Musa oynamadı, "Yurqorden" bərabərə qaldı

9.04.2024 10:20 167
Dünya futbolu
İsveç çempionatında ikinci turun görüşləri baş tutub.

"Football-plus.az" xəbər verir ki, Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" növbəti oyununu keçirib.

Musanın komandası "Həkken"lə üz-üzə gəlib. Matç 3:3 hesabı ilə yekunlaşıb.

Millimizin forvardı meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb. “Yurqorden” 4 xalla 5-ci pillədədi.