• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Belə şəraitdə əzəmətli "Kəpəz" formalaşdırmaq çox çətindi" - MÜSAHİBƏ

Manşet / Müsahibə

3-07-2024, 09:0

2023/24 "futbol ili"ndə elitada qalmağı bacaran "Kəpəz" növbəti mövsüm üçün hazırlıq işləri görür.

Hələ ki komanda ilə bağlı xeyli cavabsız sual var. Bəli, bütün bu suallar klubun ciddi maliyyə problemləriylə üz-üzə qalmasından qaynaqlanır. Bu yöndə bəzi iddialardan xəbərdarıq. Lakin sponsor axtarışı davam etsə də, konkret yenilik olmadığından məsələ açıq qalır. Gəncə təmsilçisinin stadionsuz olduğu da sirr deyil. Belədə "sarı-göylər" ev oyunlarını keçirə bilmək üçün yenə başqa klublardan birinin meydançasına sığınmalı olacaq. Üstəlik kollektivlə bağlı çatışmazlıqların da sayı-hesabı yoxdu. İndiyə qədər Elçin Əlicanov, Vüsal Məsimov, Adame Niane, Mate Kvirkviya, Junior Martins kimi aparıcı futbolçular komandanı tərk edib. Mətbuatda yayılan xəbərlərə görə, gedənlər sırasında İqor Rodriges, Georgi Papunaşvili və Amil Yunanov da var. Bununla yanaşı, gəncəlilər hələ hansısa transfer bilgisi yaymayıb.

Hər halda, vəziyyət qəlizdi. Ona görə ki, klub artıq 2024/25 "futbol ili" üçün planlarını AFFA-nın premyer-liqa təmsilçilərinə ayırdığı üç milyon manata əsasən qurub və hərəkətə keçib. İyunun 22-də başlayan təlim-məşq toplanışı davam edir. Komanda bu gün prosesin əsas mərhələsinə başlamaq məqsədilə bir araya gələcək ki, çalışmalar Gəncədə olacaq. "Sarı-göylər"in yoxlama oyunları keçirməsi də gözlənilir.
Qeyd olunan mövzularla bağlı daha ətraflı məlumat almaq üçün dünən "Kəpəz"in baş məşqçisi Adil Şükürovla danışmağa ehtiyac duyduq. O, "Futbol+"lə söhbət zamanı həm də xüsusi informasiyaları açıqladı.

- Adil bəy, komanda ilə bağlı problemlər gəncələri azarkeşlərin narahatlığına səbəb olub. Son durum necədi?
- Etiraf edək ki, bəzi çatışmazlıqlar var. Bilindiyi kimi, ayrılan aparıcı futbolçuların sayı az deyil. Boşluqları aradan qaldırmaq məqsədilə 1-ci liqa klublarının seçilən futbolçularını düşərgəyə çağırıb sınaqdan keçirdik. Bir neçə gün məşqlərdə iştirak etdilər. Məlum oldu ki, əzəvedici komandamızda çıxış edən oyunçulardan fərqlənmirlər. Demək olar ki, bərabər səviyyədədilər. Belədə öz yetirmələrimizin xidmətindən yararlanmağa qərar verdik. İnşallah, onların inkişafına nail olacağıq. Məşqlərimiz davam edir. İyulun 10-a qədər hazırlıq prosesinin əsas mərhələsini tamamlayıb yoxlama oyunlarına start verəcəyik. Razılıq əldə etdiyimiz rəqiblər var. 10-da "Turan Tovuz"la, 14-də "Şamaxı"yla, 17-22-si aralığında Küveytdən ölkəmizə gələcək komandalardan, 26-da isə 1-ci liqa tənsilçilərindən biriylə qarşılaşacağıq.

- Klubun rəsmi sosial şəbəkə hesabları bir neçə aparıcı futbolçunun yola salındığını açıqlayıb. Lakin başqa əsas oyunçuların da getdiyi bildirilir. Durumu necə toparlamağı düşünürsüz?
- Düzdü, İqor Rodriges və Olavale Onanquna da artıq bizimlə deyil. İcarəyə götürdüyümüz futbolçulardan Rüfət Əhmədov "Qəbələ"yə, Camal Cəfərov və Şakir Seyidov "Sabah"a qayıtdı. Ehtiram Şahverdiyev və Elmir Tağıyevlə ilkin razılıq əldə olunub. Nicat Süleymanovla anlaşmışıq. Ümumiyyətlə, yerli futbolçu qıtlığı var ki, bu, komandada ciddi şəkildə hiss olunur.

- Georgi Papunaşvili və Amil Yunanov haqda nəsə demədiz...
- Papunaşviliylə danışmışıq. Haqlı olaraq, daha iddialı və çox pul qazana biləcəyi komandaya getmək istəyir. Bizimlə olan müqaviləsinin müddəti bitdiyindən nə qınaya, nə də qarşısını ala bilərik. Amil Yunanova gəlincə, düzü, onunla yola davam etmək niyyətindəydik. Amma həm büdcəylə bağlı problemlər, həm də mətbuata verdiyi bəzi açıqlamalar onunla bağlı düşüncələrimi qarışdırdı. Digər tərəfdən, o, həm "Kəpəz"dən, həm də "Səbail"dən məvacib alır. Bizə transfer edilsə, gəlirininin azalmaması üçün əlimizdən gələni edəcəyimizi demişdik. Təəssüf ki, indiki durumda bunu etməyə gücümüz çatmır. Yenə də özüylə yenidən görüşüb ortaq məxrəcə gəlməyə çalışacağıq. Əlbəttə, onun xidmətində maraqlıyam, lakin daha yaxşı vəziyyətdə olmasını istəyirəm. Çünki bir hücumçuyla yola çıxmaq mümkün deyil.

- Bəs heyətin komplektləşdirilməsi yönündə hansı addımların atılması nəzərdə tutulub? Sırf akademiyanln yetirmələriylə anlaşacaqsız? Həmçinin legionerlər gətirmək mümkün olacaqmı?
- İndiyə qədər bir neçə futbolçuyla danışığımız olub. Lassana Ndiaye, Karim Lkouça, Redon Mihana, Rogeyro Santos kimi əncəbi oyunçular bizimlə olacaq.

- Müəyyən tədbirlərin görülməsinə baxmayaraq, görünür, hədəf premyer-liqada qalmaq olacaq.
- Çox təəssüf ki, bəli. Yeni sponsorun olacağıyla bağlı xəbərləri mətbuatdan oxuyuruq. Amma hələ ki dəyişiklik yoxdu. Yalnız AFFA-nın ayırdığı məbləğlə nəsə etməyə çalışacağıq.

- Son sualım ev oyunlarını hansı stadionda keçirəcəyinizlə bağlıdı. Gəncə şəhər stadionunun inşasının gec tamamlamacağınızı nəzərə alsaq, növbəti mövsümdə də başqa idman qurğusunda çıxış etməli olacaqsız. 
- Düzdü. Danışıqlar aparırıq. Hələ harda oynayacağımız bəlli deyil. "Qəbələ" ot örtüyünü dəyişə bilər. Bildiyimə görə, həmin qazonun yükü çox olacaq. "Turan Tovuz"un da razılaşıb-razılaşmayacağı bəlli deyil. "Tofiq Bəhramov" çox bahadı. "Kapital Bank Arena"da da "Sumqayıt"ın gündəlik məşqləri keçirilir. Nə edəcəyimizi bilmirik. Ümumiyyətlə, bizə kömək olunmalıdı. "Kəpəz"i sevənlər, inkişaf etməyimizi arzulayanlar yanımızda olmalıdı. Belə şəraitdə əzəmətli "Kəpəz" formalaşdırmaq çox çətindi. Vuruşmalıyıq. Başqa çarəmiz yoxdu.

KƏNAN BAHADIR 

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

25-11-2023, 13:0

"Səbail" - "Kəpəz": START HEYƏTLƏRİ

Ölkə futbolu / Manşet

9-01-2024, 17:0

"Kəpəz" legionerlərindən biriylə yollarını ayırır - Papunaşvili, yoxsa Niane?

Premyer-liqa

23-02-2024, 16:0

"Kəpəz" - "Qəbələ": START HEYƏTLƏRİ

Premyer-liqa

12-02-2024, 14:0

"Kəpəz" - "Səbail": START HEYƏTLƏRİ

Premyer-liqa

17-02-2024, 14:0

"Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ

Premyer-liqa

22-01-2024, 16:0

"Kəpəz" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə