Bir müddət əvvəl “Neftçi”nin gətirmək istədiyi nigeryalı oyunçu ilə bağlı planlar dəyişib.
Amoo Akinkunminin fiziki göstəriciləri qənaətbəxş olsa da, səbəb fərqlidi. Belə ki, onun aylar əvvəl təcavüzə görə təqsirləndirilməsi rəhbərliyi düşünməyə vadar edib.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, 22 yaşlı oyunçunun sənədlərində yaranan problem sözügedən transferdən imtinaya səbəb olub. Yans Andersonun seçimi ilə Azərbaycana gələn oyunçu vətəninə geri dönüb.
Qeyd edək ki, Akinkunmi “Omoniya”dan martda ayrılmışdı. Onun dosyesi çox şübhəli və qaranlıqdı.
RÖYANƏ OĞUZ