Misli premyer-liqasının 36-cı turunda 2-4-cü yerləri tutanların adına aydınlıq gəldi.
"Sabah" səfərdə məğlub etdiyi "Neftçi"ni avrokuboklardan kənarda qoydu. İlk dəfə tribunada avrokuboklara vəsiqə qazandıqları üçün sevinən “Fratelli Del Sabah” fanklubunun təsisçilərindən Mehmet İləri “Football-plus.az”a bunları dedi:
“Neftçi” ilə oyun biz tərəfdən zədəli və cəzalı oyunçularımızın olmasına baxmayaraq, qələbəyə inandığımız bir matç idi. Bu, lap əvvəldən oyunçularımızın və azarkeşlərimizin dəstəyi ilə təkqapı oynadığımız bir oyun idi. Həyəcan son həddə çatmışdı, qolun matçın bitməsinə az qalmış vurulması “Sabah” azarkeşlərini inanılmaz sevincə boğdu. Futbolçularımız, texniki heyətimiz, rəhbərliyimiz və azarkeşlərimiz ilə bu qələbəyə layiq idik. Bu transfer mövsümündə rəhbərlin yaxşı transferlərlə komandamızı gücləndirəcəyinə hədsiz inanırıq. Biz “Sabah” azarkeşləri komandamızı hər il artaraq dəstəkləməyə davam edəcəyik. “Fratelli Del Sabah” olaraq, bütün gücümüzlə komandamızı daha çox dəstəkləyəcəyik”.
ƏSƏD SEYİDOV