• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04” “Qarabağ” nağılını bitirdi - REPORTAJ

Reportaj / Avropa Liqası

16-03-2024, 15:0

Avropa Liqası, 1/8 final, cavab oyunu
Bayer-04 (Almaniya) – Qarabağ 3:2 (0:0)

17. Matey Kovarj
3. Pyero İnkapye
(20. Alexandro Qrimaldo, 60)
6. Odilon Kossunu
(2. Yosip Stanişiç, 79)
7. Yonas Hofmann
(25. Ezekyel Palasios, 28)
8. Robert Andrix (k)
9. Borxa İqlesias
(14. Patrik Şik, 59)
10. Florian Virts
12. Edmond Tapsoba
21. Amin Adli
30. Ceremi Frimponq
34. Qranit Caka

Ehtiyat oyunçular
1. Lukaş Hradetski
36. Niklas Lomb
4. Conatan Ta
19. Natan Tella
23. Adam Hlojek
32. Qustavo Puerto

“Bayer-04” “Qarabağ” nağılını bitirdi

Baş məşqçi: Xabi Alonso

99. Andrey Lunyov
44. Elvin Cəfərquliyev
13. Bəhlul Mustafazadə
55. Bədavi Hüseynov (k)
29. Marko Veşoviç
(81. Kevin Medina, 86)
7. Yassin Benzya
(27. Toral Bayramov, 66)
6. Julio Romao
8. Marko Yankoviç
10. Abdulla Zubir
(66. Patrik Andrade, 86)
15. Leandro Andrade
(2. Mateus Silva, 78)
18. Olavio Juninyo
(90. Nəriman Axundzadə, 78)

Ehtiyat oyunçular
23. Luka Quqeşaşvili
89. Amin Ramazanov
5. Maksik Medvedev
17. Hamidu Keyta
19. Redon Cica
24. Aleksey İsayev
30. Abbas Hüseynov


Baş məşqçi: Qurban Qubanov

Qollar: A.Zubir, 59 (0:1). O.Juninyo, 68 (0:2). C.Frimponq, 72 (1:2). P.Şik, 90+3 (2:2). P.Şik, 90+8 (3:2).
Vərəqələr: P.Şik, 70. O.Juninyo, 78. A.Lunyov, 90 – sarı. E.Cəfərquliyev, 64 – qırmızı.
Hakimlər: ENTONİ TEYLOR, Qari Besuik, Adam Nann, Endryu Medli (hamısı İngiltərə).
VAR hakimi: Stüart Attuell (İngiltərə).
VAR hakiminin köməkçisi: Carred Qavan Cillett (Avstriya).
UEFA nümayəndəsi: Duşko Qrabovaç (Xorvatiya).
Hakim-inspektor: Rune Pedersen (Norveç).
14 mart. Leverkuzen. “BayArena”. 30210 tamaşaçı.
İlk oyun – 2:2.

21 (8) qapıya (“çərçivə”yə) zərbə 14 (3)
13 künc zərbəsi 5
2 ofsayd 0
8 qayda pozuntusu 5
1 (0) sarı (qırmızı) vərəqə 2 (1)
65 topa sahibolma (faizlə) 35


“Qarabağ” Avropa Liqasında yazdığı tarixi səhifələrə daha birini əlavə etmək üçün meydana çıxacaqdı. Bakıda qeydə alınan heç-heçə “köhlən atlar”ın növbəti mərhələyə adlamasının mümkünlüyündən xəbər verirdi. Baxmayaraq ki, rəqib bu mövsüm qarşısıalınmaz olan, 36 oyunluq mığlubiyyətsiz seriyaya malik “Bayer-04” idi.

Açıq etiraf etmək lazımdı ki, meydan sahibləri ilk 15 dəqiqədə inanılmaz təzyiq göstərdi. Artıq 2-ci dəqiqədə Adlinin ötürməsindən sonra Borxanın başla zərbəsi qapı tirinin üzərindən keçdi. İspaniyalı hücumçu daha iki dəfə fərqlənə bilərdi. Lakin birincidə qeyri-dəqiq oldusa, ikincidə Lunyov topu tutdu. İnkapyenin qapıya zərbəsini isə Benzya zərərsizləşdirdi. “Aspirinlər” ilk 15 dəqiqədə çoxlu fürsəti əldən verdi. Bu ərəfədə “Qarabağ” müdafiə olunmağa məhkum idi.


Ağdamlıların ilk hücum cəhdinə meydan sahiblərinin təzyiqi azaltmasından sonra şahidlik etdik. Romao sürəti hesabına bir neçə rəqibi qabaqlayıb Juninyoya şans yaratdı. Braziliyalı hücumçunun yumşaq zərbəsi Kovarjı çətinə salmadı. Bir qədər sonra Frimponq qonaq müdafiəçiləri aldadaraq cərimə meydançasında Adliyə ötürmə etsə də, Lunyov “çərçivə”ni nişan alan fransalı hücumçuya şans tanımadı. Başqa cəhdi “köhlən atlar”ın ifasında izlədik. Zubir - Romao cütünün qurduğu hücumu Veşoviç zərbəylə tamamladı. Lakin monteneqrolu qapını dəqiq nişan ala bilmədi. Ardından Elvinin Zubirin dəstəyiylə fərqlənmək cəhdi səmərəsiz oldu. Burda top toru yandan silkələdi. Əlbəttə, o, bəxtini sınamaq əvəzinə hücumun sivri ucunda görünən Juninyoya ötürmə versəydi, hücum fərqli bitə bilərdi.

32-ci dəqiqədə Benzyadan gözəl ötürmə alan Juninyo az qala təkbətək çıxacaqdı. Sadəcə, kapitan Andrix son anda ona mane ola bildi. Meydan sahiblərinin növbəti hücum cəhdi 33-cü dəqiqədə Kovarjın uzun ötürməsiylə başladı. Belədə top Virtsin önünə düşdü. Alman yarımmüdafiəçinin qapı önünə ötürməsini qarşılayan Romao topu uğursuzcasına Lunyova ötürdü. Belədə özünü topa çatdıran Frimponqun zərbəsi möcüzə nəticəsində tora düşmədi. Hissəsin sonuna yaxın “Qarabağ”ın kəsərli hücumuna şahidlik etdik. Andrade Frimponqla toqquşub yerdə qaldığından Juninyo topla irəli atıldı. O, Borxanın müdaxiləsi nəticəsində qapıya qeyri-dəqiq zərbə ilə yadda qaldı. Çox keçmədən Lunyov baha başa gələ biləcək səhvlə azarkeşləri həyəcanlandırdı. Rusiyalı qapıçı topu Bədaviyə ötürərkən Borxanı nəzərə almadı. Ardından Virts topu “çərçivə”yə göndərmək istəsə də, tir qonaqları xilas etdi. Düzdü, laysmanın ofsayd bayrağı da havada idi.


İkinci yarıda da ilk təhlükəli vəziyyəti almanlar yaratdı. Palasiosun “yumşaq” zərbəsi qapının yanından keçdi. 59-cu dəqiqədə gözlənilmədən hesab açıldı. Ancaq “Bayer-04” yox, “Qarabağ” tərəfindən. Mərkəzdə topa yiyələnən Benzyanın düşünülmüş ötürməsiylə başlayan hücumun davamında Veşoviç topu Andradeyə, o da cərimə meydançasında qərarlaşan Zubirə ötürdü. Fransalı baş zərbəsiylə qapıçını təslim olmağa məcbur etdi. 61-ci dəqiqədə oyunu bütün sonrakı axarına təsir edən hadisə yaşandı. Virtsin ara ötürməsindən sonra topu ələ keçirə bilməyən Cəfərquliyev ondan uzaqlaşmağa çalışan Frimponqu yüngülcə dartdı. Teylor əvvəlcə sarı vərəqə çıxarsa da, sonradan monitora yaxınlaşaraq epizoda təkrar baxdı və “aşkar qol imkanından məhrum etmə” mülahizəsi ilə qırmızı vərəqə göstərdi.


Bundan sonra daha diqqətli oynamağa məcbur olan “Qarabağ”ın növbəti hücumunu izlədik. Veşoviç Romaodan gələn topu Leandroya verib cərimə meydançasına tərəf qaçdı. Andradenin yenidən ona qaytardığı “kürə”ni isə Juninyoya çatdırdı. Braziliyalı hücumçu 68-ci dəqiqədə dəqiq zərbəylə komandasının ikinci qolunu vurdu. Əlbəttə, fərqin artması “Bayer-04”ü daha intensiv, aqressiv oynamağa vadar etdi. Nəticədə almalar fərqi azaltdı. Frimponq Qrimaldonun ötürməsini səliqəli şəkildə “çərçivə”yə göndərdi. 74-cü dəqiqədə fərqi artırmaq baxımından gözəl imkanı boşa verdi. O, Toraldan gələn topu tələsik qapıya ünvanlasa da, üzərinə gələn təhlükəni dəf etmək Kovarj üçün çətin deyildi. Ardından meydanda almanlar hökmranlıq etdi. Onlar qısa ötürmələrlə “köhlən atlar”ı çaşdırmaq istəyirdi. Belə epizodların birində Lunyov Virtsin zərbəsini zərərsizləşdirdi. Başqasında isə top Qrimaldonun toxunuşundan sonra tirin üzərindən keçdi. Matç sonu yaxınlaşdığından hesabda geri olan “aspirinlər” hücumların sayını artırdı. “Bayer-04”ün istəyinə çatdığı epizodda Bəhlul Yosipin ötürməsini uzaqlaşdırmaq istəsə də, uğursuz toxunuşundan sonra top Qrimaldonun önünə düşdü. Onun ötürməsindən sonra Şik 90+3-cü dəqiqədə hesabı bərabərləşdirdi. “Aspirinlər”in hesabda önə keçməsi də özünü çox gözlətmədi. 5 dəqiqə sonra Şik Palasiosun qapı önünə ötürməsini asanlıqla “çərçivə”dən keçirdi.


Lunyov əliylə topa müdaxilə etsə də, zərbə qüvvətli olduğundan işə yaramadı. Düzdü, bununla hələ hər şey bitməmişdi. Bəhlulun Teylorun final fitindən əvvəlki epizodda başla zərbəsi dəqiq olsaydı, nəticə fərqli olacaqdı. Lakin “Qarabağ” üçün hər şey Leverkuzendə bitdi. Avrokuboklarda möhtəşəm mövsüm keçirən ağdamlılar təəssüf ki, 1/8 finalda dayandı.


Gözdən qaçmadı
* 24-cü dəqiqədə “Qarabağ”ın birdən-birə iki futbolçusu – həm Benzya, həm də Juninyonu butsunu dəyişdi.
* “Qarabağ”ın “İmarət Tayfa” və “Qarabağ Ordu” azarkeş qrupları komandaya dəstək verdi.
* Oyuna “iTicket” vasitəsi ilə onlayn şəkildə bilet alan azərbaycanlı azarkeşlər vauçeri biletə çevirməkdə problemlə üzləşsələr də, “Qarabağ” problemin klubdan qaynaqlanmadığını bildirdi.
* Dünən saat 19.00-a qədər oyun “CBC Sport”un “yutub” kanalında 758 min 320 baxış toplamışdı. Bu da Azərbaycanda futbolun sevilmədiyini deyənlərə tutarlı cavabdı!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

7-03-2024, 20:0

“Qarabağ” - “Bayer-04”: START HEYƏTLƏRİ

Avropa Liqası

3-02-2024, 15:0

"Qarabağ"ın "Braqa" ilə oyunlar üçün iştirak ərizəsi - SİYAHI

Avropa Liqası

1-03-2024, 18:0

"Bayer 04"ün "Qarabağ"la matç üçün iştirak ərizəsi

Manşet / Avropa Liqası

1-03-2024, 18:0

"Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim etdi

Premyer-liqa

11-02-2024, 18:0

“Qarabağ” - “Sabah”: - START HEYƏTLƏRİ

Ölkə kuboku

21-12-2023, 13:0

"Qarabağ" - MOİK: START HEYƏTLƏRİ

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
  • Dünən, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Dünən, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Dünən, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
  • Dünən, 12:50
    “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdi" - Duran
  • Dünən, 12:20
    Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 133
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə