• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kurtua karyerasını bitirməyə məcburdu?

Dünya futbolu

30-03-2024, 00:0

2023-cü ilin yayında xaçvari bağları qırılan “Real”ın qapıçısı Tibo Kurtua bütün mövsümü bərpa prosesinə həsr etdi.

"Football-plus.az" xəbər verir ki, hər kəs belçikalının tezliklə sıraya dönəcəyini düşündüyü məqamda növbəti pis xəbər yayıldı: daha bir zədə, yenə diz zədəsi, amma bu dəfə sağ dizdə. Daxili meniskin yırtığı.

Halbuki ünlü qapıçının Çempionlar Liqası çərçivəsində “Mançester Siti” ilə 1/4 final oyununda meydana çıxacağını gözləyənlərin sayı çox idi. İndi isə ən azı iyuna qədər onun yoxluğu ilə barışmaq lazımdı.

Tibo “Real”ın heyətində məşqlərə hələ yanvarda başlamışdı. Hər şey yaxşı gedirdi, üzündən təbəssüm əskik olmayan belçikalı mövsümün sonuna qədər bir neçə oyuna çıxmaq planından danışırdı.

İspaniya klubu fevralın 21-də xəbər yaydı ki, Kurtua ötən ilin avqustundan bəri ilk dəfə qrup halında məşqlərə qatılıb. Yerli kütləvi informasiya vasitələri sevinc içində onun meydana qayıdacağı tarixi də açıqladı – aprelin ortaları. Hərçənd baş məşqçi Karlo Ançelotti daha ehtiyatlı danışırdı:

“Militaoda olduğu kimi, Kurtua ilə bağlı məsələdə də risk etmək istəmirik. Onlar yalnız 100 faiz hazır olandan sonra oynayacaqlar”.


Bir neçə həftə ötdü, Tibo müntəzəm məşqə çıxdı. Artıq futbol ictimaiyyəti belçikalının adının iştirak ərizəsinə nə vaxt düşəcəyini gözləyirdi. “Relevo”ya inansaq, Ançelotti bunu ÇL-in MS ilə 1/4 final oyununda etməyi planlaşdırırdı. Əlbəttə, Tibonun start heyətində yer alacağını kimsə gözləmirdi, sadəcə, ehtiyat oyunçular skamyasında oturacaqdı. “Real” yığmalar üçün fasilədə iki yoldaşlıq oyunu keçirməyi planlaşdırırdı: “Kastilya” və “Real C” ilə. Niyyət belə idi ki, Kurtua yaşıl meydana dönüş ərəfəsində lazımi tonus qazansın. Ancaq qapıçı bu oyunlardan bir gün əvvəl yenə zədələndi.

Tibo bu dəfə sağ dizində problem yaşadı. Xaçvari bağları qırılan sol dizi idi. Futbolçu elə zədə aldığı gün menisk əməliyyatına razılıq verdi. “Real” isə qapıçının ən azı növbəti iki ayı buraxacağını, mövsümün sonuna qədər bərpa oluna bilməyəcəyini təsdiqlədi.

İspaniya KİV-i yazır ki, yeni zədə Kurtuanı əməllicə qorxudub:

belçikalı dizində xırçıltı hiss edəndə düşünüb ki, növbəti dəfə xaçvari bağları qırılıb. Xoşbəxtlikdən bundan qaçmaq mümkün olub. Yoxsa bu dəfə də ən azı 6 ay “dincələcəkdi”.


Kurtua karyerasında ilk dəfə menisk zədəsi ilə üzləşmir. “Çelsi”də çıxış edərkən elə həmin sağ dizindən əməliyyat olunub. Menisk yenidən tikilmişdi. Ancaq həmin zədə Tibonun indi aldığı zədədən fərqlənirdi. Onda bərpa prosesinə 4 ay sərf olunmuşdu. İndi isə həkimlər daha ümidveici bərpa müddəti proqnozlaşdırır – 4-6 həftə. Bu dəfə meniskin müəyyən hissəsi çıxarılıb ki, dizə hərəkətlilik qayıtsın.

Baş həkim günahkardı?
“Real” rəhbərliyi ötən ilin noyabrında klubun baş həkimi, son 5 ildə Madriddə çalışan Niko Mixiçlə əməkdaşlığı dayandırmağa qərar verdi. Xorvat mütəxəssislə bağlı belə sərt qərara futbolçuların məruz qaldığı zədələr seriyası və bərpa prosesində yaşanan çətinliklər səbəb olmuşdu. Söhbət ilk növbədə türkiyəli yarımmüdafiəçi Arda Gülərlə bağlı zədədən gedirdi. İstedadlı futbolçu daimi residivlər üzündən cari mövsümdə cəmi 98 dəqiqə oynayıb. Klub prezidenti Florentino Pereslərin səbr kasasını daşıran son damla həkimlərin Bellingemin sağlıq durumuna vurduğu zərbə oldu. Cud yaşına uyğun olmayan həcmdə fiziki yükləmə alıb, oyunların birində Mixiç fiziki cəhətdən hazır olmayan ingiltərəli ulduzun meydana çıxmasına icazə verib. Kurtuanı əməliyyat edən cərrah Manuel Leyes bu haqda danışıb. Leyesə inanan Peres Mixiçi klubdan uzaqlaşdırsa da, belə görünür ki, problemi həll etmək mümkün olmayıb? Əks halda Tibonun zədəsini necə izah edəsən?! Kurtua futbol üzrə builki Avropa çempionatına qatılmaqdan boyun qaçırıbsa, onun hazırlığını tezləşdirmək nəyə lazım idi? Belçikalının sağlamlığı ilə bağlı riskə getmək icazəsini kim verib? “Real” azarkeşləri indi bu suallara cavab axtarır.

Residiv riski
Əvvəlcə aydınlaşdırmaq lazımdı ki, xaçvari bağların qırılmasının son bir il ərzində qapıçını izləyən menisk zədəsindən fərqi nədi? Xaçvari bağlar (ön və arxa) yan bağlar kimi meniskin yanında yerləşir. Onlar dizin dözümlülüyünü təmin edir və yükü paylayır. Xaçvarı bağlar qırıldıqda adamda dizin "düşməsi" kimi bir hiss yaranır. Bu vəziyyətdə həkimlərin proqnozları müsbət olmur: belə xəsarətlərin əksəri cərrahi müdaxilə ilə nəticələnir. Bağ bərpa olunmalıdı, tam qopmuşsa, transplantatla əvəzlənməlidi. Uzun bir bərpa dövrü tələb olunur.

Daxili meniskin yırtığı xaçvari bağların qırılması qədər ciddi zədə olmasa da, xoşagəlməz vəziyyət yaradır. Zədələrin xarakteri fərqli olur, bəzən hətta iş meniskin yarıya bölünməsinə qədər uzanır. Ancaq Kurtua belə aqibətdən qaça bilib.

Müasir futbolda belə zədələr ölüm hökmü deyil. Ancaq söhbət ikimetrlik Kurtuadan gedəndə vəziyyət dəyişir. Qapıçı mövqeyi oyunboyu dəfələrlə tullanmağı tələb edir, belə tullanmalar zamanı isə qapıçı müntəzəm çəkildə bütün çəkisini (“Real”ın rəsmi saytının informasıyasına görə, Tibonun çəkisi 96 kq-dı) ayağının üzərinə salır. Belədə böyük residiv riski yaranlr. Sözsüz, qapıçıların məruz qaldığı zədələr tullanmaq qabiliyyətinə təsir edir. Ayağının qırılmasından əziyyət çəkən Manuel Noyer bir neçə gün əvvəl meydana qayıtdı. İndi o oynayır, ancaq elə qollar buraxır ki, yaxşı vaxtlarında həmin topları qaytarırdı. “Bavariya”nın qapıçısı dəf olunan zərbələrin faizinə görə bundesliqadakı həmkarları arasında heç ilk “10-luğ”a düşmür. Ancaq başqa nümunələr da var. Məsələn, İqor Akinfeyev xaçvari bağlarındakı iki zədədən sonra da əvvəlki səviyyəyə qayıda bildi. Belə zədələrin özəllikləri fərqi olduğu kimi, qapıçıların bərpa tarixçəsi də fərqlənir. ÇSKA-nın qapıçılar üzrə sabiq məşqçisi, vaxtilə “Neftçi”nin də şərəfini qorumuş Vyaçeslav Çanovun fikirləri:

“Düzdü, iki dəfə xaçvari bağlarını qıran Akinfeyevin əvvəlki səviyyəsinə dönməsi nümunəsi var. Bu, unikal haldımı? Prinsipcə bütün qapıçılar belə zədələrdən sonra yüksək səviyyəyə dönə bilər. Adamdan asılıdı. Müasir futbolda xaçvari bağların qırılması faciə kimi qəbul olunmur, bunda qorxulu heç nə yoxdu. Əlbəttə, Kurtuanın orqanizminin özəlliyi var – həm ucaboydu, həm də çəkisi artıqdı, bu isə tullanmaq qabiliyyətinə təsir edə bilər. Ancaq müasir tibbin səviyyəsini nəzərə alsaq, belə zədələr böyük problem olmamalıdı. Düşünürəm ki, növbəti mövsüm Kurtuanın əvvəlki səviyyəsinə dönəcəyini gözləyə bilərik. Karyeram boyunca menisk zədəsi almışam. Nə olsun, sonradan məşqlərə qayıtmışam. Sovet dönəmində bərpa prosesinə 4-5 ay sərf olunurdu. İndi isə tibb elmi çox irəli gedib, bəzən hətta əməliyyata ehtiyac duyulmur. Bir-iki ay ötəndən sonra hər şey bərpa olunur”.

Peresin fikri önəmlidi
Kurtuanın yoxluğunda ukraynalı Andrey Lunin “Real”ın əsas qapıçısını çevrilib. “Çelsi”dən icarəyə götürülən Kepa Arrisabalaqa sınaqdan yaxşı çıxmadı, hədsiz çox səhvə yol verir. Bu mənada Luninin göstəriciləri dəfələrlə yaxşıdı. İndi o, seyv (78,7) və 90 dəqiqə ərzində buraxılan qolların (0,65) faizinə görə La Liqada liderdi. “The Athletic”in yazdığına görə, Lunin komandadakı indiki durumundan razıdı, klubda da onun perspektivinə nikbin baxıtlar. “Real” bugünlərdə 25 yaşlı qapıçıyla müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb. Qüvvədə olan müqavilənin müddəti 2025-ci ildə bitəcək. Ancaq bu məsələdə Florentino Peresin mövqeyi önəmlidi. “Ağ şimşəklər”in bossunun ulduz oyunçuları necə sevdiyini bilirik. “Real”la Çempionlar Liqasını qazanan Keylor Navası xatırlayırsızmı? Möhtəşəm mövsüm keçirən kosta-rikalı Peresin layihəsinə uyğun gəlmədi – Kurtua kimi nəhəng ulduz olmadı. Ancaq biz onu da bilirik ki, Peres zərrəcə sentimentallığı yol vermədən istənilən ulduzla necə vidalaşır. Bu üzdən Kurtuanı bəlkə də karyerasının ən ağır dönəmi gözləyir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-03-2024, 16:0

Kurtua meydana qayıtmamış mövsümü bitirdi!

Dünya futbolu

23-03-2024, 12:0

Bəxtsiz qapıçı nə vaxt qayıdacaq?

Dünya futbolu

22-12-2023, 18:0

Kurtua ilə bağlı yekun qərar

Dünya futbolu

7-05-2022, 16:0

Kurtua hamını qabaqladı

Dünya futbolu

22-10-2022, 18:0

Kurtuanın həsrəti sona çatır

Aktual
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
Son xəbərlər
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Dünən, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Dünən, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Dünən, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Dünən, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Dünən, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Dünən, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Dünən, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Dünən, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Dünən, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Dünən, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Dünən, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Dünən, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • 6-08-2026, 23:0
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • 6-08-2026, 23:0
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • 6-08-2026, 22:0
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • 6-08-2026, 22:0
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 120
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 88
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə