• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Planlar hazırlanacaq və şəffaf şəkildə ictimaiyyətə açıqlanacaq"

Ölkə futbolu / Manşet

2-04-2024, 14:0

Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib.

"Football-plus.az" xəbər verir ki, o İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında açıqlamalar verib:

- İcraiyyə Komitəsinin iclasında hansı qərarlar qəbul olundu?
- İlk iclasımız idi. Daha çox tanışlıq xarakteri daşıyırdı. Qısa müddətdə görüləcək işlərin kontoru öyrənildi. Təyinatlar baş verdi. İcraçı vitse-prezident Sərxan Hacıyev təyin olundu. Digər vitse-prezidentlər Könül Mehdiyeva, Balakişi Qasımov və Elşad Nəsirov oldu. Baş katib də müvəqqəti Sərxan Hacıyev olacaq.

- Elxan Məmmədov bildirdi ki, Rövnəq Abdullayev uğur qazanıb gəlmişdi AFFA-ya. Bunu sizə sətiraltı mesaj kimi qəbul etmək olar? "Neftçi"yə gələndə sizə böyük ümidlər var idi, amma ümidlər doğrulmadı. Sizə hansı ümid bəsləyə bilərik?
- Burada hansısa mesaj görmürəm. "Neftçi" Müşahidə Şurasının üzvü idim, artıq gedirəm. Bir il əvvəl "Neftçi"də fəaliyyətə başlamışdıq. Deyilən sözlər indi də aktualdı. Azərbyacan futbolu üçün zaman lazımdı. Bu təkcə nəticələrlə deyil, həm də gənc futbolçulara şans verilməsi, akademiyalarda oyunçuların yetişdirilməsi, qarşıya qoyulan hədəflərin seçilməsi və şəffaf hesabat önəmlidi. Bu amilləri nəzərə almaq lazımdı. Uğurlu komandanın formalaşması üçün zaman lazımdı. Qısa müddətdə uğurlu komanda yaratmaq çətindi və davamlılığı təşkil etmək mümkün olmur. Azərbaycan futboluna gəldikdə, bütün aidiyyatı şəxslər və qurumların birgə səyi nəticəsində daha böyük nəticələrə çata bilərik. Uşaq futbolu, infrastrukturun təkmilləşməsi, ot örtüyünün beynəlxalq səviyyəyə çatdırılması, azarkeşlərin stadionlara cəlb olunması. Planlar hazırlanacaq və şəffaf şəkildə ictimaiyyətə açıqlanacaq.

- Yəqin ki, Azərbaycan futbolunun yol xəritəsi hazırdı. Klubların əsas problemi maliyyə ilə bağlıdı. Azərbaycan futbolunda dövblət proqramı, indikindən daha çox maliyyə yardımı nəzərdə tutulub?
- Yol xəritəsi hələ hazır deyil. İlk iclasımız indi oldu. Qarşıya qoyulan hədəflərdən biri strategiyanın hazırlanmasıdı. İstənilən böyük dəyişikliklər üçün maliyyə dəstəyinə ehtiyac var. Dövlətin dəstəyinin artırılması yox, özəl sponsorların cəlb edilməsi yönündə işləməliyik. Daha çox azarkeş stadiona gəlsə, azarkeşlər oyunlara televiziyada daha çox baxsalar, futbola sponsorlar cəlb edilsə, Azərbaycan futbolu üçün maliyyə də artacaq. Teleyayımın keyfiyyətinin artırılması yönündə düşünməliyik. Vəsaitin dövlətdən yox, özəl sahədən, sponsorlardan gəlməsi, atributların satışı üzərində işləməliyik. Sadə səslənsə də, böyük zəhmət və böyük inkişaf yolu tələb edən tədbirlərdi. Bütün futbol ictimaiyyəti birlikdə çalışaraq buna nail olacağıq.

- Son 6-7 il ərzində AFFA rəhbərliyi mətbuatdan uzaq idi. "Neftçi"yə gələndə sizi də tez-tez görə bilmirdik. Sizin media ilə əlaqəli proqramınız, ideyanız var? Jurnalistlərlə tez-tez görüşəcəksiz, yoxsa ildə 1-2 dəfə sizi görəcəyik?
- Futbolun inkişafına futbola adiyyatı olan qurumların və şəxslərin birgə fəaliyyəti nəticəsində nail ola bilərik. İdman mediası da futbolumuzun ayrılmaz, önəmli hissələrindən biridi. AFFA-nın məqsədlərinə çatmasında sizin də köməyiniz olacaq. Media olmadan mümkün deyil. Maliyyəni təyin etmək üçün milli çempionatımızda məhsul formalaşdırmalıyıq. Bu da maliyyə vəsaitinin cəlb edilməsidi. Burada medianın rolu danılmazdı. Media ilə AFFA birlikdə daha da sıx işləyəcəyik. Strategiya üzərində işləmək üçün zaman lazımdı. Media nümayəndələri ilə görüş keçirəcəyik. Hansı çətinliklər var, mətbuatın AFFA-dan gözləntiləri nədi, öz aramızda müzakirə edərik. Qapalı qapılar arxasında insanlar fikirlərini daha rahat şəkildə ifadə edə bilir. Futbolun inkişafında bizə dəstək verəcək media görəcəyik. Suallarınız da olarsa, AFFA-ya müraciət edə bilərsiz. Vaxtaşırı konfranslar keçirəcəyik.

- Geridə qalan illərdə milli komandalar səviyyəsində heç bir uğur görməmişik. Bizim üçün son ümid budu. Azərbaycan millisinin heyətində uğurlu olan veteranlarla bağlı planlarınız nədi?
- Əslində, bu sualın cavabını əvvəlki çıxışımda verdim. Millidə oynamış bütün futbolçulardan bəhrənələcəyik. Konkret olaraq necə? Bunun üçün müəyyən proqram düşünəcəyik.

- Bir çox idman növlərində federasiya prezidentləri işləri kiməsə həvalə edib, özləri kənara çəkilir. Siz necə edəcəksiz? Məsuliyyəti üzərinizə götürəcəksiz?
- Birincisi mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədi. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Mənə böyük etimad göstərilib. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, tanışlarla daim futbol oynayan, insan kimi, futbol mənə çox yaxındı, sevdiyim idman növüdü. Bu etimadı futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrultmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacam Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacam. İK-dəki, AFFA-dakı həmkarların, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldu da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb, həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrutlmaq üçün əlimdən gələni əsirgəməyəcəm.

- Milli komanda zəif bənd rolunu oynayır. Udanda da tənqid olunur, məsxərəyə qoyulur. Bunu nə ilə əlaqələndirirsiz? Futbol üzərində maraqların toqquşmasıdı?
- Bu sualı cavablandırmaq çətindi. Necə məsxərəyə qoyulub? Bir-iki nəfər? Bu futbol icması deyil. Gərək hamının səsini nəzərə alaq. Bir-iki nəfər söz deyirsə, o demək deyil ki, bütün futbol ictimaiyyətinin rəyidi. Bəli, millimizdi, Azərbaycanı təmsil edir. Uğurlu gündə də, uğursuz gündə də komandanın yanında olmalıyıq. Kritik şərhləri verməliyik, öz fikirlərimizi bölüşməliyik. Oyunçuların ailələri, övladları var. Onlara qarşı şəxsi, düzgün olmayan, qeyri-etik sözlərin işlədilməsi düzgün deyil. Amma yenə də söz azadlığıdı, hər insan fikrini ifadə etməkdə azaddı. Millimiz bizim şərəf yerimizdi. Daim onların yanında olmalıyıq. Xarici çempionatlarda görürük ki, azarkeşlər uduzan komandanı da alqışlayır. Bəzən səndən zəiflərə də uduza bilərsən. Həmin gün oyunçuların motivasiyası aşağı ola bilər. Futbolu maraqlı edən bu növ hallardı. Mütəxəssislər öz fikirlərini səsləndirməkdə sərbəstdi. Amma oyunçuların insan olduğu, onların da yaxınlarının olduğunu unutmamaları düzgün olardı.

- AFFA-da bəzi postlar boşdu. "Neftçi"dən kimisə AFFA-da görə bilərik?
- Bu gün seçilmişəm. İmkan olmayıb müzakirə edək. Qısa müddətdə bunları müzakirə edib, AFFA-nın təşkilati strukturunda da dəyişiklik edilməsi mümkündü. Hansısa departament, şöbələrin birləşməsi, ayrılması mümkündü. Ola bilər ki, növbəti iki ilə ehtiyac olmasın. Strukturu görüb, daha sonra müzakirə etmək lazımdı. Bu gündən "Neftçi"nin Müşahidə Şurasında iştirakıma xitam verirəm. Kiminsə bura gəlməsi AFFA-dakı tələblərdən, "Neftçi"dəki qərarlardan asılı olacaq. Azərbaycan futbolunun inkişafı naminə, tək "Neftçi" yox, digər klublarla da müzakirələr apara bilərik. "Sabah"ın Masazırdakı stadionuna çox azarkeş gəlir. O təcrübənin onlardan öyrənilməsi çox yaxşı olardı. Klub atributunun satılmasında "Qarabağ" çox irəlidədi. Həmin klublarda çalışan mütəxəssislərin dəyərli fikirlərindən yararlanmaq çox dəyərli olacaq.

- "Xəzər Lənkəran" cəbhəsində son vaxtlar sıçrayış var. Onların premyer-liqaya qayıtması AFFA-nın gündəmində var?
- Hələ ki, bu, müzakirə mövzusu deyil. Liqada olub-olmamalarına AFFA qərar vermir. Bu, ədalətli rəqabət nəticəsində oyun meydançasında müəyyənləşir. Komandaların uğurlu nəticəsindən asılı olan qərardı. İcraiyyə Komitəsinin səalahiyyətləri müəyyənləşib. Hansı komandanın harada olması mandata daxil deyil.

- Milli komandaya baş məşqçi təyinatı üçün son gün təyin edilib?
- Artıq baş verməli idi. Müəyyən hüquqi məsələlərin müzakirəsinə görə uzanıb. Məşqçilərlə danışıqlar aparılıb. Onların adlarını niyə səsləndirə bilmirəm? Çünki razılaşmaya əsasən, məxfi saxlanılır. Həmin məşqçilərin xahişinə görədi. Dekabrda bu proses başlanılıb. Əldə edilmiş razlıqlara hörmətlə yanaşırıq. Artıq açıqlanmalı idi. Hüquqi məsələləri qısa müddətdə yekunlaşdırmağa çalışacağıq. Milli komanda qarşıdakı oyunlara hazırlıq görməlidi. Baş məşqçinin hazırlıq üçün vaxtı olmalıdı.

- İcraiyyə Komitəsində futbol adamlarının sayı cəmi 2 nəfərdi. Futbol adamlarının az olması nə ilə bağlıdı?
- Futbola bağlı olan insanların sayı cəmi 2 nəfər deyil, icarə verin, razılaşmayım. Sabiq futbolçuların sayı ikidi. Amma futbol aləmində olan, futbola müxtəlif dövrlərdə bağlılığı olan, inkişafına töhvə verən insanlar cəlb edilib. Maliyyə, infrastrukturdan, uşaq futbolunun, teleyayımın inkişafından, sponsorların cəlb edilməsindən danışırıq. Bütü bunlar müxtəlif sahələrdə müxtəlif bacarıq tələb edir. İK-nin üzvləri də futbola sevgisi olan insanlardı.

- Bu gün "Neftçi" - "Qarabağ" matçında keçmiş komandanıza azarkeşlik edəcəksiz?
- Səlahiyyətlərim bu gündən başlayır. Bundan sonra Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. Milli komandamızın, eyni zamanda klubların hamısının azarkeşi olacağıq. Onların inkişafı üçün əlindən gələni əsirgəməyən İK-nin üzvlərindən biri olacam. Avropa yarışlarında ümid edirəm ki, komandalarımız daha irəli gedər. Həmin oyunlarda daha rahat azarkeşlik etmək olar. Klublarımız avrokuboklarda çıxış edəndə hamımız dəstək veririk. "Qarabağ"ın uğurları göstərdi ki, avrokuboklarda azarkeşlərin hamısı onları dsətəkləyir.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

2-04-2024, 12:0

AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşdi

Ölkə futbolu

17-03-2022, 14:0

“Baş katib AFFA-nın daxilində püxtələşmiş kadrdı” -Elxan Məmmədov

Yığma

31-03-2022, 10:0

AFFA rəhbərləri FIFA-nın konqresində iştirak edəcəklər

Ölkə futbolu / Manşet

23-03-2024, 15:0

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər

Aktual
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
“Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
Son xəbərlər
  • Bu gün, 14:40
    “Turan Tovuz” finala çıxmaq istəmirdi?
  • Bu gün, 14:19
    “Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
  • Bu gün, 13:58
    Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
  • Bu gün, 13:27
    Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku
  • Bu gün, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Bu gün, 12:25
    Nəbadə, Elvin!
  • Bu gün, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Bu gün, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Bu gün, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Bu gün, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
Daha çox
Oxunub: 603
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 270
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 184
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə