Boksçumuz Məhəmməd Abdullayev (+92) bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
İki dəfə dünya çempionatının bürünc mükafatçısı olan idmançımız 1/8 finalda Nelvi Tiafakla (Almaniya) qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb. Beləliklə, Olimpiadanın açılış mərasimində Azərabycanın bayraqdarı olan M.Abdullayev turnirlə erkən vidalaşıb.
Xatırladaq ki, daha əvvəl bokçumuz (92) Alfonso Dominges 1/4 finala yüksəlib.