Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları ümumilikdə ev sahiblərinin cüzi üstünlüyü ilə nəticələndi.
"Football-plus.az" xəbər verir ki, meydana bu status ilə çıxan 9 komandadan 4-ü qalib gəldi, 3-ü isə uduzdu.
1-ci təsnifat mərhələsində “Zirə”ni mübarizədən kənarlaşdıran “Şerif” öz meydanında azarkeşlərini yenə məyus etdi. Moldova klubu son dəqiqələrdə buraxdığı yeganə qolla “Elfsborq”a məğlub oldu.
2-ci təsnifat mərhələsi, ilk oyunlar
Visla (Krakov, Polşa) - Rapid (Avstriya) 1:2
Hofmann, 79-öz qapısına – Yansson, 37. Zaydl, 53.
Molde (Norveç) – Silkeborq (Danimarka) 3:1
Kaasa, 2. Eykrem, 45+1. Eriksen, 49 – Lind, 35.
Korvinul (Rumıniya) - Riyeka (Xorvatiya) 0:0
Şerif (Moldova) - Elfsborq (İsveç) 0:1
Hedlunn, 86.
Panatinaikos (Yunanıstan) – Botev (Bolqarıstan) 2:1
Yeremeyev, 8. Bakasetas, 44-p. – Koroşets, 71.
Ayaks (Niderland) – Voyvodina (Serbiya) 1:0
Van den Bomen, 86.
Kilmarnok (Şotlandiya) - Serkl Brügge (Belçika) 1:1
Vatson, 70 – Olayqbe, 55.
Braqa (Portuqaliya) – Makkabi (Petah-Tikva, İsrail) 2:0
R.Orta, 56. Salasar, 59.
Rujemberok (Slovakiya) - Trabzonspor (Türkiyə) 0:2
Trezeqe, 39. Çanak, 90+1.
Cavab oyunları avqustun 1-də keçiriləcək.