“Sabah” daha bir legionerlə yollarını ayırdı

2.07.2024 22:14 296
Premyer-liqa
“Sabah” hücumçu Emmanuel Apehlə yollarını ayırıb.

“Football-plus.az” xəbər verir ki, nigeriyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. Klub Apehə xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Emmanuel Apeh 2022-ci ilin yayından "Sabah"da çıxış edirdi.