“Bavariya”nın qapıçısı Manuel Noyerin son durumu məlum olub.
“Sky Sports”un məlumatına görə, mart ayında Almaniya millisi ilə məşq zamanı zədələnən 38 yaşlı futbolçu artıq zədəsini sağaldıb. O, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la ilk oyununda iştirak etməyə hazırdır. Noyerin bu gün keçiriləcək matçda meydana çıxacağı gözlənilir. Londonda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Qeyd edək ki, Noyer bu mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 9 matçda qapısını qolsuz saxlayıb.