• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Argentina yığması vahid rekordçu oldu! - REPORTAJ

Dünya futbolu / Reportaj

16-07-2024, 16:0

İyulun 13-14-də ABŞ-də təşkil edilən 48-ci Amerika Kubokunun (AK) son iki matçı keçirildi. Əvvəlcə 3-cü yer uğrunda oyunda Kanadaya penalti seriyasında qalib gələn Uruqvay yığması bürünc mükafatçı oldu. Finalda isə Argentina Kolumbiyadan üstün olmaqla titulu qorudu.

final
Argentina - Kolumbiya 1:0 (0:0, 0:0, 1:0), əlavə vaxtda
Argentina: E.Martines, Montyel (Molina, 72), K.Romero, Lisandro Martines, Talyafiko, De Paul, Makallister (Paredes, 97), E.Fernandes (Lo Çelso, 97), Di Mariya (Otamendi, 117), Messi (N.Qonsales, 66), Alvares (Lautaro Martines, 97).
Kolumbiya: K.Varqas, S.Aryas, D.Sançes, Kuesta, Moxika, Rios (Kastanyo, 89), Lerma (Uribe, 106), C.Aryas (Karraskal, 106), X.Rodriges (Kintero, 91), L.Dias (Borxa, 106), C.Kordoba (Borre, 89).
Qol: Lautaro Martines, 112.
Vərəqələr: C.Kordoba, 27. Makallister, 62. Borxa, 115. Lo Çelso, 118 - sarı.
Hakim: Rafael Klaus (Braziliya).
14 iyul. Mayami. 63000 tamaşaçı.


Argentina yığması son 8 AK-də 6-cı dəfə finala çıxmışdısa, Kolumbiya turnirin həlledici oyununda sonuncu dəfə 2001-ci ildə görünmüşdü. Onu da qeyd edək ki, 23 il əvvəlki yarış məhz kolumbiyalıların qəəbəsi ilə nəticələnmişdi. Bukmeker kontorları Argentinanı təbii olaraq finalın favoriti hesab etmişdilər. Amma son çempionun işinin heç də asan olmayacağı dəqiq idi. Ona görə ki, Kolumbiya həm qrup, həm də pley-off mərhələsində çox yaxşı təsir bağışlamışdı. Nestor Lorensonun komandası azarkeşlərini uzun müddət davam edən çempionluq həsrətinə son qoya biləcəyinə çox ümidləndirmişdi.
Mayamidəki finalın vaxtında başlamadığını ilk növbədə bildirməliyik. Oyundan əvvəl “Hard Rok Stedium”un ətrafında azarkeş anarxiyası hökm sürürdü. Bileti olmayanların basırıq yaratması və arenaya daxil olmağa çalışması olduqca təhlükəli vəziyyətə yol açmışdı. Polislər asayişi pozanları saxlamağa və stadiona giriş qapılarını bağlamağa çalışırdılar. Maraqlıdı ki, bəzi qapıların bağlandıqdan bir neçə dəqiqə sonra açılması fanatların turniketlər olan ərziləri aşıb içəri daxil olması ilə müşayiət olundu. Onların metal hasarın üstündən və ventilyasiya sistemi olan məkandan arenaya soxulması ciddi problemlərə yol açdı. Yerli mənbələr azı 7 azarkeşin müxtəlif dərəcəli xəsarətlər aldığını və 12 nəfərin saxlanıldığını xəbər verir. Əlbəttə, belə şəraitdə oyuna start vermək mümkün deyildi. Nəticədə final 1 saat 23 dəqiqə gecikmə ilə başladı.

İlk hissədə kolumbiyalılar daha maraqlı komanda görüntüsü verdilər. Topa rəqibindən çox sahib olan Lorensonun komandası qapıya zərbələr planında da üstün tərəf idi. Lakin Emiliano Martinesin qoruduğu qapı qarşısında real təhlükələrə az təsadüf olundu. Amma epizodların birində Kordobanın dirəyi nişan aldığını qeyd etməliyik. Öz növbəsində ilk hissədə argentinalıların da hesabı açmaq şansı oldu. Lakin Messinin zərbə endirməsindən əvvəl topa müdaxilə edən Alvares gözəl imkanı korladı. Maraqlıdı ki, fasilə məşhur müğənni Şakiranın çıxışına görə 15 yox, 25 dəqiqə çəkdi. Bu isə planlaşdırılan tədbir idi. AK-nin final matçında ilk dəfə mini-konsert təşkil olunduğunu da bildirək.

Argentina ikinci hissəyə fəal başladı. Amma təşəbbüsü ələ alan Lionel Skaloninin komandası rəqibin güclü müdafiəsini yarmaqda çətinlik çəkirdi. Bu, azmış kimi 66-cı dəqiqədə Messi zədələnərək meydanı tərk etdi. Onun ehtiyat oyunçular skamyasında göz yaşlarını saxlaya bilməməsi də diqqətdən yayınmadı. İkinci hissədə də hesab açılmadı və turnirdə ilk dəfə yalnız final üçün nəzərdə tutulan əlavə vaxt qaydası tətbiq olundu. Həlledici 30 dəqiqədə meydanda əsasən bərabərsəviyyəli mübarizə yaşandı. Futbolçuların yorulduqları aydın görünürdü. Hər necə olsa argentinalılar 112-ci dəqiqədə hesabı açdılar. Alvaresin yerinə meydana çıxan Lautaro Martinesin vurduğu qol “albiselesta”nın çətin qələbəsini təmin etdi. 2021-ci ildə çempion olan Skaloninin komandası titulu qorudu, Kolumbiya isə azarkeşlərinə yalnız finalın həyəcanını yaşatmağı bacardı.

3-cü yer uğrunda oyun
Kanada - Uruqvay 2:2, p. – 3:4
Kone, 22. Devid, 80 – Bentankur, 8. L.Suares, 90+2.
Kanada: Sent Kler, Conston (Devis, 62), Bombito, De Fujerol (Kornelius, 67), Lareya, C.Osorio (Beyr, 77), Kone, Ahmed (Millar, 77), Şuenye, Şaffelberq, Oluvaseyi (Devid, 67).
Uruqvay: Roçet, X.M.Ximenes, Kaseres, Vinya (Olasa, 67), Uqarte (De Arraskaeta, 46), Nandes, Valverde, Bentankur, Pelyistri (B.Rodriges, 62), M.Arauxo (K.Olivera, 62), D.Nunyes (L.Suares, 46).


Kanada yığması yarımfinalda Argentinaya 0:2, Uruqvay isə Kolumbiyaya minimal hesabla uduzmuşdu. 2011-ci ildən sonra ilk dəfə yarımfinala çıxan Uruqvay yığması 3-cü yer uğrunda oyuna iki ciddi itki ilə çıxacaqdı: Ronald Arauxo zədəli, Varela ilə De la Krus isə cəzalı olduqları üçün “selesta”ya kömək edə bilməyəcəkdilər. Bürünc medal uğrunda mübarizədə Cənubi Amerika təmsilçisinin uğur qazanmaq şansı yüksək dəyərləndirilirdi. Amma Şarlott şəhərində keçirilən matç kanadalıların təsadüfən yarımfinala qədər irəliləmədiklərini göstərdi.

“Bank of Amerika Stedium”da baş tutan matç yetərincə baxımlı keçdi. Gözlənildiyi kimi, uruqvaylılar ilk dəqiqələrdə fəal təsir bağışladılar. Marselo Byelsanın çalışdırdığı komandanın ilk həmlələrindən birində Bentankur Kaseresin ötürməsi ilə hesabı açdı. Şimali amerikalılar qapısından erkən top buraxsalar da, əsla ruhdan düşmədilər. Əksinə, Cessi Marşın çalışdırdığı komanda cəsarətli oyunu ilə artıq 22-ci dəqiqədə cavab qolunu vurdu. 1:1 hesabı uzun müddət dəyişmədi. Halbuki 80-ci dəqiqəyə qədər hər iki tərəfin bir neçə dəfə önə keçmək şansı oldu. Həmin anda kanadalıların aqressiv hücumlarından biri meydana az əvvəl çıxan hücumçu Devidin qolu ilə nəticələndi. Bundan sonra uruqvaylıların böyük qüvvə ilə irəli atılacaqları gözlənilirdi. Onların xilaskarı ikinci hissədə Darvin Nunyesin əvəzinə meydana çıxan Luis Suares oldu. 37 yaşlı hücumçunun son dəqiqələrdə hesabı bərabərləşdirməsi ilə penalti seriyası qaçılmaz oldu. Qeyd edək ki, AK-nın reqlamentinə əsasən, pley-off mərhələsində yalnız final matçının əsas hissəsi heç-heçə başa çatdığı zaman əlavə vaxt təyin olunur.

1/4 finalda Braziliyanı qolsuz başa çatan matçdan sonra labüd olan penalti seriyasında üstələyən (4:2) Byelsanın komandasının bu dəfəki cəhdi də uğurlu alındı. Seriyada Konenin zərbəsini qapıçı Roçet dəf etdi, Devis isə tiri titrətdi. Uruqvalıların ilk 4 zərbəsi dəqiq alındığı üçün bürünc medallar onlara qismət oldu. Beləliklə, “selesta”nın AK-da 13 illik medal həsrəti sona çatdı.
Bombardirlər: Lautaro Martines (Argentina) - 5, Rondon (Venesuela) - 3.

Faktlar
* 16-cı dəfə çempion olan Argentina yığması Uruqvayı (15) arxada qoyaraq yeni rekord müəyyənləşdirdi. Braziliya AK-da 9, Paraqvay, Çili və Peru hərəyə 2, Kolumbiya və Boliviya isə bir dəfə qızıl mükafatçı olub.
* Messi XXI əsrdə AK-nın finalında meydana çıxan ən yaşlı oyunçu oldu. O, həlledici matçda 37 yaş 20 günlüyündə iştirak etdi.
* Karyerasında 45-ci titulu qazanan Messi özünün sahibi olduğu dünya rekordunu yenilədi. Bu planda sonrakı yerləri braziliyalı Daniel Alveş (43) ilə misirli Hossam Aşur (39) tuturlar.
* Uruqvay yığması AK-da 2011-ci ildən sonra ilk dəfə mükafatçılar sırasına düşdü. Komanda 13 il əvvəl turnirin qalibi olmuşdu.
* Suares milli formada keçirdiyi 142-ci oyunda 69-cu qolunu vurdu. Luis 2007-ci ildən çıxış etdiyi yığmada sonuncu qolunun sevincini 2022-ci ilin martında Çili ilə oyunda yaşamışdı.

Yeri gəlmişkən...
Argentina yığması Finalissimada oynamaq hüququ qazandı. AK-nın qalibi gələn ilə təyin olunan yeganə oyunda Avropanın yeni çempionu İspaniya ilə qarşılaşacaq. Qeyd edək ki, Finalissimanın hazırkı çempionu Argentinadı. Cənubi Amerika təmsilçisi 2022-ci ildə İtaliyaya 3:0 hesabı ilə qalib gəlib.

Oyundan sonra
Lionel Skaloni, Argentina yığmasının baş məşqçisi:

“Bizim üçün gərgin mübarizə şəraitində keçən bazar günü oldu. Yeni tarix yazıb-yazmadığımızı deyə bilmərəm, amma komanda təəccübləndirməkdə davam edir. Argentina yığması çətinliklər qarşısında ayaqüstə dayanmağı bacarır. İlk hissəni yaxşı keçirmədik, amma fasilədən sonra əsl simamızı göstərdik və sonda layiqli qələbə qazandıq. Komandamız əlavə vaxtda daha yaxşı oynadı. Futbolçularımızın oyununu izləmək mənim üçün çox xoşdu, onlara hədsiz dərəcədə minnətdaram. Ehtiyat oyunçular skamyasında Lautaronun şansının olacağından danışmışdıq və o, gözlədiyi şansı qazandı. İspaniyanın finalda qalib gəlməsinə görə indi ikiqat sevinirəm. Ailəmin bəzi üzvləri əslən ispaniyalıdı. Bu səbəbdən sevincim hədsiz böyükdü. İspaniya yığmasından olan həmkarımı (baş məqşçi Luis de la Fuenteni nəzərdə tutur – red.) tanıyıram. Əla formada olan və başqalarından fərqli oyun sərgiləyən iki komandanın iştirak edəcəyi Finalissima yüksək səviyyəli matç olacaq”.

Lionel Messi, Argentina yığmasının hücumçusu:
“Həqiqət budu ki, cari turnir bizim üçün çətin Amerika Kuboku oldu. Çünki əksər komandalar həmişəkindən daha yaxşı – rəqibləri ilə bərabər səviyyədə oynayırlar. Bu, mənim üçün sonuncu Amerika Kubokudu. Mövcud vəziyyətdən maksimum həzz alıram”.

Anxel Di Mariya, Argentina yığmasının yarımmüdafiəçisi:
“Milli komandanı məhz belə tərk etməyi arzulayırdım. Argentina mənim ölkəm və sevgimdi. Hər kəsə “sağ olun” deyirəm”.

Luis Suares, Uruqvay yığmasının hücumçusu:
“Çox çətin oyun oldu. Heç kim bu qədər çətin oyunun iştirakçısı olmaq istəməz. Ancaq daşıdığın futbolka səndən bütün gücünü meydanda qoymağı tələb edir. Yarımfinalda Kolumbiyaya məğlubiyyət hamımızı çox məyus etmişdi. Həmin oyundan sonra qələbə qazanıb 3-cü yeri tutmaqdan başqa yolumuz yox idi. Bu turnirdə komandamızla bağlı müsbət məqamlardan istifadə etməli, səhvlərimizdən lazımi nəticələr çıxarmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-06-2024, 15:0

Messi AK-nın yeni rekordçusu oldu

Dünya futbolu

13-07-2024, 22:0

Messidən iki tarixi nəticə - Kolumbiyanın 23 illik həsrəti başa çatdı

Dünya futbolu / Reportaj

3-07-2024, 13:0

Kolumbiya, Kanada və Ekvador da 1/4 finala vəsiqə qazandı - AMERİKA KUBOKU

Dünya futbolu

30-06-2024, 22:0

Argentina və Venesuela 1/4 finalda - AMERİKA KUBOKU

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə