• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kafu borc içində üzür

Dünya futbolu

2-04-2024, 00:0

Kafu dünya futbolunun əfsanələrindən biridi, uğurlarını saymaqla bitməz.

“Football-plus.az” xəbər verir ki, o, üç dünya çempionatının (1994, 1998, 2002 – iki qələbə) finalında oynayan yeganə futbolçudu. Bundan başqa, braziliyalı Libertadores kubokunun, Çempionlar Liqasının qalibidi, “Roma” və “Milan” ilə İtaliya çempionu olub. Vətənində çoxları onu büt adlandırırlar. Ancaq hətta belə məşhur adam da bəlaya düçar olub – “Selesao”nun sabiq müdafiəçisi borcları üzündən evini itirə bilər.

Nə baş verib?
Kafunun borcları ilə bağlı tarixçə 5 ildi davam edir. 2019-cu ildə onun “Capi Penta International Player” (şirkət 2004-dən bəri futbolçulara və başqa idmançılara karyeralarını idarə etməkdə yardım göstərirdi) şirkəti müflis oldu və sabiq müdafiəçinin daşınmaz əmlakla bağlı 5 obyektinin üzərinə dərhal həbs qoyuldu. Belədə maliyyə problemləri yarandı.

Sonradan məlum oldu ki, Kafu elə həmin il heç də düzgün adama etibar etməyib. Futbolçu biznesmenin adını açıqlamasa da, onun problem yaratdığını dedi: “Ona obrazımı borc verdim, ona bəzi şeylər borc verdim, nəticədə bu adama inam borcu yarandı, qar tayası kimi böyüdü. Sadəcə, bir dostuma kömək etməyə çalışdım, amma kreditorlar bu borcu almaq üçün yanıma gəldilər”.
İndi kədərli vəziyyət yaranıb – Kafunun bütün borclarını hesablamaq çətindi, ancaq söhbət bir neçə milyon avrodan gedir. Kafu “Industrial” bankına 1,5 milyon, daşınmaz əmlak üzrə vergilərə 800 min və bəzi başqa öhdəliklər üzrə 2 milyon avro borcludu. Belədə ümumi məbləğ 4 milyondan artıq çıxır.

Vəziyyətdən necə çıxacaq?
Sabiq müdafiəçi nikbin əhval-ruhiyyədə idi. Məsələn, belə deyirdi:

“Çoxları deyir ki, guya mən sınmışam. Hər birimizin problemləri var, ancaq mən sınmamışam. Borclarla bağlı problemim var, ancaq alnımın təri, çalışmaq və işə sadiqlik sayəsində bu problemi həll edəcəm”.

Və ya bir başqa sözü:
“Bu mənim şəxsi problemimdi. Əmlakımdan, maşınımdam, evimdən imtina edə bilərəm. Ürəyim istəyən kimi borclarımı ödəyərəm”.

Ancaq hələ ki nəhəng borcun altından çıxmaq alınmır. Ötən ilin payızında bəlli oldu ki, Kafu imic hüquqlarından yararlandığına görə sabiq klubu “Roma”nı məhkəməyə verməyi planlaşdırır. Orda vəziyyət, həqiqətən də, dolaşıq idi – 2019-cu ildə “canavarlar”ın əfsanəsi kimi braziliyalını klub filmində çəkilməyə çağırdılar. Maliyyə məsələləri yerində danışılmamışdı, ardından klubun sahibi dəyişdi.

Film prokata çıxdı, ictimaiyyətin mühakiməsinə verildi, ancaq Kafu ilə pulla bağlı danışan yox idi. O, uzun müddət dözdü (özünün dediyinə görə, “kluba sevgisinə görə”), ancaq nəticədə “Roma” ilə “Qatar Airways” şirkətinə qarşı 11,5 milyon avroluq məhkəmə iddiası qaldırdı. Braziliyalı belə hesab edir ki, ən azı 46 ay ərzində onun imicindən filmdə və reklamlarda qeyri-qanuni şəkildə istifadə olunub.

2023-cü ilin dekabrında isə məlum oldu ki, Kafunun San-Pauludakı dəbdəbəli villası hərraca çıxarılıb və hətta hansısa şirkətə 4,5 milyon avroya satılıb. Qəribə tarixçədi, ona görə ki, bu ilin martında həmin villanın hərraca çıxarılmasıyla bağlı xəbər yenidən peyda oldu. Bu dəfə məlum olan budu ki, hərrac aprelin 4-də başlayacaq və ilk mərhələdə villa təxminən 7 milyon avroya satılacaq. Malikanə həmin məbləğə satılmasa, məbləğ ikiqat aşağı düşəcək. Maraqlı məqam: villa məhkəmənin qərarı ilə və Kafunun iradəsinin əleyhinə satışa çıxarılacaq. Əfsanə vəkilin köməyi ilə villanın ailənin mülkü, yəni Kafunun ailəsinin daimi yaşayış yeri kimi tanınmasına nail olmağa çalışıb. Belədə villanı satmaq mümkün olmayacaqdı. Ancaq məhkəmə sabiq futbolçuya belə hüquq tanımayıb.

Kafunun bu evdə qalmaq arzusu anlaşılandı. Villanın ümumi sahəsi 2500 kvadrat metrdən artıqdı, içəridə üç mərtəbə, lift, hovuz, sauna, kinoteart və hətta muzey də var. Küçədə futbol meydançası, açıq hovuz, istirahət zonası yerləşir. Bu villanın real bazar qiyməti təxminən 9 milyon avrodu. “Selesao”nun sabiq müdafiəçisinin bundan sonra nə etməyi planlaşdırdığı məlum deyil, o özü vəziyyəti şərh etmir. Ancaq düşünmək olar ki, Kafu itib-batmayacaq. Kreditorların verdiyi bilgiyə görə, onun Braziliya ərazisində ümumilikdə 15 daşınmaz əmlak obyekti var. Onlardan beşinin üzərinə həbs qoyulub, altıncı artıq hərraca çıxarılıb. Beləliklə, Kafunun sərəncamında hələ 9 obyekt var. Ümid edək ki, heç olmasa, həmin obyektlər əfsanəvi futbolçunun əlindən çıxmayacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-04-2024, 00:0

Kafu borc içində üzür

Dünya futbolu

10-06-2023, 16:0

''Əfsanələr turniri''ndə Kafunun komandası çempion oldu

DÇ 2026

20-12-2022, 11:0

Messi bu siyahıda liderliyi ələ keçirdi

Dünya futbolu

29-02-2024, 14:0

FİFA klublararası dünya çempionatı üçün 19 klubun adını açıqladı

Dünya futbolu

9-11-2022, 10:0

Bu şirkət "Liverpul"u almaq istəyir

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 91
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə