Suya tullanma növü üzrə idmançı Məhəmməd Hüseynov Bolqarıstanın Varna şəhərində keçirilən "Üçüncü Balkan Gənclər Çempionatı" beynəlxalq turnirində gümüş medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, Məhəmməd E qrupunda ikinci yerə layiq görülüb.
Qeyd edək ki, yarışda 10 ölkədən 110 idmançı mübarizə aparır. Üzgüçülərimiz Anton Melnikov və Anqelina Melnikovanın rəhbərliyi altında çıxış edirlər.