• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal”dan qaçıb çempion olanlar

Dünya futbolu / Manşet

25-05-2024, 23:0

Caka “Bayer-04”ə tarixində ilk dəfə çempion olduğu mövsüm ərəfəsində qoşulmuşdu!

Bazar günü İngiltərə çempionatının 2023/24 mövsümü sona çatdı. “Mançester Siti”nin hegemonluğu səbəbindən “Arsenal”ın titul həsrəti davam edir. Zarafat deyil, “topçular” artıq 20 ildi mövsümü zirvədə başa vura bilmirlər. Bu yerdə “futbolun vətəni”ndə çoxdan populyarlaşan “çempion olmaq istəyirsənsə, “Arsenal”ı tərk et” deyimini xatırlamamaq olmur.

Baş tutmayan çempionluq tədbiri
Paytaxt komandası ötən 20 il ərzində iki dəfə çempionluğa çox yaxın olub. Belə haldan sonuncusu elə yenicə başa çatan mövsümdə yaşanıb. Mikel Artetanın komandası finiş ərəfəsində ümidlərini itirməməsi ilə diqqət çəkmişdi. Bunun üçün londonlular mövsümü “Everton” üzərində qələbə ilə başa vurmalı, “Siti” isə “Vest Hem”ə qalib gəlməməliydi. Maraqlıdı ki, paytaxt klubu hər ehtimala qarşı doğma “Emireyts”də çempionluq tədbirinə hazırlıq görmüşdü: xüsusi futbolkalar və mükafatlandırılma mərasiminə aid aksessuarlar hazırlanmışdı. Artetanın komandası “Everton”a çətinliklə də olsa 2:1 hesabıyla qalib gəldi, lakin londonluların həmşərliləri MS-yə məğlub oldular (1:3). Amma “topçular” ardıcıl ikinci mövsüm çempionluq uğrunda sonadək mübarizə apara bilməmələrinə görə ilk növbədə özlərini qınamalıdılar: onlar uzun müddət həsrət qaldıqları titulu praktiki cəhətdən son turlar ərəfəsində itirmişdilər. Əslində premyer-liqanın son mövsümü güclü rəqabət şəraitində keçdi. Liderlik uğrunda mübarizədə ilk turlardan gərginlik yaşandı. Bu səbəbdən liderlər qrupundakı komandalar arasındakı xal fərqi əvvəldən sonadək kiçik oldu.

Əlbəttə, çempionluq sindromuna görə fanatlar kimi məşqçilər və futbolçular da psixoloji cəhətdən əziyyət çəkirlər: mövsümlər sıralanır, amma “Arsenal” 13-cü titulu heç cür arxada qoya bilmir. Çempionluq göstəricisinin məhz bu rəqəmə bərabər olması istər-istəməz adamı düşündürür. Yəqin ki, bəzi oyunçuların titul qazanmaq üçün başqa klublara üz tutması bunu sonradan anlamasına görə zərurətə çevirib. İndi “Arsenal”dan qaçıb çempion olanları xatırlayacağıq.

Qranit Caka
(Bayer-04)
İsveçrəli futbolçu Londonu 2023-cü ilin yayında tərk etdi. “Bayer-04”də dərhal aparıcı yarımmüdafiəçilərdən birinə çevrildi. 31 yaşlı Qranit “Arsenal”da 7 il top qovandan sonra ayrılmalı oldu. Leverkuzenliləri çalışdıran Xabi Alonso bu müddətdə premyer-liqada meydana çıxdığı 225 oyunda 17 qol vuran oyunçunun bacarıqlarına çoxdan bələd idi. Caka yeni komandasına ilk turlardan faydalı oldu. Bəxtə bax ki, o, Almaniya klubuna tarixində ilk dəfə çempion olduğu mövsüm ərəfəsində qoşulmuşdu! Bu da son deyil: bundesliqada meydana çıxdı 33 oyunda 3 qol vuran Qranit “Bayer-04” ilə Avropa Liqası və Almaniya kubokunun finalının həyəcanını yaşamaq şansı da qazandı. Əlbəttə, mayın 18-də “gümüş cam”ı başı üzərinə qaldırması onun üçün ən arzulanan titul idi...

Robin van Persi
(Mançester Yunayted)
Niderlandlı hücumçu “Arsenal”da 8 il (2004-12) top qovdu. Bu müddətdə bütün turnirlərdə 132 qol vurdu. 2012-ci ildə çempionluq uğrunda mübarizədə əsas rəqib sayılan “Mançester Yunayted”ə keçdi. Londonlu fanatlar bu hadisəni böyük məyusluq və aqressvliklə qarşıladılar: hətta Robinin futbolkalarını yandırdılar. Əlbəttə, onları başa düşmək çətindeyil. Amma Van Persi çempion olmaq üçün düzgün seçim etmişdi. MY-də keçirdiyi üç mövsüm ərzində bu titula bir dəfə sahib çıxdı. Debütdəcə qızıl medalı boynundan asdı. Xüsusilə qeyd edək ki, 2012/13 mövsümündə qazanılan çempionluq onun karyerası ərzində ilk və sonuncu oldu. “Feyenoord”un yetirməsi olan Robin peşəkar karyerasına başladığı və 2019-cu ildə son qoyduğu bu klubdan başqa “Fənərbaxça”da (2015-18) da çıxış edib. Və yalnız ser Aleks Ferqyusonun çalışdırdığı “qırmızı şeytanlar”ın sıralarında arzusuna çatıb. Premyer-liqadakı ilk mövsümdə onun vurduğu 26 qol titulun qazanılmasında böyük rol oynadı.

Matye Flamini və Olivye Jiru
(Milan)
2006-cı ildə “Arsenal”la Çempionlar Liqasının (ÇL) finalçısı olan Flamini iki ildən sonra Londonu Milana dəyişdi. Fransalı yarımmüdafi 2010/11 mövsümündə eyniadlı komanda ilə İtaliya çempionu oldu. Uzun illərdən sonra onun yolunu həmyerlisi Jiru təkrarladı. Doğrudu, DÇ-2018-in qalibi olan Olivye “topçular”ın sıralarında 4 il (2012-18) çıxış edəndən sonra Londonun digər klubunda qərar tutdu. O, “Çelsi” ilə ÇL-in və Avropa Liqasının qalibi olsa da, ölkə çempionluğunun sevincini yalnız sıralarına 2021-ci ildə qoşulduğu “Milan”da yaşadı. Onun üçün titullarla zəngin karyerasında unudulmaz olan 2021/22 mövsümündə A seriyasında 11 qol vurdu. İki il əvvəl 35 yaşında olan futbolçu üçün komandanın aparıcı üzvü sayılmaq heç də asan deyil, amma skudettonun qazanılmasında onun və daha bir veteran hücumçu Zlatan İbrahimoviçin əhəmiyyətli rolu olmuşdu.

Aleks Oksleyd-Çemberlen
(Liverpul)
Hazırda “Beşiktaş”da qərar tutan 30 yaşlı ingilis yarımmüdafiəçi London klubunda 6 il (2011-17) çıxış etdi. Zədə alana qədər oyunu ilə bağlı ümidlər formalaşdırsa da, heç vaxt yüksək məhsuldarlığı ilə seçilməyib. 2017-ci ildə keçdiyi “Liverpul”da da məhsuldar oyunçu kimi ad çıxarmadı, amma əsas odu ki, qırmızı formada çempionluq həsrətinə son qoydu!
Maraqlıdı ki, Yürgen Klopp Aleksin zədəyəmeyilli olduğunu bilirdi. Buna baxmayaraq, onu komandasında görmək istəmişdi. Maraqlıdı ki, “Liverpul”da zədə sindromu üzündən həddən artıq oyun buraxan Oksleyd-Çemberlen mersisaydlıların çempion olduqları 2019/20 mövsümündə daha çox matçda meydana çıxdı və bir neçə qol da vurdu.

Serj Qnabri
(Bavariya)
Londonlular Serji “Ştutqart”ın futbol məktəbində aşkar etdikdən sonra sıralarına qatmışdılar. “Arsenal”a gələn əksər istedadlar kimi o da əsas komandada yeniyetmə yaşında debüt etdi. Lakin “ikinci Fabreqas” ola bilmədi. Bu səbəbdən onu “Vest Bromviç”ə icarəyə verdilər. 2016/17 mövsümünü “Verder”də keçirən Qnabri növbəti mövsümə “Bavariya”da başladı. Doğrudu, dərhal “Hoffenhaym”a icarəyə verildi və bir ildən sonra Münhenə qayıtdı. Hazırda 28 yaşı olan forvard Almaniya nəhəngi ilə ardıcıl 5 dəfə ölkə çempionu oldu. Başqa sözlə, indiyədək Londonda qalsaydı, bir çox məşhur futbolçu kimi ən yüksək titula həsrət qalacaqdı. Əlbəttə, Serj üçün Çempionlar kubokunu başı üzərinə qaldırmaq da unudulmaz nailiyyətdi.

Samir Nəsri
(Mançester Siti)
Qnabridən fərqli, Nəsri ÇL-in qalibi ola bilməyib. Amma “Arsenal”dan “Mançester Siti”yə keçməklə İngiltərə çempionu olub. Əfsanəvi Arsen Venger komandasına yaradıcı oyunçular cəlb etməyi çox yaxşı bacarırdı. Amma onlarda bəziləri paytaxtda bəxtsizliklə üzləşdi. Amma ərəblərin böyük sərmayəsi ilə imkanlarını artıran “şəhərlilər” sabiq “topçular”dan Qael Klişi və başqalarının potensialından maksimum faydalanmağı bacardılar. Sol cinah müdafiəçisi “Arsenal”da çempion olmuşdusa, Samir bu sevinci ilk dəfə 2012-ci ildə məhz MS-nin formasında yaşadı. Karyerasını 2020-ci ildə “Anderlext”də başa vuran fransalı bacarıqlı oyunçu idi, amma intizamsızlığı ilə də tanınmışdı.

Voytsex Şçensnı
(Yuventus)
2009-17-ci illərdə müqavilə ilə “Arsenal”a bağlı olan polşalı 5 il premyer-liqada çıxış etsə də, heç vaxt əsas qapıçı statusunda oynamayıb. 2015-17-ci illərdə icarə qaydası ilə formasını daşıdığı “Roma”dan sonra İtaliyanın ən titullu klubunda qərar tutdu. Voytsex məhz 2017-ci ildən sıralarında olduğu “Yuventus”da çempionluq hədəfini reallaşdıra bildi. Bu komandada ardıcıl üç dəfə qızıl medalı boynuna keçirdi.
Yerli mənbələrin xəbərinə görə, rəhbərlik artıq Şçensnının yerinə qapıçı axtarır. Aprelin 18-də 34 yaşını tamamlayan əlcək sahibi çətin ki, qapıdakı yerini tutduğu əfsanəvi Canluici Buffon kimi 40 yaşına qədər oynasın. Əsas odu ki, polşalı “Arsenal”da qazana bilmədiyi titul boşluğunu aradan qaldırıb! İtaliyaya səfər onu bu planda kifayət irəli irəli salıb.

Aleksandr Qleb, Fransesk Fabreqas, Aleks Sonq, Tomas Vermalen
(Barselona)
“Arsenal”ın oyunçuları üçün “Barselona”nı seçmək adi qərardı. Hətta londonlularla çempion olan Tyerri Anri də sonradan İspaniyanın Kataloniya əyalətinə yollanmışdı. Başqa bir sabiq “topçu” Eşli Koul da Vengerin dövründə “çempionluq bulağından su içmişdi: o, buna sonradan “Çelsi”də də nail olmuşdu. Ancaq Fabreqasın 2003-11-ci illərdə yaşadığı Londonda belə imkanı olmayıb. Başqa sözlə, karyerasının sonuna qədər ağ-qırmızı formanı daşısaydı, klub səviyyəsində qızıl medala həsrət qalacaqdı. İspaniyalı yarımmüdafiəçi 2011-ci ildə doğma “Barselona”ya qayıtmaqla bu həsrətə son qoydu. Ondan əvvəl buna belaruslu yarımmüdafiəçi Qleb nail olmuşdu. Sonqun əhvalatı isə bir qədər fərqlidi. Zədələrdən başı açılmayan xavbek, necə deyərlər, elə bir əziyyət çəkmədən yaxşı pullar qazanırdı. “Barselona”dan cəlbedici təklif aldığı üçün 2012-ci ildə Pireney yarımadasına yollandı.
Qleb, Fabreqas və Sonq İspaniya klubu ilə bir dəfə çempion oldu, Vermalen isə “topçular”ın sıralarında 5 ili boşa verəndən sonra kataloniyalılarla 4 dəfə “qızıl”a sahib çıxdı. Hərçənd zədələr belçikalı müdafiəçiyə “Barselona”ya lazımi qədər faydalı olmaq imkanı vermirdi. Bu “dördlük”dən yalnız Fabreqas komandaya daha çox fayda verdi: Sesk doğma komandasında yalnız üç mövsüm top qovsa da, kifayət qədər məhsuldar çıxışı ilə yadda qaldı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-05-2024, 18:0

Premyer-liqada amansız çempionluq mübarizəsi - “Arsenal” liderdi, hər şey MS-nin əlindədi, “Liverpul”a möcüzə lazımdı

Dünya futbolu

21-05-2023, 14:0

'Siti'' oynamadan çempion, ''Arsenal'' isə antirekordçu oldu

Dünya futbolu

28-05-2023, 19:0

Premyer-liqanın rəmzi komandası

Dünya futbolu

29-09-2022, 14:0

Premyer-liqada 2 milyard 526 milyon avroluq qazanc - SİYAHI

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 208
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə