• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vasif Durarbəyli də Vüqar Həşimovun taleyini yaşayacaq? – KÖŞƏ

Manşet / Yazarlar

13-07-2024, 18:0

Vasif Durarbəylinin Azərbaycan Şahmat Federasiyasına, konkret prezident Mahir Məmmədova ünvanlanan ittihamlarını oxuyanda istər-istəməz 2014-cü il yanvarın 14-nü xatırladım.

Həmin gün Şahmat Mərkəzində gözünü Almaniyada əbədi yuman Vüqar Həşimovla vida mərasimi keçirilirdi. Xəbəri eşidən-bilən hər kəs Vüqarla vidalaşmağı özünə borc bilmişdi. Bu şəklə də diqqətlə baxın. Vüqarın tabutunun solunda bu gün Vasifin məktubunda adı çəkilən Mahir Məmmədov, sağında isə Teymur Rəcəbovun sabiq qaynatası Elşad Nəsirov dayanıb. Vida mərasimində çıxış edənlər dünyadan nakam gedən Vüqarın ustalığından, yaşasaydı, Azərbycan şahmatına bir çox parlaq qələbə qazanmaqda yardım edə biləcəyindən danışırdı. Belə bərli-bəzəkli, bəlağətli sözləri deyən adamlar cəmi 4 il əvvəl Vüqarı Ümumdünya Şahmat Olimpiadasına yollanan heyətdən çıxarmış, özləri də bilmədən xəstəliyinin şiddətlənməsinə yardım etmişdilər. Halbuki həmin Vüqar 2009-cu ildə 7 saat sürən həlledici oyunda qələbə qazanmaqla yığmamıza ilk dəfə Avropa çempionluğunu qazandırmış, ölkə telekanallarının birinin efirində canlı bağlantı zamanı “Azərbaycan, səni çox sevirəm” demişdi.

Vüqar Vasifdən də usta və reytinqli şahmatçı idi. Bir ara reytinqi hətta 2761-ə qalxmışdı. AŞF onu yumşaq desək, şərlədi, Prezident Kubokuna qatılmamaqda suçladı, mərhum qrossmeyster prezidentə müraciət edərək məsələnin məğzini açıqlayanda isə həqiqətin üzə çıxmasını əngəllədi. Onda federasiyanın prezidenti Elman Rüstəmov idi, vitse-prezident isə bu gün Durarbəylinin məktubunda adı çəkilən Mahir Məmmədov. Məmmədov onda Həşimovu başqalarının adından danışmaqda suçlayırdı, deyirdi ki, səni federasiyaya dəvət etmirlərlə, gərək qurumun qapısını-pəncərəsini yerindən çıxarasan, taleyinlə maraqlanasan. Onda yenə karyerasının zirvə çağlarını yaşayan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov da var idi. Azərbaycan gec-tez şahmat tacının Bakıya gələcəyinə inanırdı. İndi isə nə həmin Teymur var, nə də həmin Şəhriyar. Hər biri karyerasının qürub çağını yaşayır, kişi şahmatımız Avropada və dünyada əvvəlki mövqeyini əldən verməkdədi. Və belə durumda AŞF-nin dəst-xətti, şahmatçılarla davranışı dəyişməyib. Vasif Durarbəyli bütün əsas meyarlara cavab verdiyi halda, sentyabrda Macarıstanda keçiriləcək növbəti Olimpiadaya qatılacaq heyətə salınmayıb. AŞF eynən Vüqar Həşimov məsələsində olduğu kimi, Vasifin də boynuna minnət qoyur:

“Milli komandanın əsas üzvləriylə yanaşı, ehtiyatda adı qeyd olunan şahmatçılar da Azərbaycan Şahmat Federasiyası tərəfindən təqaüd proqramına daxil edilib”.

Doğrudan da, acınacaqlı mənzərədi. AŞF Vasifə demək istəyir ki, sus, haqqını tələb etmə, lazım gəlsə, səni təqaüd proqramından da çıxararıq. Şahmatda yeni və parlaq istedadlar yetişdirə bilməyən ölkə göz önündə olan üç-beş ulduzu da pisikdirir, uzaqlaşdırır və belələrinin az qala “vətən xaini” obrazını yaradır. Bu dünyadan nakam gedən Vüqar Həşimovun ardından, deyəsən, növbə Vasif Durarbəylinindi. Amma niyə və nə vaxta qədər? Ümid edirəm ki, Mahir Məmmədovun bu suala cavab verməyə vaxtı olacaq.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

İdman

24-07-2022, 23:0

Vüqar Həşimovun xatirəsi yad olundu

İdman

29-07-2022, 20:0

Şahmat millimiz Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə start verdi

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə