Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatında komanda yarışları baş tutub.
“Football-plus.az” xəbər verir ki, turnirdə 17 ölkə medallar uğrunda mübarizə aparıb. Millimiz komanda yarışlarında 11 idmançı ilə təmsil olunub. Cüdoçularımız Niderland yığmasına uduzub - 1:4.
Təsəlliverici görüşlərə qatılan komandamız öncə İtaliyanı üstələyib - 4:1. Lakin ardınca Polşaya uduzub - 3:4.
Komandanın heyətində oğlanlarda Fərid Qarayev, Nihad Rəhimov (hər ikisi 60 kq), Mehdi Abbasov (81 kq), Əli Qazıməmmədov (90 kq), Eyvazlı Hüseyn və Sübhan Axundov (hər ikisi +90 kq), qızlarda Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kq), Aytən Verdiyeva, Vüsalə Hacıyeva (hər ikisi 63 kq) və Mələk Bayramlı (+63 kq) yer alıblar.
Qeyd edək ki, Azərbaycan yığması fərdi yarışlarda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.