"Neftçi" antirekordunu təkrarlayıb

6.05.2024 11:30 156
Ölkə futbolu
"Neftçi" antirekordunu təkrarlayıb.

"Football-plus.az" xəbər verir ki, komanda Misli premyer-liqasının 2023/24 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.

Bu rəqəm 33-cü turun “Qarabağ”la matçından sonra yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb.

Qeyd edək ki, “Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə səfərdə ən çox qolu 2013/14 mövsümündə buraxıb. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.