AFFA Gənclər Liqasında 2023/24 mövsümü başa çatıb.
"Football-plus.az" xəbər verir ki, 33 turdan ibarət çempionatı 75 xalla birinci pillədə tamamlayan “Sabah” komandası 2024/25 mövsümündə ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək.
“Səbail” 65 xalla ikinci, “Neftçi” 64 xalla üçüncü yeri tutublar. AFFA Gənclər Liqasının ən yaxşı oyunçusu “Sabah”ın futbolçusu Həmzəalı Mikayılov seçilib.
Ən məhsuldar futbolçu isə 33 qolla “Səbail”in üzvü Amir Qəribov olub.