Rəşad Sadıqovun yetirmələri finala qədərki 5 matçda qalib gəliblər.
“Football-plus.az” xəbər verir ki, Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün görüşlərdə qələbə qazanıb. 1993/94 mövsümündə “Kəpəz”, 1994/95 mövsümündə “Neftçi”, 2015/16 mövsümündə “Qarabağ” kuboku qələbə seriyası ilə əldə edib. “Zirə” finalda qalib gəlsə, yalnız üç komandanın bacardığını təkrarlayacaq.
Yarışın tarixində daha üç klub mövsümdəki bütün matçlarını qalib başa vurub. Lakin “Şəmkir” (2001/02), “Qarabağ” və “Qəbələ”nin (hər ikisi 2019/20) uğurlu seriyaya imza atdığı mövsümlər başa çatmayıb.
Qeyd edək ki, iyunun 2-də "Liv Bona Dea Arena"da keçiriləcək "Qarabağ" - "Zirə" matçı saat 20:00-da başlayacaq.