• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Müqəddəslər” elitaya qayıdır... - Onları 38 yaşlı buddist uğura daşıdı

Dünya futbolu

2-06-2024, 00:0

İngiltərə kubokunun finalının ardından “Uembli”də 85 min azarkeşin gözü önündə daha bir böyük oyun keçirildi.

Çempionşipin finalında “Lids”lə “Sauthempton” qarşılaşdı. 0:1 hesabıyla uduzan “Lids” daha bir il elitada görünməyəcək, özü də son 30 ildə ilk dəfə 90-dan artıq xal toplayıb yerində sayan ilk komanda olmaqla. “Sauthempton” isə aşağı dəstədə yalnız bir mövsüm keçirdi.

Finalda bir qol bəs etdi
Onu da ofsayd tələsindən ustalıqla qurtulan Adam Armstronq vurdu və mövsümü 24 qol, 13 məhsuldar ötürmə ilə bitirdi. “Lids”in hesabı bərabərləşdirmək cəhdləri fayda vermədi. Sona yaxın Daniel Ceymsin zərbəsi hətta tirdən döndü. 2-ci hissəyə artırılan 9 dəqiqə də işə yaramadı. Premyer-liqanın ötən mövsümünün 19-cu və 20-ci komandaları qarşılaşırdı. 20-ci komanda qalib gəldi və ötən mövsüm 18-ci olan “Lester” ilə birgə premyer-liqaya yüksəkdi. Çempionşipdən daha bir vəsiqənin sahibi isə “İpsviç” oldu.

“Sauthempton” superseriyanın ardından “əyləci basdı”
“Sauthempton” mövsümün əvvəlində dərhal Liqa kubokunda mübarizəni dayandırdı, ölkə kubokunda isə iki mərhələdən sonra “Liverpul” səddinə ilişdi (0:3). Çempionşipdə komanda eniş-yoxuşlu qrafik cızdı – məğlubiyyətsiz ilk 4 oyun, ardından 4 məğlubiyyət. 8 turdan sonra 15-ci pilləyə yuvarlanmaq gözəl gələcək adına heç nə vəd etmirdi. Ancaq sonra “Sauthempton” 5 ay uduzmadı – bu seriyaya 22 oyun sığdı, komanda son 9 oyunun 8-də qalib gəldi. Fevralın ortalarında inamla “pley-off zonası”nda qərarlaşan “müqəddəslər” ardından yenə xal itirməyə başladı. Mövsümün sonunda ilk iki pillədə qərarlaşan komandalardan artıq 9 xal geri qalırdılar. Ancaq yarımfinalda “Vest Bormviç”in (0:0, 3:1), finalda isə “Lids”in öhdəsindən gəldilər.
Son illərdə çempionşipin finalları nadir hallarda məhsuldar keçir. Ancaq bu dəfə məhz “Sauthempton”a görə fərqli nəsə gözləməyə dəyərdi. Axı bu, mövsümün ən baxımlı komandasıdı – oyunlarında orta hesabla 3,26 qol vurulub. Düzdü, “Lids” bu göstəricidə yalnız 13-cü (2,69) idi. Qalibə bir qol kifayət etdi.

Adam Armstronq komandanın ən önəmli oyunçusudu, statistikasını yuxarıda xatırlatdıq. İsveçrə yığmasının heyətində Stüart Armstronqla (o hələ zədəlidi) birfə Avropa çempionatında yollanmağa hazırlaşan Çe Adams 16+4 ilə yadda qaldı. “Sauthempton” mövsüm ərəfəsində 187 milyon avroluq satış reallaşdırmışdı. Bu pulun üçdəbiri Romeo Laviyanın “Çelsi”yə transferindən əldə olunmuşdu. Həmçinin Tino Livramento, Ceyms Uord-Prouz və Natan Tela (klub üçünə görə 95 milyon qazandı) getdi. Heyətin gücləndirilməsinə bundan dəfələrlə az pul xərcləndi – iki futbolçuya görə 21 milyon ödədilər, qalanlarını icarəyə götürdülər.
Baş məşqçi 38 yaşlı veqan və buddistdi
“Sauthempton”un baş məşqçisi Rassell Martini premyer-liqa fanatları 2010-cu illərin əvvəlində “Norviç”dəki oyununa görə xatırlayırlar. Ancaq heç də hamı bu oyunlarına ona necə çətin başa gəldiyini bilmir. Həmin vaxt onda xoralı kolit aşkarlandı:

“Məşqdən sonra tam ruhdan düşür və heç nə edə bilmirdim. Gündüzlər ya yatır, ya da tualetə gedirdim. Gündə 20-30 dəfə tualetə getmək, çoxlu qan itirmək heç də xoş deyildi. Hər gün təxminən 18 həb qəbul edirdim”.

Hər il xəstəliyin ağırlaşmaları da olurdu. Martin ən müxtəlif prosedurlardan keçir, alternativ təbabətə əl atır, nəhəng sayda analiz etdirir, pəhrizə otururdu. “Norviç” xəstəliklə savaşda futbolçuya yardım edirdi. Sonradan Martin bu xəstəliklə bağlı olan xeyriyyə təşkilatının səfiri seçildi. Martin veqan oldu, ətdən əl çəkdi, buddizm haqda çoxlu oxumağa başladı, hesab etdi ki, bağırsaq problemi çətin keçən uşaqlığın doğurduğu stress ilə bağlıdı.

O, 2019-cu ildə Liqa 1-də mübarizə aparan “MK Dons”un “sükanı arxasına” keçdi, komanda koronavirusa görə vaxtından əvvəl bitən mövsümdə 19-cu yeri tutdu. “MK Dons” bir il sonra 13-cü pilləyə yüksəldi, həmçinin qol ərəfəsindəki ötürmə sayına (56) görə ölkə rekordunu yenilədi. Həmin mövsümdə yalnız “Mançester Siti” ilə “Barselona” “MK Dons” ilə müqayisədə topa daha çox sahib olmuşdu.
Martin sonrakı iki ildə “Suonsi”də işlədi – çempionşipdə 15-ci və 10-cu yer. 2023-cü ilin yayında isə “Sauthempton”la üçillik müqavilə bağladı.

Komanda elə çempionatın ilk turunda fasiləyə qədər 477 ötürmə gerçəkləşdirdi (çempionşipin rekordu). Təəssüblü deyil ki, “müqəddəslər” mövsüm ərzində hər oyunda orta hesabla 66 faiz topa nəzarət edib. “Mançester Siti”nin premyer-liqadakı göstəricidi necədi? 65,4 faiz. Bəs “Barselona”nın La Liqadakı göstəricisi? 64,8 faiz! Ən azı bu rəqəmlər premyer-liqanın yeni komandasının oyun üslubunu göstərir.
İngiltərə çempionatında yeni mövsüm avqustin 17-də start götürəcək, gələn il mayın 25-də bitəcək. “Sauthempton” elitada ən yaxşı nəticəsini 9 il əvvəl göstərib – 6-cı yer. Bukmekerlər isə premyer-liqanın yeni mövsümünün əsas autsayderləri qismində “İpsviç” ilə yanaşı, “Lester”, “Nottingem Forest” və “Sauthempton”u da görürlər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-05-2024, 19:0

“Lester” və “İpsviç” elitada

Dünya futbolu

27-04-2024, 18:0

Bir ilə premyer-liqaya qayıtdılar

Dünya futbolu

6-05-2024, 15:0

Premyer-liqaya vəsiqə qazandılar

Dünya futbolu

13-08-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Dünya futbolu

29-01-2024, 21:0

“Bornmut” 1/8 finala adladı

Dünya futbolu

10-08-2022, 14:0

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

Aktual
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
Son xəbərlər
  • Bu gün, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Bu gün, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 13:18
    Murad Musayev "Şəfa"da
  • Bu gün, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Bu gün, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 495
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə