Ölkəmizin veteran cüdoçuları Avropa çempionatında 11 medal qazanıblar.
“Football-plus.az” xəbər verir ki, təmsilçilərimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən turnirdə bu uğura nail olublar.
Millimiz Avropa çempionatının fərdi yarışlarında 3 qızıl və 8 bürünc medala yiyələnib.
Qeyd edək ki, iyunun 6-9-da keçirilən çempionatda Azərbaycan cüdoçuları 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunub.