• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığma üçün bayrama bayram qatmaq şansı – bu heyət qadir olacaqmı?

Yığma / Manşet

17-03-2024, 19:0

“FİFA series – Edition 2024” layihəsində mübarizə aparacaq millimiz martın 18-dən 25-dək təlim-məşq toplanışı keçəcək.

Əvvəl toplanışa dəvət alan futbolçuların siyahısına nəzər salaq: Şahruddin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə), Səlahət Ağayev (Səbail), Aleksey İsayev, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov (hamısı “Qarabağ”), Amin Seydiyev, Elvin Camalov (hər ikisi “Sabah”), Coşqun Diniyev (“Ümraniyəspor”, Türkiyə), Eddi İsrafilov, Rza Cəfərov, Filip Ozobiç, Emin Mahmudov (hamısı “Neftçi”), Musa Qurbanlı (“Yurqorden” İsveç), Ozancan Kökçü (“Eyndhoven”, Niderland), Ceyhun Nuriyev, Qismət Alıyev (hər ikisi “Zirə”), Rahil Məmmədov (LKS, Polşa), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə), Renat Dadaşov (“Hatayspor”, Türkiyə), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə), Vüsal İsgəndərli (“Boluspor”, Türkiyə), Emil Mustafayev (“Polesye”, Ukrayna).

Ehtiyat oyunçular: Murad Xaçayev, Rövlan Muradov (hər ikisi “Sumqayıt”), Orxan Əliyev (Araz-Naxçıvan), Rüfət Abdullazadə (Səbail).

Adı çəkilən futbolçuların əksəriyyəti məxsus olduğu komandanın heyətində, demək olar ki, hər oyunda şans qazanır. Musanı fərqləndirən məqam isə İsveç çempionatında yeni mövsümün başlamamasıdı. Bununla yanaşı, hücumçu kubok oyunlarında və "Yurqorden"in U-21 komandasının heyətində meydana çıxaraq formasını itirməməyə çalışır. Emil Mustafayevin bu yöndə çatışmazlığı 21 oyunda cəmi 10 dəfə güvənilməsidi. Qısası, futbolçuların fiziki durumuyla bağlı ciddi çatışmazlıqdan söhbət getmir.

5 futbolçu ilk dəfə əsas millinin formasını geyə bilər. Bunlar Emil Mustafayev, Rüfət Abdullazadə, Orxan Əliyev, Rza Cəfərov və Ceyhun Nuriyevdi. Bəs komanda qarşıdan gələn oyunlarda nəticə və baxımlı oyun adına nə vəd edir?

Hücumçulardan Ramil, Renat və Musanın durumu o qədər də qənaətbəxş deyil. Şeydayevin "Kocaelispor"da, Qurbanlının "Yurqorden"də işləri düz getmir. Odu ki, vaxtaşırı Türkiyə və İsveç mətbuatının tənqidləriylə üzləşirlər. Renat isə "Hatayspor"da nisbətən uğurlu mövsüm keçirir. Düzdü, qol sayına görə ciddi məhsuldarlıq qeydə alınmır. Lakin hələ ki döyüşkən oyun tərzi azarkeşləri qane edir.

Müdafiəçilərə nəzər salsaq, hər şey qaydasındadı. Burda "Qarabağ" futbolçuları çoxluq təşkil edir. Qismət, Amin və Rahilin də oyununda ciddi problem müşahidə etməmişik.

Yarımmüdafiədən də arxayın ola bilərik. Hər halda, dəvətlilər vərəqəyə görə cəzalı və ya zədəli olmadıqları bütün oyunlarda meydana çıxıb, sonadək mübarizə aparıb. Burda xüsusilə legionerlər diqqəti cəlb edir. Amma Bəxtiyar istisnadı. O hələ ki istədiyi oyun formasını yaxalaya bilməyib.
"Çərçivə", çox güman, Şahruddinə əmanət ediləcək. Təcrübəli qolkiper uğursuz mövsüm keçirir. Düzü, tez-tez "Adana Dəmirspor" azarkeşlərini qəzəbləndirir. Millimizdə necə çıxış edəcəyini təxmin etmək isə çətindi.

Maraqlıdı ki, Qara Qarayev, Höccət Haqverdi (hər ikisi "Neftçi"), Yusif Nəbiyev (Səbail), Rəşad Əzizli (Qəbələ) və Rüstəm Əhmədzadə (Zirə) bu dəfə milliyə çağrılmayıb. Anton Krivotsyuk və Mahir Emrelinin heyətinə daxil edilməməsinin səbəbinə gəlincə, onlar zədəlidi.


Ümumiyyətlə, bizi maraqlı oyunlar gözləyir. Heyətdə çoxlu legioner var, elə çempionatımızın da səviyyəsi artıb ki, azalmayıb. “Qarabağ”ı çıxsaq, konkret favorit anlayışı itmək üzrədi. Yeri gəlmişkən, “Qarabağ”ın Avropa Liqasında parlaq çıxışından sonra müşahidə olunan emosional yüksəlişi yığma səviyyəsinə köçürməyin vaxtıdı. Özü də Novruz bayramı günlərində!

Bir daha xatırladaq ki, yığmamız martın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda Monqolustan, martın 25-də isə Bolqarıstan yığması ilə qarşılaşacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma

15-03-2024, 20:0

Yığmamızın heyəti açıqlandı

Yığma / Manşet

8-10-2023, 23:0

Millimizin heyəti açıqlandı

Yığma / Manşet

12-11-2023, 23:0

Millimizin heyəti müəyyənləşdi

Yığma

4-09-2023, 10:0

De Byazi millimizin heyətini açıqladı

Yığma / Manşet

17-03-2023, 18:0

Millimizin heyəti bəlli oldu

Yığma / Manşet

2-06-2023, 19:0

Millimizin heyəti açıqlandı

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Bu gün, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Bu gün, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Bu gün, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Bu gün, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Bu gün, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 20:33
    Millimizin heyəti açqlandı
  • Bu gün, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Bu gün, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Bu gün, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Bu gün, 16:56
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 130
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə