"Ümid" AFFA Region Liqasının Mərkəz zonasında 14 turun yekununda qrup lideri kimi pley-off mərhələsinə yüksəlib.
Komandanın rəhbəri Xəyal Məmmədov bu uğurla bağlı “Football-plus.az”a danışdı:
“2023-cü ilin avqustunda “Ümid” futbol klubunu yaratmışıq. Maliyyə cəhətdən heç bir yardım olmadan. Turnirdən əvvəl 10 hazırlıq oyunu keçirmişdik. Həmin oyunlardan 9 böyükhesablı qələbəylə ayrılmışdıq. Region Liqasında 14 turda 2 dəfə məğlub olmuşuq. Yerdə qalan 12 turun hamısını qələbəylə başa vurmuşuq. Məqsədimiz çempion olmaqdı. Özüm həm komandanı idarə edirəm, həm də meydanda kapitan kimi mübarizə aparıram. Saatlı rayonunun rəhbəri o qədər də dəstək vermir. Azərbaycan futbolu üçün böyük işlər görürük. Çempionluğ üçün mübarizə aparırıq. Əlavə olaraq istəyirik ki, 2-ci liqaya, sonra isə 1-ci liqaya yüksələk. Pillə-pillə irəli addımlar ataq”.
ƏSƏD SEYİDOV