İsveç kubokunun yarımfinal mərhələsinə yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" finala yüksəlib. Komanda AİK-lə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti zərbələri zamanı 3:2 hesabı ilə qalib gələn “Yurqorden” cütün qalibi olub.
Azərbaycan yığmasının hücumçusu ehtiyat oyunçular skamyasında yer alıb. O, meydana çıxmayıb.
Qeyd edək ki, Qurbanlının komandası finalda “Malmö” ilə üz-üzə gələcək. Həlledici oyun mayın 9-da baş tutacaq.