Paris Olimpiadasının cüdo yarışlarında 73 kq-a qədər çəki dərəcəsində qızıl medalı Hidayət Heydərov boynundan asdı.
Maraqlıdı ki, fəxri kürsünün 3-cü pilləsində də azərbaycanlı – Adil Osmanov dayanmışdı. Rusiyanın “Sport-Ekspress” qəzeti Adilin “bürünc” qazanmasını bugünkü sayında “İlk rus medalı” kimi təqdim edib. Bu isə ən azı təzadlı yanaşmadı!
Bəli, Adil 2000-ci il iyulun 2-də Moskvada doğulub, 2011-ci ildə məhz Rusiya paytaxtında cüdo bölməsinə yazılıb, 6 il sonra isə Moldovaya yollanıb. Amma onun nə atası rusdu, nə də anası. Azərbaycanlı atası sambo, moldovalı anası isə yüngül atletika ilə məşğul olub. Belədə yalnız Moskvada doğulduğuna görə adamı rus kimi təqdim etməyin nə dərəcədə ədalətli olduğuna qoy “Football-plus.az”ın oxucuları qərar versin.
Yeri gəlmişkən, Adilin atası artıq dünyasını dəyişib. Anası ilə birgə Kişinyovda yaşayan soydaşımız Parisdə qazandığı medalı məhz mərhum atasına həsr edib. O, hələ martda verdiyi müsahibələrin birində belə demişdi: