• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Üç ildən sonra qayıdan “Parma” - Buffon yoxdu, amma perspektivli oyunçular var

Dünya futbolu

20-05-2024, 21:0

“Parma”nın azarkeşləri sevinc içindədilər.

“Football-plus.az” xəbər verir ki, axı onların sevimli komandası növbəti mövsümdən A seriyasında çıxış edəcək. Tifozi bu xoş xəbəri düz üç il gözləyib. İndi hazırkı “Parma” ilə hərtərəfli tanış olmağın əsl məqamıdı.
“Göy-qırmızılar” B seriyasında mövsümün ilkin mərhələsini əmin addımlarla keçdilər: artıq 10-cu turdan liderliyi ələ alan komanda müntəzəm çempionatı bu mövqedə başa vurdu. Doğrudu, finiş ərəfəsində əksər oyunlarında heç-heçəyə razılaşdılar və əsas izləyiciləri ilə xal fərqi azaldı. Amma “Komo” və “Venetsiya” da son turlarda büdrədiyindən “Parma” 76 xalla əlçatmaz oldu.

Sabiq “Zenit”lilər və...
Əlbəttə, komandanın uğurunda daha çox rol oynayan futbolçularla tanış olmaq da maraqlıdı. Axı onların böyük əksəriyyəti bir neçə aydan sonra A seriyasının oyunlarında görünəcək. “Parma” B seriyasında ən gənc heyətə malik komandalardan biridi: heyətin orta yaş göstəricisi 24,8-ə bərabərdi. Maraq üçün “transfermarkt” portalının daha baha dəyərləndirdiyi oyunçu üçün 65 milyon avro qiymət qoyduğunu qeyd edək. Həmin futbolçunun kim olduğunu bir qədər sonra biləcəksiniz. Əlbəttə, indiki heyətdə 2021-23-cü illərdə qapını qoruyan Canluici Buffon kimi ulduz futbolçu yoxdu, amma komandanın kifayət qədər perspektivli üzvləri var.
* Həyətə nəzər salarkən ilk baxışdan az-çox tanınan adlar diqqəti cəlb edir: 30 yaşlı braziliyalı yarımmüdafiəçi Ernani ilə eyni yaşda olan venesuelalı müdafiəçi Yordan Osorio vaxtilə “Zenit”də oynayıblar. Onlar indi “Parma”nın vacib oyunçuları sayılırlar. Həm “Zenit”də, həm də Rusiyanın digər klubu “Rubin”də çıxış etmiş 37 yaşlı müdafiəçi Kristian Ansaldi isə daha çox ehtiyatda şansını gözləməyə məcburdu. Mikrozədələrə görə mövsümün yalnız 16 oyununda meydana çıxan argentinalı məşq prosesində belə təcrübəsi ilə gənc həmkarlarına kömək edir.

* Son mövsümdə Buffonun qapıdakı yerini Leandro Çiçisola tutub. 34 yaşlı argentinalı Avropa karyerası boyunca iddiası az olan klublarda çıxış edib. “River Pleyt”i 2014-cü ildə tərk edəndən sonra əsasən B seriyasında görünüb: bu liqada “Spetsiya” və “Peruca”da da oynayıb. 2017-21-ci illərdə isə İspaniyada “Las Palmas”, “Xetafe” və “Kartaxena”nın qapısını qoruyub. Leandro indi 13 “quru” oyunla mövsümün “Qızıl əlcək” mükafatına iddia edir.
* Komandanın ən dəyərli oyunçusu isə ispaniyalı yarımmüdafiəçi Adrian Bernabedi. “Barselona” və “Mançester Siti”nin yetirməsi meydanın mərkəzində istənilən mövqeni “bağlaya” bilir. Məhsuldarlığı ilə seçilən 22 yaşlı Adrian 8 qol və 3 məhsuldar ötürmə ilə B seriyasında möbsümün ən yaxşı oyunçusu adına iddia edir.
* Parmalıların ən məhsuldar oyunçuları vinger mövqeyində çıxış edənlərdi. Denis Man 11 qolla komandanın ən yaxşı bombardiridi. 25 yaşlı rumının hesabında 6 məhsuldar ötürmə də var. 23 yaşlı polşalı Artur Benedıçak mövsümü 10 qol və 3 məhsuldar ötürmə ilə başa vurub. 24 yaşlı digər rumıniyalı Valentin Miheylenin məhsuldarlıq göstəriciləri isə uyğun olaraq 6-ya və 2-yə bərabər olub. Hücum xəttində Antoni Partipilo da var. 29 yaşlı italyan komandaya 3 qol və 1 assist ilə faydalı olub.
* Maraqlıdı ki, ən yaxçı assistent 189 santimetr boya malik mərkəz hücumçusu mövqeyində çıxış edən oyunçudu. Fransadan olan 20 yaşlı Anj-Yoan Bonni mövsüm ərzində 35 oyuna cəmi 4 qol vursa da, oyundaşlarına 10 məhsuldar ötürmə verib. Antonio Çolak da hücumda çıxış edir. Xorvatiyalı ön xəttdə oynayan və yaşı 30-a çatan yeganə oyunçudu. O, isə baş məşqçinin seçimi ilə meydana daha çox ikinci hissədə daxil olur (3 qol).

Benitesin 50 yaşlı keçmiş köməkçisi
“Parma”nı 2022-ci ildən Fabio Pekkya çalışdırır. O, futbolçu karyerasını vətəni İtaliyada keçirib. Ən unudulmaz mövsümü 1997/98-ə təsadüf edib: “Yuventus” ilə ölkə çempionu olan sabiq yarımmüdafiəçi A seriyasında 21 oyuna 1 qol vurub. Ancaq orta xətdə əfsanəvi Zinəddin Zidan və Edqar Davids ilə rəqabət apara bilməyib.

Qeyd etdiyimiz kimi, karyerasının zirvə dövrünü İtaliyanın ən titullu klubunda keçirib. Fabionun 2000/01 mövsümündə “Napoli”nin kapitan sarğısını daşıdığını da qeyd edək. Neapolluların formasını 1993-97-ci illərdə də daşıyan xavbek az-çox iddialı komandalardan “Sampdoriya”, “Torino” və “Bolonya”da da oynayıb. Futbolçu həyatına isə 2009-cu ildə “Focca”da son qoyub. Tezliklə bu komandada Antonio Portanın assistenti kimi fəaliyyətə başlayıb. Amma yarım mövsümdən sonra baş məşqçinin istefaya göndərilməsi Pekkyanın da işini itirməsinə səbəb olub. Bir müddətdən sonra – 2011-ci ildə özü baş məşqçi karyerasına start verib. Doğrudu, “Qubbio”dakı fəaliyyəti cəmi 4 ay çəkib. 2012/13 mövsümündə “Latina”da da bir neçə ay işləmək şansı olub.

Məşqçilik karyerasının əvvəlində uğursuz olan Pekkya geri addım ataraq yenidən assistent olmağa qərar verib. Onu “Napoli” rəhbərliyi xatırlayıb. Sabiq klubunda 2013-cü ildə fəaliyyətə başlayan italiyalı Rafael Benitesin köməkçisi funksiyasını yerinə yetirib. Qısa zamanda ispaniyalının “sağ əli”nə çevrilməyi bacaran Pekkya “Real”a, ordan isə “Nyukasl”a yollanıb. 2016-cı ildə yenidən mütəqil işləmək qərarına gələrək “Verona”nın başına keçib. Benites assistentini itirməsinə belə reaksiya vermişdi: “Onunla yollarımızın ayrılmasına məyusam. O, ilk gündən özünü əla peşəkar kimi göstərib. Biz birlikdə inkişaf etmiş və çox müxtəlif anlar yaşamışıq. İndi Fabioya baş məqşçi gözü ilə baxılmasına sevinirəm. Həmkarımın çəkişməli səyahəti hələ yenicə başlayır”.
Pekkya “Verona”nı ilk mövsümdəcə A seriyasına çıxardı, amma bir ildən sonra 2-ci diviziona geri qayıtdı. 2019/20 mövsümündə “Yuventus”un U-20 komandasını çalışdırandan sonra “Kremoneze”ni də debütdəcə A seriyasına daşıdı. Lakin mövsümün sonunda öz qərarı ilə istefa verdi. Maraqlıdı ki, ikinci mövsümdə də olsa, artıq eyni uğuru “Parma”da da təkrarlayıb!

Klubun maliyyə vəziyyəti necədi?
“Parma” 2020/21 mövsümündə A seriyasını sonuncu yeri tutmaqla tərk edərkən maliyyə vəziyyəti acınacaqlı idi. Amma indi klubun bu planda işləri qaydasında gedir. Maliyyə fəaliyyətinin sabitliyi, güclü mütəxəssisin dəvət edilməsi və bütün aparıcı oyunçularla müqavilənin yenilənməsi Kayl Krauzenin nailiyyətləri sayılır. Ona məxsus olan “Krause Group” 2020-ci ildə “Parma”nın səhmlərinin 90 faizini alıb. Yerli stadionun yenidən qurulması ilə bağlı tenderin də qalibi olan amerikalı biznesmen kluba sahiblik etdiyi 4 il ərzində təxminən 400 milyon avro sərmayə qoyub. “Parma” bu müddətdə Krauzenin böyük biznesinin tərk hissəsinə çevrilib. Məlumunuz olsun ki, pərakəndə ticarətdən qazanan Krauze ABŞ-də illik dövriyyəsinə görə 5-ci özəl mağazalar şəbəkəsi olan “Kum & Go”nun da sahibidi.
Onun İtaliyadakı fəaliyyətinin əvvəlində kəskin tənqidlərə məruz qaldığını da bilin. Məsələn, baş məşqçiləri tez-tez dəyişməsi amerikalını yerli medianın tənqid obyektindən salmırdı. Nəhayət, bu il hədəfinə çatdı və tifozi indi ona böyük ambisiyalarına görə dəyər verir. Axı Krauze klubu daha da inkişaf etdirməkdə qərarlıdı. Artıq yeni layihə haqda düşünür: “Əlbəttə, indiki məqamda daha böyük arzularla yaşayıram. Vaxt lazımdı. Biz akademiyanı inkişaf etdirməli və öz gənc oyunçularımızdan yararlanmalıyıq. “Parma” bundan sonrakı inkişafını məhz bu yolla təmin edəcək. Futbolçular bu klubla birgə inkişaf edə biləcəklərini dərk etməlidilər. Biz burdakı fəaliyyətimizə kiçik addımlarla başlamışıq, amma yekun hədəf doğru sistemin qurulmasıdı. Mən ulduz futbolçuları almağı planlaşdırmıram”.
Krauze artıq yeni stadion və idman mərkəzinin layihələrini təqdim edib. Doğrudu, eyniadlı şəhərin hakim dairələri hələ ki layihələri təsdiqləməyib, danışıqlar davam etdirilir.

Yeri gəlmişkən...
Mayın 10-da B seriyasında yekun vurulan müntəzəm çempionatın ikinci uğurlu komandası “Komo” olub. “Parma”dan 3 xal geri qalan eyniadlı şəhəri təmsilçisi 21 ildən sonra A seriyasında oynamaq hüququ qazanıb. Bu liqaya ayrılan sonuncu vəsiqənin sahibi 3-8-ci yerləri tutan komandalar arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək. Əvvəlcə mayın 17-18-də “Palermo” – “Sampdoriya” və “Katanzaro” – “Breşia” oyunları keçiriləcək. Bu cütlərin qalibləri uyğun olaraq yarımfinala birbaşa vəsiqə qazanan “Venetsiya” və “Kremoneze” ilə ikioyunluq sistemlə mübarizə aparacaqlar. Final matçları mayın 30-na və iyunun 2-nə təyin olunub.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-05-2024, 11:0

“Parma” üç ildən sonra A seriyasında

Dünya futbolu

15-11-2023, 13:0

Fabreqas üçün yeni təyinat

Aktual
Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
“11-ci olmağımızın səbəbi çoxdu” - Səbuhi Səfiyarlı
“Nəticə rəhbərliyə dərs olsun” - “Qəbələ” azarkeşləri günahı kimdə görür?
"Zirə" finala ciddi itkilərlə çıxacaq - "Qarabağ", "Neftçi" və "Turan Tovuz" "Sabah"ın qələbəsini arzulayır
“Turan Tovuz” avrokuboklardakı rəqiblərini evdə qəbul edə biləcək?
“Mingəçevir”də boykot bitdi? – 16.30-da məşqə çıxıblar
Son xəbərlər
  • Bu gün, 00:00
    Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
  • Dünən, 23:39
    Flikin məsələsinə aydınlıq gəldi
  • Dünən, 23:18
    PSJ 8 il əvvəlki uğuruna yaxındı
  • Dünən, 22:47
    Mbappe boykota əl atıb?
  • Dünən, 22:16
    La Liqanı tərk etdilər
  • Dünən, 21:45
    “11-ci olmağımızın səbəbi çoxdu” - Səbuhi Səfiyarlı
  • Dünən, 21:26
    Mövsümü erkən başa vurdu
  • Dünən, 21:01
    Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - VİDEO
  • Dünən, 20:44
    Avrokubokların finallarının hakimləri açıqlandı
  • Dünən, 20:17
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 19:16
    “Damrabuskasın yerində olsaydım, mən də penalti seriyasına hazırlaşmazdım” – Rəşad Sadıqov
  • Dünən, 18:45
    “Nəticə rəhbərliyə dərs olsun” - “Qəbələ” azarkeşləri günahı kimdə görür?
  • Dünən, 18:14
    "Zirə" finala ciddi itkilərlə çıxacaq - "Qarabağ", "Neftçi" və "Turan Tovuz" "Sabah"ın qələbəsini arzulayır
  • Dünən, 17:43
    “Turan Tovuz” avrokuboklardakı rəqiblərini evdə qəbul edə biləcək?
  • Dünən, 17:06
    “Belə suallara nifrət edirəm” – Valdas Dambrauskas
  • Dünən, 16:59
    “Mingəçevir”də boykot bitdi? – 16.30-da məşqə çıxıblar
  • Dünən, 16:39
    "Araz-Naxçıvan" Melo ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 16:34
    "Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
  • Dünən, 16:20
    "Futbol+"in proqnozu düz çıxdı - finalı Elçin Məsiyev idarə edəcək!
  • Dünən, 15:53
    ''Qalatasaray'' çempionluq kubokunu mövsüm bitməmiş alacaq!
  • Dünən, 14:54
    Kroos: ''Arda Gülər rəqib qapısına mümkün qədər yaxın olmalıdı''
  • Dünən, 14:33
    ''Hall Siti'' pley-offun finalına yüksəldi
  • Dünən, 14:11
    Çempionat matçı niyə dayandırıldı?
  • Dünən, 13:44
    Çempionu müəyyənləşdirəcək oyunun vaxtı dəyişdi!
  • Dünən, 12:57
    Avrokuboklarda debüt edəcəklər
  • Dünən, 12:26
    “Arsenal” öz rekordunu yenilədi
  • Dünən, 11:55
    “Milan” onu transferə çıxardı
  • Dünən, 11:34
    Millimiz AÇ-də bürünc medal qazandı
  • Dünən, 11:13
    Finalda ədaləti kim qoruyacaq? - məntiq Elçin Məsiyev deyir, bəs Rəhim Həsənov?
  • Dünən, 10:52
    ''Qalatasaray'' çempionluqları, ''Fənərbaxça'' isə ikincilikləri sıralayır
  • Dünən, 10:31
    İngiltərədə qalmaq şansı var
  • Dünən, 10:00
    “Karvan-Yevlax”dan ayrıldığım gün də səmimi şəkildə demişdim ki…” - Azər Həşimov komandanı elitada saxlayacaqdı?
  • Dünən, 09:48
    Lebron Ceyms bu il də çempion ola bilmədi!
  • 11-05-2026, 23:0
    Əziz Yıldırımın sabiq sağ əli onun rəqibinə dəstək verdi
  • 11-05-2026, 23:0
    ''Barsa'' üçün ''El Klasiko'' qızılı rəngə büründü
Daha çox
Oxunub: 247
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 222
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 191
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 190
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 181
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 170
Ehtiram Quliyev üçün daha bir böyük missiya! – bu konserti bitirmək lazımdı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə