• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gənc məşqçilərimizin sevimli taktikası - KÖŞƏ

Manşet / Yazarlar

19-04-2024, 22:0

Azərbaycan çempionatının hər turundan əvvəl dostlarla müzakirələr aparır, qarşılaşmalarla bağlı fikirlərimizi bölüşürük.

Ötən həftə də istisna olmadı. Xüsusiylə də “Sumqayıt”la “Zirə”nin qarşılaşması ətrafında qızğın müzakirələr apardıq, fikirlərimiz haçalandı. Çox dəyərli və təcrübəli iki həmkarım bildirirdi ki, Sumqayıtdakı qarşılaşmada güzəştsiz mübarizə izləyəcəyik, meydana çıxan komandalar qol vurmaq üçün əllərindən gələni edəcəklər. Çünki bu qarşılaşma ikinci yerin taleyi üçün xeyli əhəmiyyətlidi. “Sumqayıt”la “Zirə” ikinci yeri tutmağa, hadisələrin xoşbəxt sonluğa çatması sayəsində Avropa Liqasına vəsiqə qazanmağa çox həvəsli olduqlarına görə qələbə qazanmağa çalışacaqlar.

Amma mən onlarla razılaşmadım. Əminliklə bildirdim ki, nə Rəşad Sadıqov, nə də Samir Abasov risk edəcək. Cümə günü keçirilən qarşılaşmada onların əsas məqsədi uduzmamaq olacaq, meydandan 1 xalla ayrılsalar, bundan razı qalacaqlar. Mən hər iki gənc məşqçiyə böyük hörmət bəsləyirəm. Nə onların məşqçilik bacarığına şübhəm var, nə də iddialarına. Di gəl ki, hər ikisinin də məşqçi fəlsəfəsinə, futbola baxışına, qurduqları strategiyaya bələdəm. Özünü tərifləmək kimi çıxmasın, həm Rəşad bəyi, həm də Samir bəyi futbolçu vaxtlarından tanıyıram. Hər ikisinin də futbolçu vaxtlarında müdafiəçi mövqeyində çıxış etməsi ortaq nöqtələridi. Bəlkə də elə bu məqam onların müdafiə futboluna həvəs göstərməsini şərtləndirir.

Hazırda “Qəbələ”ni çalışdıran, “İnter”dəki işiylə xeyli məşhurlaşan Kaxaber Sxadadze ilə bir vaxtlar bu mövzuda xeyli mübahisəmiz olardı. Hətta mətbuat konfranslarından birində iş dava-dalaşa qədər gəlib çatmışdı. Ardıcıl neçənci dəfəsə 0:0 hesablı heç-heçəyə razılaşan “İnter”in baş məşqçisi Tsxadadzeyə “nə üçün qol vura bilmirsiz” sualını ünvanlamışdım. O da qəzəblənmiş, “biz vurmuruqsa, bizə də vura bilmirlər” deməklə mübahisəni alovlandırmışdı. Yeri gəlmişkən, bu yerdə Sxadadzenin də futbolçu ikən müdafiəçi mövqeyində çıxış etdiyini də xatırladım. Bilmirəm, təsadüfdü, ya yox. Hər halda, reallıq gözümüzün önündədi. Onun kimi müdafiəçi-məşqçilər Samir Abasov, Rəşad Sadıqov da bu gün daha çox uduzmamaq üçün oynayır.

Dostlarımla müzakirəmiz zamanı Sumqayıtdakı qarşılaşmanın “qısır” keçəcəyini iddia edərkən bütün bu məqamları nəzərə alırdım. Eyni zamanda statistika da köməyimə çatırdı. Siz də bilirsiz, unudanlara xatırladım ki, sonuncu qarşılaşmaya qədər “Zirə” ilə “Sumqayıt” bu mövsüm artıq üç dəfə üz-üzə gəlmişdilər. Bu görüşlərin yalnız birincisində azarkeşlər qol izləmişdilər ki, Zirədə keçirilən qarşılaşmada azlıqda oynayan meydan sahibləri vurduqları 1 qolun sayəsində 3 xala sevinmişdilər. Ondan sonra keçirilən iki görüşdə hesab açılmamışdı. Bu mənada sonuncu qarşılaşma da əvvəlkilərin təkrarı oldu. Artıq tarixin yaddaşına qovuşan qarşılaşmada tərəflərin heç biri fərqlənə bilmədi ki, nəticədə iki xal itirmələri ilə də razılaşdırlar. Bu qolsuz heç-heçəyə ən çox sevinən, şübhəsiz, “Neftçi” idi. “Ağ-qaralar” ötən tur zəifləmiş “Araz Naxçıvan”a böyük hesabla qalib gəldilər. 3:0 hesabının gətirdiyi 3 xal sayəsində “Neftçi” ikinci pilləni ələ keçirdi. İçimdə belə bir hiss var ki, mövsümün sonunda da gümüş medallar məhz “Neftçi”yə qismət olacaq.

Öncəgörənlik etmək istəmirəm. Amma “Neftçi”nin gümüş medal şansını sona qədər əldən buraxmayacağı inandırıcıdı. Hələ “Zirə”nin indi qərarlaşdığı 3-cü yer də əldən çıxa bilər. Özü də bu yerə “Sumqayıt”dan daha çox “Sabah” göz dikib. Nazim Süleymanovun çox məşhur bir sözü var idi. Deyirdi ki, futbolu bir ağaca bənzətsək, qol da onun meyvəsidi. Mən də məhsuldar oyunları sevirəm. Əminəm ki, çoxunuz da mənimlə razısız. Uğur qazanmaq, azarkeşlərini sevindirmək istəyən komanda da qol vurmağa çalışmalıdı. Necə deyərlər, lotereyada maşın udmaq üçün gərək həmin lotereyaya pul da xərcləyəsən. Əminəm ki, bu sözlərimdən bizim gənc mütəxəssislərimiz inciməyəcək. Bundan sonra sıx müdafiə olunub, qapılarını toxunulmaz saxlamaqla yanaşı, qol vurmaq barədə də düşünəcəklər.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Manşet

7-12-2022, 22:0

Füzuli Məmmədov: “Bu, “Neftçi” üçün gözəl şansdı”

Aktual
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
Son xəbərlər
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 229
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə