• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Maraqlı

22-05-2024, 19:0

Daha bir futbol həftəsini geridə qoyduq.

“Football-plus.az” ötən həftənin marağlı sitatlarını təqdim edir:

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:

“Premyer-liqa darıxdırıcıdı? Əvvəllər hər şey pulla dəyərləndirilirdi... Səbəb bu idisə, “Mançester Yunayted” bütün titulları qazanmalı idi. Bu planda ikincisi “Çelsi”, üçüncüsü isə “Arsenal”dı. Bu klublar son beş-altı il ərzində “Mançester Siti”dən daha çox pul xərcləyiblər”.

Toni Kroos, “Real”ın yarımmüdafiəçisi (Çempionlar Liqasının yarımfinalının “Bavariya” ilə cavab matçında hakimlərin verdiyi qərarlara münasibəti):
“Son dəqiqələrdəki epizodda oyunun davam etməsinə icazə verilməliydi. O anda əsasən yan xətt hakimin səhv etdiyini deyə bilərəm. O, bayrağı qaldıranda, baş hakim 3 metrlik ofsayd olduğunu düşünərək ona güvəndi. “Bavariya”nın qəzəbinə haqq qazandırmaq olar, çünki epizodun sona qədər davam etdirilməsinə imkan verilməliydi”.


Todd Bouli, “Çelsi”nin həmsahibi:
“Ən əsas məsələ təmkinli olmaqdı. Hansısa işi görməyə başlayır və işin tezliklə sona çatmasını istəyirsiniz. Amma reallıq budur ki, istənilən işi uğurla sona çatdırmaq üçün müəyyən vaxt tələb olunur. Səbir etmək həmişə bizim əsas iş prinsipimiz olub. 2013-cü ildə “Docers”i alarkən işə 15-25-ci yerlərdə başlamışdıq (klub onda turnir cədvəlində 24-cü, 2014-cü ildə isə 16-ci yeri tutub – red.), amma həmişə planımıza uyğun hərəkət etmişik. Çünki planın doğru olduğuna həmişə inanmışıq. “Çelsi” ilə startımız da belə olub. Klubun ətrafında salınan səs-küyə əhəmiyyət vermədən işə davam etmək və plana sadiq qalmaq vacibdi. Mövsümün “Boxing day”indən sonra premyer-liqada ən çox xal toplayan 4-cü komandayıq. Hazırkı vəziyyətə nəzər salarkən istər-istəməz nəticələrin bundan sonra çox yaxşı olacağını düşünürsən”.


Fabio Kapello, “Yuventus”un sabiq baş məşqçisi:
“Onu qələbələrlə zəngin olan illərdə də tənqid edirdilər, amma son aylar tənqidlərin dozası görünməmiş həddə çatmışdı. Həqiqət budur ki, onun adından möhtəşəm karyerası danışır. Alleqri hörmətəlayiq mütəxəssisdi. Onun “Atalanta” ilə final oyunundan sonrakı davranış və hərəkətləri məni təəccübləndirdi. Yəqin özünü həddən artıq əsəbi aparması üçün ciddi səbəb olub. “Yuventus”dakı atmosfer Cuntolinin idman direktoru təyin olunmasından sonra dəyişib və Alleqri bunu hiss edirdi. Bəlkə də kuboku qazanandan sonra qürurunu bu şəkildə ifadə etməyə məcbur olub. “Yuve” bu mövsüm “İnter” və “Milan”dan geri qalır. Heç vaxt böyük qələbələri yaşamayan oyunçularla titul qazanamaq çox vacibdi. Qələbələr yeni mentallıq yaradır. Bununla belə, “Yuventus” səviyyəsini artırmaq istəyirsə, transfer bazarında yaxşıca xərcə düşməlidi. Komandada 3-4 yüksək səviyyəli futboçuya ehtiyac var”.


Xerard Pike, “Barselona”nın sabiq müdafiəçisi:
“Çoxları Laportanı klub tarixinin ən yaxşı prezidenti hesab edir. Amma nəticələr hər şey demək deyil. Bəxtimiz onda gətirib ki, prezidenti seçmək imkanımız var. Mən ona səlahiyyət müddətinin sonuna (bu müddət 2026-cı ildə sona çatacaq – R.Y.) qədər şans verərdim. Biz seçimimizə görə məsuliyyət daşımalıyıq”.


Vladitsa Lemiç, “Real”ın yarımmüdafiəçisi Luka Modriçin agenti:
“Ən böyük ehtimal onun daha bir il qalması və tarix yazmağa davam etməsidi. “Real” dünyanın ən yaxşı klubudu və bu kluba tarixinin ən yaxşı prezidenti rəhbərlik edir. Luka Modriç “Real”ın azarkeşidi. O, klubu sevir və onu öz evi hesab edir”.


Aytor Karanka, “Real”ın sabiq müdafiəçisi:
“Mbappenin “Real”a lazım olub-olmadığını deyə bilmərəm. Amma məndən olsaydı, onu dünyanın istənilən komandasına transfer edərdim. O, Madridə yollansa, hazırkı dövrlə müqayisədə “Qızıl top”u qazanmaq şansı daha çox olacaq. Fikrimcə, Kilian indi dünyanın ən yaxşı futbolçusudu və “Real”a çox şey bəxş etməyə qadirdi”.


Adrien Rabyo, “Yuventus”un yarımmüdafiəçisi:
“Sizi (komandadan istefaya göndərilən Massimiliano Alleqrini nəzərdə tutur – R.Y.) “Yuventus”un tarixinin ən yaxşı məşqçilərindən biri kimi xatırlayacaqlar. Siz klubla fərqli şəkildə vidalaşmağa layiq idiniz. Hər şeyə görə sağ olun, cənab, sizə uğurlar diləyirəm”.


Xavi Ernandes, “Barselona”nın baş məşqçisi:
“Arauxonun gələcəyinə görə şübhə etmirəm. O, klubumuzda xoşbəxtdi”.


Bruno Fernandeş, “Mançester Yunayted”in yarımmüdafiəçisi:
“Komandanı yayda tərk edə bilərəm? Burda qalacağam. Kluba gərək olmalıyam. Həmişə lazım olduğum yerdə qərar tutmaq stədiyimi demişəm. “Yunayted”ə hansısa səbəbdən lazım olmasam, gedəcəyəm. Mövsümün sonudu? İşimiz hələ sona çatmayıb. Premyer-liqada bir oyunumuz qalıb, sonra isə bizi İngiltərə kuboku uğrunda mövsümün ən vacib matçı gözləyəcək”.


Aurelio De Laurentis, “Napoli”nin prezidenti:
“Antonio Konte haqqında siz (jurnalistləri nəzərdə tutur – R.Y.) danışırsınız, mən onun adını heç vaxt dilimə gətirməmişəm. Doğrudu, ötən ilin noyabrında klubdaxili iclasda baş məşqçi vəzifəsinə namizədlərdən biri kimi nəzərdən keçirilmişdi, vəssalam. Elə fikir formalaşdırırsız ki, sanki “Napoli”ni yüksək səviyyəyə yalnız bir adam çıxara bilər”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Kluba futbolçu kimi gələrkən hamıya “uşaqlar, gəlin, hamılıqla bunu edək, birləşək” – deyə müraciət etmişdim (ispaniyalı komandada 2011-16-cı illərdə çıxış edib və kapitan olub – R.Y.). Həmin anda çox həyəcanlı idim. Məni “hər şeyi etməyə hazırlaşıram. Burda bütün divarları yıxmağa hazıram. Biz bunu etməliyik” kimi fikirər bürümüşdü. Karyeramın sonuna yaxın özümü futbolçudan çox məşqçi kimi sınamaq istəyirdim... “Arsenal”a təyinatım? 2019-cu ildə komanda dərin problemlərin içində idi. Problem bizim köklərimizdə idi. Hər şey dağınıq vəziyyətdə idi. Öz adamlarımıza böyük ehtiyacımız yaranmışdı. Biz onları işimizə çox bağlı olduğumuza və komandanı yenidən yüksək səviyyəyə qaldırmağa hazır olduğumuza inandırmalı idik”.


Luis Enrike, PSJ-nin baş məşqçisi (“Barselona”ya qayıdacağı haqda yayılan xəbərlərə reaksiyası):
“Bilmirəm, bu barədə şərh verməyəcəyəm. Fransız dilində çəkilən seriallara aludə olmuşam. Mən yalnız Fransada baş verənləri izləyirəm”.


Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Daha çox titul qazana biləcəyimizi anlayırıq, amma artıq mövcud reallığı dəyişə bilmərəm. Burdakı fəaliyyətim dövründə daha az kubok qazana da bilərdik. Liderdən bir xal geri qalmaqla çempion olmamaq heç də yaxşı təcrübə sayılmır, amma istənilən halda təcrübədi. Həmin mövsümdə başqa nəsə edə bilməzdim. Biz Çempionlar Liqasında bir dəfədən çox qalib gələ bilərdik. Üç finalda oynamaq artıq böyük uğurdu. Bilirsiniz, bəzi finallarda uduzmaq ehtimalı çox olur. “Real” finalda qalib gəlməyin üsulunu həmişə tapa bilir. Daha çox uğur qazana biləcəyimi düşünsəydim, özümü xoşbəxt saymazdım. Qazandıqlarımdan artığına sahib ola bilməzdim. Kimsə bunu bacara bilərdi? Bəlkə də beləsi tapılardı. Amma mən yox: qazandıqlarım məni qane edir. Haqqımda fikirlər səsləndirəcəklər. Məncə, əksəriyyət burdakı fəaliyyətim ərzindəki nailiyyətlərimizə normal baxacaq”.

Vilyam Qallas, Fransa yığmasının sabiq müdafiəçisi:
“Kriştiano Ronaldo ilə Lionel Messinin hazırda çıxış etdikləri klublar onlara tamamilə uyğundu. Onlar indi İngiltərə, İspaniya, İtaliya və Almaniya kimi top-liqalarda yüksək rəqabətə davam gətirə bilməzdilər. Hər ikisi təxminən 40 yaşına yaxınlaşıb və görünür, indi olduqları ölkələrdə özlərini xoşbəxt sayırlar. Messi ilə Ronaldo Avropaya qayıtsaydılar, kəskin tənqidlərə məruz qalardılar. Belə münasibət isə onların möhtəşəm karyerasına qara ləkə sala bilərdi”.


Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Daha çox uğur qazana biləcəyimi düşünsəydim, özümü xoşbəxt saymazdım”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-02-2024, 14:0

“FourFourTwo”nun siyahısında 1-ci oldu

Dünya futbolu

27-12-2023, 20:0

Heyəti ən baha olan klublar hansılardı?

Dünya futbolu

2-04-2022, 22:0

“Mançester Siti” büdcəsinə görə dünyada birincidi

Dünya futbolu

22-03-2022, 17:0

“Mançester Siti” Avropada 1-ci olub

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Aktual

12-05-2024, 23:0

lin ən yaxşı futbolçusu adına 20 namizəd - “Globe Soccer Awards” siyahı açıqladı

Aktual
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Bu gün, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Bu gün, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Bu gün, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Bu gün, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Bu gün, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Bu gün, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Bu gün, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Bu gün, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Bu gün, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Bu gün, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Bu gün, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Bu gün, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Bu gün, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Oxunub: 191
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə