• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“De Byazi ilə Arif Əsədovun iş prinsipi və tərzi fərqlidi” - Mircavadov yığmanın son iki oyununa qiymət verdi

Yığma / Manşet

29-03-2024, 20:0

Ölkəmizin futbol yığması “2024 FIFA series” layihəsi çərçivəsində keçirdiyi iki oyundan sonra təlim-məşq toplanışını başa vurdu.

Monqolustan və Bolqarıstan ilə oyunlarda bir neçə futbolçu ilk dəfə milli forma geydi, həmçinin Arif Əsədov baş məşqçi kimi sınaqdan keçdi. Yığma ilə bağlı suallar çoxdu. Saysız-hesabsız fürsətlərin boşa verilməsinə səbəb nədi? Statistikadı üstünlük niyə hesabda əksini tapmır? Bu oyunlar Millətlər Liqasında bizim üçün nə dərəcədə faydalı olacaq? Həmçinin Arif Əsədovun baş məşqçi kimi fəaliyyətini davam etdirməsi mümkündümü? Bu suallarla AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadova müraciət etdik. Təcrübəli mütəxəssis oyunları belə dəyərləndirdi:

“Məncə, Monqolustanla oyun haqda çox danışmağa ehtiyac yoxdu. 90 dəqiqə ərzində üstünlük bizdə idi. Düzdü, böyükhesablı qələbə gözləyənlər çox idi. Lakin bir məqamı unuduruq. Yığmamız “bir nömrə” kimi çıxış etməyə öyrəşməyib. Həmişə müdafiə olunmağa üstünlük vermişik. Nəticədə hücum cəhdləriylə bağlı sıxıntılar ortaya çıxıb. Qol imkanlarını yaxşı dəyərləndirə bilmirik. Bolqarıstanla matça gəlincə, bizə uyğun rəqib idi. Birinci qarşılaşmada olduğu kimi, bu matçda da 80-ci dəqiqədən sonra sürəti artırıb qol vura bildik. Bu onu göstərir ki, komandada xarakter var. Ən əsası, gənclər özünü daha yaxşı tərəfdən göstərə bilmək üçün can atırdı. Deməli, gələcəkdə belə futbolçulara inanmaq, yavaş-yavaş çətin oyunlara hazırlamaq vacibdi. Əlbəttə, əsas məqsəd yaxşı nəticələr qazanmaqdı. Lakin oyun tərzi də çox önəmlidi. Məsələn, müdafiədə ciddi səhvlərə rast gəlmədik. Ən önəmlisi isə orta xətdi. Təəssüf ki, bu mövqedə problem çoxdu. Düşünürəm ki, oyunçular daha kreativ, yaradıcı olmalıdı. Bu problemin aradan qaldırılması yönündə iş görülməlidi. Gənclərə üstünlük verməliyik. Ümumiyyətlə, hər iki oyunda futbolçuların qələbə istəyini gördüm. Bunun üçün çox çalışdılar. Xarici klublarda çıxış edən futbolçular da pis təsir bağışlamadı. Buna baxmayaraq, komandaya dəvət edilənlər öz vəzifəsini bilməli və milli formanın əhəmiyyətini dərk etməlidi. Bir məqamı da qeyd etmək istəyirəm. Klublarda çalışan baş məşqçilər yığmaya çağrılan futbolçularla daha çox çalışmalıdı. Çünki təlim-məşq toplanışları təxminən bir həftə davam edir. Belə az vaxtda ciddi çatışmazlıqları aradan qaldırmaq üçün iş görmək olmur. Yəni hansısa uğursuzluğa görə məhz millidə çalışan məşqçiləri qınamaq doğru deyil. Yeri gəlmişkən, hər iki matçda azarkeş dəstəyi az idi. Futbol adamları çalışmalıdı ki, tərəfdarları stadiona cəlb etsin”.


Mütəxəssisin fikrincə, bu iki oyunu Millətlər Liqasıyla əlaqələndirmək doğru deyil:

“Hər iki oyun iyunda Albaniya ilə keçirəcəyimiz yoldaşlıq matçına hazırlıq xarakteri daşıyırdı. Məhz həmin qarşılaşmanı Millətlər Liqasına hazırlıq kimi dəyərləndirmək olar. Hələ ki vaxt var. Gənc futbolçuları sınaqdan keçirdik. Növbəti matçdan sonra isə İsveçlə oyuna hazır vəziyyətə gələ biləcəklər”.


Ağasəlim bəy Arif Əsədovun gələcəyi haqda çox danışmaq istəməsə də, onu De Byazi ilə müqayisə etdi:

“Arif Əsədovun taktikalarını gördüm. O, komandanı istədiyi kimi meydana çıxardı. De Byazi ilə Arif müəllimin iş prinsipi və tərzi fərqlidi. Ən yaxşı addım gənclərin milliyə çağrılması, hətta bir neçəsinin debüt etməsi oldu. Həmin futbolçular bundan sonra klubda çıxışa daha ciddi yanaşacaqlar. Artıq ümidlidilər və yığmaya dəvət almaq üçün formada olmaq istəyəcəklər”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

26-03-2024, 22:0

İki oyun, cavabsız suallar... - ŞƏRH

Yığma / Manşet

5-03-2024, 23:0

Arif Əsədov ancaq yerli futbolçulara güvənəcək?

Yığma

16-03-2024, 10:0

Arif Əsədov millinin yeni açıqlanan heyətindən danışdı

Ölkə futbolu / Manşet

23-03-2024, 13:0

“Əvəzində “Qarabağ”ı milli komanda kimi qəbul edirlər” – niyə?

Ölkə futbolu / Manşet

17-03-2024, 18:0

Maksim Medvedev üçün xüsusi mərasim olacaqmı?

Yığma / Manşet

20-03-2024, 19:0

Musa gəldi, Arif Əsədov başqa futbolçuya ehtiyacı olmadığını dedi

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 215
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 201
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə