-də keçirilən “Braqa” ilə çempionat oyununda 1 dəqiqə şans qazanmışdı. Mövsümün sonuna qədər daha 16 dəfə çempionat oyununa çıxdı, Çempionlar Liqasında oynadığı 27 dəqiqə ərzində isə məhsuldar ötürmə verməyə imkan tapdı.
Həmin vaxtdan bəri inanılmaz dərəcədə tərəqqi edən Joao Avropanın əsas istedadlarından birinə çevrilib. Hələ apreldə, yəni top-liqaya yollanana qədər “Tuttosport” portuqaliyalını “Golden Boy” mükafatına namizədlərin siyahısında 2-ci yerə qoymuşdu. Ondan yuxarıda yalnız Lamin Yamal qərarlaşmışdı ki, indi ispaniyalı ilə rəqabət aparmaq real deyil. Lamin yaşına uyğun olmayan elə yetkin futbol göstərir ki, adam ona heyran olmaya bilmir.
Neveşin əsas mövqeyi dayaq yarımmüdafiəsidi. Onun komanda üçün əhəmiyyətini müəyyənləşdirməyə çalışaq. Joao bir çox göstəricilərdə öz mövqeyində planetin ən yaxşısıdı. O, oyunboyu orta hesabla 80 ötürmə verir, bunların dəqiqlik faizi 88,5-di. Portuqaliyalı bir futbolçuya xal olan ən yüksək səviyyədə universaldı. Top alır, rəqib zərbəsibi bloklayır, daim topa nəzarət edir, onu irəli daşıyır. İntizamlı oyunçudu. Portuqaliya çempionatında mövsüm ərzində cəmi 3 sarı vərəqə alıb ki, bu da dayaq yarımmüdafiəçisi üçün heç nədi.
Yarımmüdafiənin dərinliyində oynayan birisi komandanın oyununun axarına yön verməlidi. Oyun daim sənin üzərində qurulur, ritmi qaldırmalı, başverənlərin dirijoru olmalısan, eyni zamanda, rəqibləri neytrallaşdırmağı da unutmamalısam. Qısası, yetərincə çoxyönlü vəzifədi. Adətən, dayaq zonasında çıxış edən futbolçular 20-ni arxad qoyandan sonra parlayırlar. Rodri indi formasının zirvəsindədi, onun artıq 28 yaşı var. Modriç 30 yaşın həndəvərində olanda maestroya çevrildi. Sözsüz, biz “Qızıl top”un indiki və potensial qaliblərindən danışırıq. Neveşin isə cəmi 19 yaşı var! Tərəqqini davam etdirsə, inanılmaz səviyyəyə yüksələcək.
Joaonun daha bir üstünlüyü meydana istənilən emosional vəziyyətdə çıxmaq bacarığıdı. Onun anası bu ilin fevralında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Heç bir həftə ötməmiş yarımmüdafiəçi Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunu çərçivəsində “Tuluza”ya qarşı 90 dəqiqə meydanda oldu, “Benfika”nın mərhələ adlamasına yardım etdi. Final fitindən sonra Neveş azarkeşlərə yaxınlaşdı və yalnız onda göz yaşını saxlaya bilmədi. Çox kədərli, ancaq nümunəvi tarixçədi.
Portuqaliyanın başqa ulduzları da gənc həmvətənlərinin perspektivini görürlər. Joao Felişin dedikləri: